Türk müğənnilərin Azərbaycandakı milyonluq biznesləri

Türk müğənnilərin Azərbaycandakı milyonluq biznesləriTürkiyəli məşhurlar üçün Azərbaycan sadəcə istirahət və ya konsert vermək üçün deyil, həmçinin, biznes qurmaq üçün əlverişlidir.

Türkiyədən fərqli olaraq vergilərin daha az olması, dünya bazarına çıxış üçün ilk addım ola biləcək Bakıda türk sənətçilərin öz bizneslərini inkişaf etdirmələrinə şərait yaradıb.

Şirkətinin Bakıda filialını açıb, işlərini böyüdən Türkiyəli məşhurlardan biri gözəl aktrisa Tuba Büyüküstündür. Aktrisanın ailəsi ilə birlikdə "Baykon" və "İstron" adlı iki tərəzi sistemləri şirkəti var. Bu şirkətlər müxtəlif texnologiyalar istehsal etməklə yanaşı, ən kiçik yüklərdən böyük tırlara qədər çəki ölçmək xidməti göstərir. "Baykan" şirkətinin Azərbaycanda, Qazaxıstan və Qırğızıstanda filialları var, əsasən, hava limanlarında yüklərin çəkisinin ölçülməsinə xidmət edir.

Bir ayağı Azərbaycanda olan, bu yaxınlarda Şəkidən ev almaq arzusunda olduğunu dilə gətirən müğənni Petek Dinçözün hələ ki şirkəti olmasa da, o bu arzudadır. Oğlu İrfan Aslanın dünyaya gəlməsindən sonra musiqi dünyasından müəyyən qədər uzaqlaşan Dinçöz Bakıda şirkət açmaq arzusunu özü dilə gətirib.Sadəcə bir konsertindən 50 min dollar qazanan İbrahim Tatlısesin var-dövləti milyonlarla ölçülür. Onun xidmət sektoru, geyim sənayesi, inşaat və sərnişin daşınması sahəsində müxtəlif şirkətləri var. Onun "İmparator İbo kebap" adı ilə fəaliyyət göstərən restoranı uzun illərdir ki, Bakıda da kabab və İskəndər dönəri sevərlərə xidmət göstərir.Azərbaycanda restoranı olan digər bir türk məşhur isə prodüser Cenk İçtendir. Cenk İçten restoranı həyat yoldaşı azərbaycanlı model Minarə Əliyeva ilə birlikdə açmışdı. Məşhur otellərindən birində fəaliyyətə başlayan məkanın açılışında tanınmış simalar – modelyer Fəxriyyə Xələfova və rəqqasə Oksana Rəsulova da iştirak edib.Tez-tez Bakıda qonaq olan tanınmış müğənni Mustafa Sandalın da Bakıda restoranı və elektron siqaret satan mağazası var.

Minval.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1947   Tarix: 22 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262