At Hacı Nuranın yanına necə gətirilib? - Hospitaldan AÇIQLAMA

At Hacı Nuranın yanına necə gətirilib? - Hospitaldan AÇIQLAMATeleaparıcı, "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynovun xəstəxanaya yerləşdirilməsi, daha sonra şou biznes nümayəndələrinin kütləvi şəkildə onu ziyarət edərək , şəkilləri sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmadı. Son olaraq onun yatdığı palataya sürpriz olaraq Poni cinsli at gətirilməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Bu hadisə eyni zamanda Hacı Nuranın müalicə olunduğu "Ege Hospital"ın fəaliyyətini də gündəmə gətirdi.

Hacı Nuranın müalicə müddətində palataya at gətirilməsi tibbi norma və xəstəxana qaydalarını pozulması deməkdir. Ümumiyyətlə, hospitala heyvanın daxil olması gigyenik-sanitar nəzarətə uyğun deyil. Bu həm də xəstəxanada müalicə alan digər xəstələrin hüquqlarının kobud şəkildə pozulmasıdır.

BiG.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə məsələ ilə bağlı Femida.az-a açıqlama verib:

"Tibb Müəssisəsinə at da daxil olmaqla hər hansı heyvanın gətirilməsi gigiyenik cəhətdən düzgün deyil. Lakin burada özəl klinikadan söhbət gedir və Səhiyyə Nazirliyi bu məsələni yalnız şikayət olduğu halda araşdırır. Hazırki durumda nazirliyin məsələ ilə bağlı hər hansı göstəriş verməsi gözlənilən deyil. Belə hallarda tibb müəssisəsi özü məsuliyyətli olmalı, gigiyenik və epidemolji normaları gözləməlidir".

"Biz ağır bir xəstənin istəyini yerinə yetirdik"

Ege Klinikasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Türkan Məmmədli məsələ ilə bağlı bunları deyib: "Hacı Nuran ictimai şəxsdir. Ponini görmək onun arzusu idi. Belə bir xeyirxah insanın arzusunu yerinə yetirməmək olarmı? Bəzən insani dəyərlər peşə dəyərlərindən ön plana keçir. Hacı ağır bir xəstəliklə mübarizə aparır. Xəstəliklə mübarizə zamanı psixoloji əhval da yüksək səviyyədə olmalıdır. Hacının Almaniyaya getməzdən əvvəl arzusu atını görmək idi. Hətta bizə dedi ki, özüm durub atımı görməyə gedəcəm. Biz də onun bu vəziyyətdə klinikanı tərk etməsinə göz yuma bilməzdik. Nəticədə atı klinikaya gətirmək qərarına gəldik. Çalışdıq ki, son dərəcə gigiyenik qaydalara riayət edək. Onsuz da bizim hospitalda döşəməyə xüsusi maddə vurulur ki, bu da klinikaya dəyən ayaqlardakı bütün zərəli maddələri özünə çəkir. Atın ayağı təmizlənmiş şəkildə hospitala daxil oldu. Poni palatada cəmi 3 dəqiqə qaldı. Hacı Nuran onu bir qədər oxşadıqdan sonra at hospitaldan çıxarıldı. Biz hər şeyi xeyirxahlıq, insanlıq və Hacının sağalması naminə etdik".

Reklam iddiası

Sosial şəbəkələrdə Hacı Nuranın "Ege Hospital"da müalicəsi ilə bağlı daha bir durum reklam məsələsi oldu. İstifadəçilər Hacı Nuranın xəstəxanaya yerləşdirilməsinin bu qədər ictimailəşməsini reklam adlandırdılar.

Təsadüfi deyil ki, Hacı Nuran Hüseynovu ziyarət edən müğənnilərin çoxu sosial şəbəkələrdəki hesablarında "Ege Hospital"ın adını işarələyir. Daha bir videoda Hacı Nuran onun ziyarətinə gələnlərə minnətdarlığını bildirib və yatdığı "Ege hospital"a təşəkkür edib. Bundan sonra klinikanın bu yolla reklam olunduğu iddiası daha da güclənib. Yeni fəaliyyətə başlayan hospitalın rəhbərliyinin "müştəri" qazanmaq üçün Hacı Nuran Hüseynovu xəstə kimi qəbul etdiyi, qarşılığında isə ona 10 min manat pul verdiyinə dair iddialar yayılıb (yeniçağ.az). Bütün paylaşımlarında xəstəxananı qeyd edən aparıcının bu hərəkəti iddiaların doğru olduğuna əsas verir.

Sosial şəbəkələrdə Hacı Nuranın müalicə aldığı palatadan yayılan bu görüntü isə birmənalı qarşılanmayıb.
At Hacı Nuranın yanına necə gətirilib? - Hospitaldan AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2328   Tarix: 25 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208
.

Elza Seyidcahanın boşandığı əri illər sonra ortaya çıxdı - VİDEO

Əməkdar artist Elza Seyidcahan illər əvvəl ayrıldığı yoldaşı Elşən bəylə danışıb. xəbər verir ki, keçmiş yoldaşı ATV-də yayımlanan "Günaylı Gün" verilişinə telefon bağlantısı ilə qoşulub. O bildirib ki, Elza çox gözəl gəlin olub:. "Uzun illərdir ayrıldığımıza baxmayaraq aramızdakı dostlu

02.05.2024 227
.

Kosmosa da turist səfərləri başladı

Amerikanın "SpaceX" şirkəti kosmosa turist uçuşları üçün yer bron etməyə başlayıb. Bu barədə məlumat şirkətin saytında yer alıb. xarici mediaya istinadla bildirir ki, maraqlananlar üçün dörd istiqamət əlçatan olacaq: Yerin orbitinə, Beynəlxalq Kosmik Stansiyaya (BKS), Aya və Marsa. "Dragon"

02.05.2024 142
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 810
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 404
.

İranda zəlzələ olub

İranın cənub-şərqində yerləşən Kirman vilayətində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə baş verib. Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində ölən və yaralananla

02.05.2024 159