"Mediland Hospital"da insanlığa yaraşmayan hərəkət – "Pul ödə, təyziqini ölçək"

"Mediland Hospital"da insanlığa yaraşmayan hərəkət – "Pul ödə, təyziqini ölçək"Bakıda özəl klinikalardan birində pasientə qarşı xəstəxana işçiləri tərəfindən tibb işçilərinə yaraşmayan hərəkət baş verib.

BiG.AZ femida.az-a istinadən xəbər verir ki, "Mediland Hospital"da müayinələrdən keçməyə gələn vətəndaş S.Məcidovanın hospital işçiləri tərəfindən verilən maye vasitəni qəbul etdikdən sonra vəziyyəti pisləşib. Xəstənin yaxınlarının saytımıza verdiyi məlumata görə, Klinikada kompüter tomoqrafiyası (KT)və maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası (MRT) xidmətlərindən istifadə etmək üçün müraciət ediblər. Ödənişləri etdikdən sonra xəstəyə qəbul etmək üçün maye verilib və bundan sonra onun vəziyyəti pisləşib.Xəstənin təcili yardıma ehtiyacı olduğunu bildirdikdə klinikanın qeydiyyat şöbəsinin əməkdaşları təcili yardım üçün əvvəlcə ödəniş edilməsini və çeki təqdim etdikdən sonra xəstəyə yardım edəcəklərini bildiriblər. Bu isə onların narazılığına səbəb olub.

"Biz klinikaya kifayət qədər ödəniş etmişik. Xəstə verilən mayedən sonra özünü pis hiss edibsə, ona yardımı da klinikanın əməkdaşları etməlidir.Onlarsa bizə kömək əvəzinə, pul ödəməyimizi tələb etdilər", deyə xəstənin yaxınları saytımıza bildirib.

"Mediland Hospital"da narazılıq bununla bitməyib. Əvvəlcədən xəstənin müayinəsi üçün həkimlə vaxt razılaşdırılsa da, klinikada ixtisasa uyğun həkim tapılmayıb.

"Biz bir gün əvvəl klinikaya zəng etdik və müayinələrdən əvvəl həkimlə danışmağa ehtiyac olduğunu bildirdik. Bizi qəbula yazan şəxslər günün birinci yarısı İlahə adlı həkimin orada olacağını bildirmişdilər.Amma klinikaya gedəndə bunun əksinin şahidi olduq. Bizə deyilmiş həkimlərin heç biri yerində yox idi.Klinikanın əməkdaşları dedilər ki, həkimlər nəticələrə kompyuter sistemi ilə baxacaq və bizə cavab verəcəklər", deyə xəstənin yaxınları bildirib.

Femida.az məsələ ilə bağlı "Mediland Hospital"la əlaqə saxlayıb.Hospitalın Tibbi Xidmət qeydiyyatı və Təcili Yardım şöbəsinin müdiri Yeganə Cabbarova baş verən hadisəyə aydınlıq gətirib.

"Bəli, dünən Hospitalımızda belə bir hadisə yaşanıb. Məlumat üçün bildirim ki, bura özəl klinikadır.Bütün xidmətlər ödənişlidir. Ödəniş olunmadan işçilərin kiməsə xidmət göstərməyə ixtiyarı yoxdur. Bizim qeydiyyat şöbəsinin əməkdaşları da bunu nəzərə alıb və xəstəyə bildiriblər. Xəstənin yaxınları narazılıq etdikdən sonra biz onu təcili tibbi yardım şöbəsinə qəbul etdik və lazımı köməkliyi etdik."

Şöbə müdiri həkimlərin yerində olmaması iddiasına da aydınlıq gətirib.

"Bildiyiniz kimi həkimlər bir neçə yerdə çalışır.Bizdə də bu praktikadan istifadə olunur. Həmin pasient bizə müraciət edəndə həkimin iş vaxtı artıq bitmişdi."

Bəs növbətçi həkimlər yoxdurmu? sualına şöbə müdiri belə cavab verib.

"Həmin vaxt əvəzləyici həkimin də iş saatı bitmişdi.Bu səbəbdən də biz cavabı elektron qaydada həkimə göndərdik və o cavabı yazdı. Biz də xəstəyə cavabları elə həmin gün təqdim etdik."

Qeyd edək ki, "Mediland Hospital" ətrafında mətbuatda zaman-zaman qalmaqallı materiallar dərc olunur. Hospitalın baş həkimi hazırda Günel Əliyevadır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş Həkimlərin etik davranış qaydalarına görə, həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Həkim öz işində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən sahəvi normativ sənədləri rəhbər tutur. Həkim pasiyenti əsassız riskə məruz qoymamalı, xüsusilə də bilik və bacarıqlarını qeyri-humanist məqsədlər üçün istifadə etməməlidir. Həkim hər hansı müalicə üsulunun seçimində ilk növbədə zərər vurmamaq prinsipini rəhbər tutmalıdır. Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər.

Qeyd: Bu Qaydaların tələbləri eyni zamanda orta tibb işçilərinə də şamil olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2383   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

Ərdoğandan strateji siqnal: sülh sazişi regionda balansı dəyişə bilər

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa indiyədək heç olmadıqları qədər yaxındırlar. O, Türkiyənin Azərbaycanla tam koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyini vurğulayaraq, "Növbəti ilin əvvəlində

18.12.2025 198
.

Dostlarını yığıb 56 yaşlı kişinin başını kəsdi

Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər. xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib. Hadisə il

18.12.2025 173
.

AYNA-nın avtobusu qəzaya düşdü

BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini

18.12.2025 259
.

Bakıda narkotik satan ailəyə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri: Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərov

18.12.2025 185
.

Natiq Fərzəliyev balaca boyluların teatrını yaratdı - Azərbaycanda ilk

Azərbaycanda yeni teatr yaradılıb. "Bakı Karlik" adlanan bu teatrda balaca boylu aktyorlar cəmləşib. Teatrın direktoru aktyor Natiq Fərzəliyevdir. Direktor Qaynarinfo-ya bildirib ki, teatrda ilk olaraq "Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşa Xalq artisti Vidadi Həsənovu

18.12.2025 284
.

Bu ərazilərdə 13° şaxta olacaq

Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən, məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq

18.12.2025 262
.

"YARARLI" ÇAĞIRIŞÇILAR NİYƏ YARARSIZ ÇIXIR? - Yaxud "Hərbi xidmətə yararlı" əsgər xəstəlikdən niyə ölməlidir?

Azpolitika xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır. Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbini

18.12.2025 191
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 117
.

TOP MP3