Məleykə Abbaszadə 12 illik təhsil sisteminə münasbət bildirdi

Məleykə Abbaszadə 12 illik təhsil sisteminə münasbət bildirdi"12 illik təhsil sisteminə keçid hələ müzakirə olunur. Belə layihəni həyata keçirmək üçün çox ciddi araşdırmalar aparmaq lazımdır. Bu prosesə mərhələ-mərhələ keçmək lazımdır. Əvvəlcədən hər mərhələni hazırlayandan sonra elan etmək lazımdır ki, hansı ildən və hansı siniflərdən biz bu sistemə keçirik. Bununla əlaqədar orta məktəb proqramlarında, metodikalarda ciddi dəyişiklik etmək lazımdır". APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, hələ ki, 12 illik təhsilə keçidlə əlaqədar qəbul imtahanlarının modeli barədə danışmaq tezdir.

M. Abbaszadə bildirib ki, hələ ki, orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarında görünmür: "Təhsil siyasət sahəsi kimidir. Siyasətdə də bəzən müəyyən insanlar uğur qazanmaq üçün populist fikirlər söyləyirlər. Təəssüflər olsun ki, bu metodika təhsilə də keçib. Əvvəlcə elmi müzakirələr olmalıdır. Bundan qabaq isə orta məktəblərin vəziyyəti ilə bağlı araşdırmalar aparmaq lazımdır. İki mənbə var ki, biz onun nəticələrinə inana bilərik. Bunlardan biri qəbul imtahanlarının nəticələridir. 65 faiz məzun bu imtahanlarda iştirak edir və biz yalnız bu məzunların bilik səviyyələri haqqında nə isə deyə bilərik. İkinci bir araşdırma isə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı olan PİSA təşkilatının rəyidir. 2009-cu ildə PİSA-nın nəticələrinə görə, 65 ölkə arasında 64-cü yerdə duran Azərbaycanın nəticələri ilə təbii ki, heç kim razılaşa bilməz. Amma güzgüyə baxıb güzgünü günahlandırmaq lazım deyil. Bütün dünya bu nəticələri qəbul edir və islahatlar aparır. İslahatları da ağıllı-başlı aparmaq lazımdır. Biz Təhsil üzrə Milli Strategiyanın yazılmasında iştirak edirik. Biz də dəstəkləyirik ki, 12 illik tədris prosesinə keçməliyik. Amma necə keçməliyik? Mən istəməzdim ki, biz 1998-ci ilin hadisəsini təkrarlayaq. Həmin il birdən elan olundu ki, artıq Azərbaycan ikipilləli ali təhsilə keçir, magistratura tətbiq olunur. Mexaniki olaraq 4 il oxuyan uşaqlara təklif olundu ki, 2 il də magistraturada oxusunlar. Magistraturanın məzmunu isə tamamilə fərqli olmalı idi".

TQDK sədri deyib ki, hələ ki, 12 illik təhsillə bağlı iş görülməyib, tam araşdırmalar yoxdur: "Yaxşı və pis cəhətlər müəyyən olunmayıb, iş planı qurulmayıb. Amma artıq cəmiyyətə mesaj verilir ki, biz bunu qəbul edəcəyik və bu, yaxşı olacaq. Bu, düzgün deyil. Əvvəlcə müəyyən araşdırmalar aparmaq, pilot variantlar hazırlamaq lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2659   Tarix: 06 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi "Euphonious Tribute" adlandırılıb və sosia

14:50 113
.

"Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizi

12:31 136
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

05.05.2024 231
.

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA

Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməsi bu sahədə canlanmanın başladığına ümidləri artırır. Rəsmi məlumatlara görə, bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı 39,2 faiz artaraq 513,5 minə çatıb. Gələ

05.05.2024 213
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

14:37 82
.

Namiq Qaraçuxurlu: "Ayrılığı çətin keçirirəm"

Meyxanaçı Namiq Qaraçuxurlu bahalı avtomobillərindən danışıb. bildirir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində açıqlama verib:. "Heç vaxt kredit götürməmişəm. Qorxuram. Elməddin həmişə mənim maşınımla maraqlanırdı. Zəng edib soruşurdu ki, Namiq nə maşını sürür. Bir avtomobili

05.05.2024 15252
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 0
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 471
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 148