"Azərbaycan Ordusu strateji yüksəklikləri düşməndən azad edib" - Ali Baş Komandan

"Azərbaycan Ordusu strateji yüksəklikləri düşməndən azad edib" - Ali Baş Komandan"Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb".

BiG.AZ xəbər verir ki, bu sözləri bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, 1993-cü ildə AXC-Müsavat hakimiyyətində problemdən istifadə edərək Ermənistan torpaqlarımızı işğal edib: "Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. BMT və digər beynəlxalq təşkilatlar bununla bağlı bir çox qərar və qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr indi də qüvvədədir".

Ali Baş Komandan qeyd edib ki, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib: "600-dən çox qoca, uşaq, qadın qətlə yetirilib, 1000-dən çox insan itkin düşüb. Bu gün 10 ölkə Xocalı soyqırımı rəsmən tanıyıb. Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik və buna nail olmuşuq. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sıralarındadır. Güclü ordunun yaradılması üçün güclü iqtisadiyyatımız olmalıdır. Son 15 ildə Azərbaycan qədər iqtisadi sahədə inkişaf edən ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. Azərbaycan bu gün iqtisadi baxımdan özünü rahat hiss edir. Biz öz hesabımıza yaşayırıq və heç bir yerdən yardım almırıq. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran məqsədlərə yönəldirik. Bunların arasında ordu quruculuğu əsas yerdədir. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz 15 dəfə artıb".

Dövlət başçısı nəzərə çatdırıb ki, son illər onlarda hərbi şəhərcik yaradılb: "Hərbi şəhərciklərin 80 faizi son illər yenidən tikilib və təmir edilib. Sonrakı 2-3 il ərzində bütün hərbi şəhərciklərimiz təmir olunacaq. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə bu gün 20 mindən çox mülki vətəndaş çalışır. Biz əsgərləri məişət işlərindən azad etmişik".

Ali Baş komandan qeyd edib ki, ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı: "Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi". Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq göstərib. Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik. 2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var".

Dövlət başçısı bildirib ki, ordumuz ən müasir texnika və silahlarla təchiz edilib. Azərbaycanda da müasir texnika və silahlar istehsal edilir: "Gözətçi hərbi gəmiləri, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, 100-dən çox döyüş hərbi-nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş üçün pilotsuz aparatlar, ən müasir artilleriya qurğuları, uzaq mənzilli raketlər, yaylım raket sistemləri, əməliyyat-taktiki raket sistemləri alınıb. Bunlar bizim hərbi gücümüzü artırır. Bütün bunları ona görə edirik ki, Azərbaycan ordusu güclü olsun. Çünki dünyada gedən proseslər göstərir ki, beynəlxalq hüquq işləmir. İşləsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi. Beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi yoxdur. Güc amili əsas amil kimi çıxış edir. Ona görə də biz bu siyasəti aparırıq və bu, düzgün siyasətdir. Biz dost ölkələrlə səmərəli əlaqələr nəticəsində dünyanın ən müasir silahlarını əldə etmişik. Bundan sonra da Azərbaycan ən müasir silah və texnika alacaq. Buna nail olmaq üçün dost ölkələrlə əlaqələrimiz və maliyyə resurslarımız var".

Ali Baş Komandan vurğulayıb ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhu mövcuddur: "Ordumuzun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. İki il əvvəl Ermənistan xalqımıza qarşı növbəti təxribat törədib, mülki əhaliyə qarşı təcavüz edilib. Həm hərbçilər, həm mülki əhali şəhid olub. Azərbaycan ordusu işğalçını yerində oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayılrayonunun bir hissəsi işğalçılardan azad olundu. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa Azərbaycan ordusu nəzarət edir. Biz ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə xidmət göstəririk, Lələtəpədə, Ağdərə dağlarında bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə böyük üstünlük verir. Aprel döyüşləri şanlı qələbəmizdir. Ordumuz, Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərib. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Biz Ermənistan ordusu haqqında mifi darmadağın etdik. Onların illərlə yaratdıqları müdafiə xəttini bir neçə gün ərzində darmadağın etdik".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 999   Tarix: 26 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 93
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

04.05.2024 194
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

11:50 105
.

18 mindən çox iştirakçının yarışdığı "Bakı marafonu 2024" start götürüb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024"ə start verilib. xəbər verir ki, yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır. Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəd

10:52 176
.

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb. Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayın

04.05.2024 257
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

13:30 90
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 224
.

Səfir: Qazaxıstan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır

Qazaxıstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Rusiyanın Qazaxıstandakı səfiri Dauren Abayev TASS-a müsahibəsində deyib. O bildirib ki, Qazaxıstan bütün proseslərə kömək etməyə hazırdır: "Bu, həm də Rusiya

04.05.2024 155
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 114