14 yaşlı yeniyetmə Bakı yollarında təhlükə saçdı - VİDEO

14 yaşlı yeniyetmə Bakı yollarında təhlükə saçdı - VİDEOMüxtəlif mövzularda videolar çəkib sosial şəbəkədə paylaşmaq artıq dəb halını alıb. Yaşından asılı olmayaraq, hər kəs öz videosunu çəkərək, izləyici toplamağa cəhd edir.

Sosial şəbəkədə yayılan videolardan birində isə sürücülük vəsiqəsi olmayan yeniyetmə təkbaşına avtomobil idarə edib. 14 yaşlı Emil Bayramov adlı şəxs sosial şəbəkədə ondan istənilən müxtəlif tapşırıqları yerinə yetirərək, video çəkir. Bu dəfə isə Emilə avtomobil idarə edilməsi tapşırılıb. Səriştəsiz olması ilə yanaşı sükanda oturacaq qədər hündür olmayan Emil ondan istənilən tapşırığı düşünmədən yerinə yetirib.

Qeyd edək ki, Emil avtomobili əmisi oğlunun icazəsi ilə götürüb. Daha sonra Bayramov dostunu ilə birlikdə yola çıxıb.

Təhlükəsizlik kəmərindən istifadəni lazımsız hesab edən yeniyetmə hətta sürətli getməkdən də çəkinməyib. Təcrübəsiz sürücü müxtəlif vaxtlarda idarəetməni itirərək, özünün və yanında əyləşən dostunun həyatını riskə atıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov yayılan video haqda open.az-a açıqlama verib:

"Yol hərəkəti haqqında qanunun tələblərindən biri də törədilən xətaların hər hansı texniki vasitəsi ilə yayımlanmasının təmin edilməsidir. Bu özü artıq inzibati xəta tərkibi yaradır. Bunu edənlər qanun qarşısında cavab verəcək. Qanunda deyilir ki, sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil idarə etməsi qadağandır. O şəxsə də avtomobili kim veribsə, həmin adam qanun qarşısında cavab verəcək. Çünki sürücülük vəsiqəsi almağa yaşı çatmayan şəxsin yolda təhlükəsizlik kəməri istifadə etmədən avtomobil idarə etməsi çox ciddi fəsadlara yol aça bilər. Bundan əlavə bu xətanın da sosial şəbəkələrdə yayımlanması özü də artıq cəza tələb edir. Avtomobil idarə etməyi öyrənmək üçün xüsusi təlim avtomobilləri var. Hansı ki, onların xüsusi nəzərdə tutulmuş əlavə pedalları və xüsusi yolları var. Hər halda biz bu videoya əsasən araşdırmalara başlayacağıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1723   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

28.04.2024 251
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 187
.

Maaşlar artacaq? - VİDEO

2024-cü ilin I rübündə dövlət büdcəsində 821,7 milyon manat artıqlıq yaranıb. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir. Bəs 2023-cü ildə 9%-ə yaxın inflyasiyanın qeydə alındığını nəzərə alaraq bu vəsaitin minimum pensiya məbləğinin və əməkhaqlarının artırılmasına yönəldilməsi mümkündürmü?

28.04.2024 353
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 393
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

28.04.2024 177
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 248
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 251
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 200
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 232