Vəzifəlilər "Günay Bank"da batan milyonlarından imtina edir – ilginc gəlişmə

Vəzifəlilər "Günay Bank"da batan milyonlarından imtina edir – ilginc gəlişməElnur Zeynalovun cinayət işi üzrə araşdırmalarda böyük maxinasiyaların üzə çıxacağından ehtiyatlanan məmurlar bu bankdakı vəsaitlərini qurban verir...

"Günay Bank"ın keçmiş sədr müavini Emin Zeynalovun banka əmanət olunan 100 milyon manatı mənimsəməsi ilə bağlı qalmaqal böyüməkdədir. Yayılan iddialara görə Emin Zeynalov iddia edildiyi məbləği deyil, əslində qat-qat az vəsaiti ələ keçirib. Sadəcə, onu "yükləyiblər". 3 milyon manatı mənimsədiyini müəyyən edib, onu fakt qarşısında qoyublar. İzah ediblər ki, qanun qarşısında 3 milyonu mənimsəyənlə 100 milyonu mənimsəyən arasında fərq yoxdur. Yəni 100 milyonluq bir yeyintini boynuna götürüb "içəri" gedir və bir neçə il sonra mənimsədiyi 3 milyonla rahat həyatını yaşayır...

APA-nın məlumatına görə, bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan E. Zeynalovun əslində bankdan 3 milyon manat vəsait mənimsədiyi bildirilir. Məlumata görə, E.Zeynalov bankdan 3 milyon manat mənimsədiyi üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.

Əldə olunan digər məlumatlara görə, E. Zeynalov əslində "qara bazar"da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin "qeyri-leqal pul dövriyyəsi sxemi" qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Ən maraqlı məqam odur ki, onun vəsaitini mənimsədikləri insanlar arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir. Həmin şəxslər bankda batan pullarının mənbəyi, habelə digər əməliyyatları haqda suallarla üzləşməmək üçün müvafiq hüquq-mühafizə orqanlarına zərərçəkən kimi müraciət etməkdən vaz keçiblər.

Yada salaq ki, bu qalmaqalın üzə çıxdığı ilk günlərdə mətbuatda E. Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə məlumatlar yayılmışdı. Sonradan bu məlumatlar təsdiqini tapmadı. E.Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi xəbəri ictimiləşdirildi. Sanki hər şey əvvəlcədən hazırlanan ssenari üzrə gedir. Yayılan məlumatdan belə aydın olurdu ki, bank rəhbərliynin müraciəti əsasında E. Zeynalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub. Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən E. Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir. Bununla belə, E.Zeynalovun bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar "Günay Bank" və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən "Günay Bank"ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.

Məmmədov qeyd edib ki, E. Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub: "Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Lakin xaricə qaçması barədə məlumatlar əsassızdır".

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev də "APA-Economics"ə bildirib ki, E. Zeynalovun "Günay Bank"dan 100 mln. manat məbləğində vəsaiti götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlar əsassızdır. "Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur "Günay Bank"da yoxlamalar aparır və bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər", - deyə o bildirib. (musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 918   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 380
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586
.

Türkiyədə sürüşmə oldu - VİDEO

Türkiyənin Şırnak vilayətində sürüşmə olub. BİG.AZ xəbər verir ki, hadisə ətrafdakı insanlar tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb. Tonlarla çirkab yığını ağacları kökündən qoparıb kənara çəkdi. Həmin anlar kameraya çəkildi

25.04.2024 98
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172