"Azərbaycanda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi qaldırılıb" - Deputat

"Azərbaycanda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi qaldırılıb" - DeputatXəbər verdiyimiz kimi, iyunun 20-də Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib. Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə İmişli, Saatlı və Tərtər rayonlarında da baş vermişdi. Baş verən zəhərlənmə hadisələri ilə bağlı hazırda kənd təsərrüfatı naziri İnam Kərimovun göstərişilə nazirliyin regional idarələrində iclaslar keçirilir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Çingiz Qənizadə bildirib ki, pambıq yığımı zamanı kimyəvi maddələrdən istifadə olunub:

"Bu, əkin sahələrinə vurulması nəzərdə tutulan maddələrdir. Sadəcə olaraq onun tərkibi, normadan artıq vurulub-vurulmadığı və o dərmanlar vurulduqdan neçə müddətdən sonra insanları sahəyə buraxmaqla təhlükəsizlik qaydalarına riayət olunub-olunmaması ilə bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb. Bütün rayonlarda baş verən zəhərlənmələr ümumi bir işdə birləşdirilib. Yerlərdən nümunələr götürülüb. Rəsmi açıqlamalar olmadan hansısa bir fikir söyləmək çətindir. Amma fakt odur ki, zəhərlənmələr var. Bu da acı doğuran bir hadisədir".

"Azərbaycanda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi qaldırılıb" - DeputatDeputat vurğulayıb ki, texnika çatışmazlığı ilə bağlı fikirlər səsləndirilir: "Amma araşdırmalar bitmədən demək mümkün deyil ki, həmin işləri texnika görə bilər, ya yox. Çünki pambıqçılıq elə bir sahədir ki, mütləq əl əməyindən istifadə olunmalıdır. Amma o səpilən dərmanlar nə üçündür? Bu araşdırılır. Bu gün mətbuatdan oxudum ki, Yevlaxda da pambıqçılar zəhərlənib. Hesab edirəm ki, bu zəhərlənmələrin qarşısı qəti şəkildə, mütləq alınmalıdır. Bu dərmanların müayinəsi aparılmadan insanların oraya daxili qadağan olunmalıdır".

Aysel Yusifqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 905   Tarix: 21 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

Ukraynanın İrpen şəhərində dağılmış daha 4 mülki obyekt Azərbaycan tərəfindən yenidən qurulacaq. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında İrpen şəhərinin meri Oleksandr Markuşin bildirib. "Elə bu gün Azərbaycan tərəfindən səfirlik vasitəsilə təsdiq aldım. Belə ki, Azərbayca

28.04.2024 160
.

Ukrayna Almanya şirkətindən 800-dən çox "Vektor" kəşfiyyat aparatı tələb edib

Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı "Quantum-Systems GmbH"dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib. "Report" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb. Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın "Quantum-Systems GmbH"

28.04.2024 169
.

Gürcüstan əhalisi azalır

2024-cü il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda miqrantlarla birlikdə 3 milyon 694 min 600 nəfər yaşayır. Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü il yanvarın 1-i ilə müqayisədə əhalinin ümumi sayı 1,1% azalıb. Əhalinin demək olar ki, yarısı Tbilisidə yaşayır - 1 25

28.04.2024 209
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126
.

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib. Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb. Onun sözlərinə görə, polis həbsxanalardak

28.04.2024 192
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 147
.

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonunun Tağlı kəndi ərazisindən 4 avtomat, 1 pulemyot, 3 avtomat darağı və 251 müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Faktla bağl

28.04.2024 186