Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – Video

Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – Videoİyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalistin sualını cavablandıran zaman general Ərziman Əliyev tərəfindən əməkdaşımızın ağır söyüşlərələ təhqir olunması ilə bağlı xəbər vermişdik.

Cəmiyyətin tanınan simaları, millək vəkilləri, siyasətçilər, ziyalılar, generallar, media nümayəndələri, mədəniyyət adamları bu biabırçı hərəkəti pisləmiş, peşə fəaliyyətini yerinə yetirən jurnalisti təhqir edən generalın cəzalandırılmasını tələb etmişdilər. Əli Cahangiroğlunun özü isə mətbuata açıqlamasında generalı məhkəməyə verəcəyini bildirmişdi.

Məsələ ilə bağlı ötən gün general Ərziman Əliyevin qardaşı Polad Əliyev jurnalist Əli Cahangiroğlu ilə əlaqə saxlayaraq çox üzgün, peşman olduqlarını bildirib, jurnalistdən üzr istəyib. O yazılı açıqlamasında bildirib ki, general qardaşı Ərziman Əliyevə məxsus telefona həmin gün o, özü cavab verib və şok vəziyyətində olduğu üçün bilmədən jurnalisti təhqir edib.

Polad Əliyev təkidlə bildirib ki, həmin gün qardaşı Ərziman Əliyevlə ona məxsus olan avtomaşında birlikdə olub və qardaşı maşından düşdükdən sonra mobil telefonu avtomaşında qalıb, jurnalist Əli Cahangiroğlunun zənginə məhs özü cavab verib. Bu səbəbdən etdiyi söyüşə görə üzr istəyən və üzürxaxlığının qəbul olunmasını xahiş edən general-mayor Ərziman Əliyevin qardaşı Polad Əliyev üzrxahlıqla bağlı səsli açıqlama da verib. Jurnalist Əli Cahangiroğlu deyib ki, generalın "ailə üzvlərinin narahatlığını, qardaşının bilavasitə gələrək təmsil etdiyi ailənin və özünün adından yazılı üzr istəməsini və bir çox ziyalıların, media rəhbərlərinin xahişini nəzərə alaraq" üzxahlığı qəbul edir və generalı bağışlayır.

Redaksiyadan: "Bizim Yol" qəzetinin və bizimyo.info saytının baş redaktoru Bahəddin Həziyev Polad Əliyevin açıqlamasını şərh edərək deyib: "Biz baş vermiş olayı bir daha pisləyirik. Bir daha öz mövqeyimizdə qaldığımızı bildirirk. Jurnalistlə Ərzuman Əliyevin qardaşı deyil, özü danışıb; bunu səs yazısından da aydın görmək olur. Jurnalist ona salam verir, "Ərzuman müəllim, necəsiniz?" deyir. O da: "Çox sağ olun, yaxşıyam" deyə cavab verir. telefonu açan general Ərziman Əliyevin özü olub. Həm bu necə ailə tərbiyəsidir ki, bir qardaşın şəxsi telefonuna başqa qardaş telefon sahibinin adından cavab verir?! Ümumiyyətlə, bu insidentdən sonra general-mayor Ərzuman Əliyevin adından mənim əksər yaxın dostlarım, tanınmış ziyalılar, həmkarlarm da olmaqla xeyli sayda insan zəng edib onu bağışlamağımızı xahiş etdi. Mən də hər dəfə eyni mövqedən cavab verdim: "Ərzuman Əliyev jurnalstdən üzr istəsin, o da qəbul edərsə, bu insidentə nöqtə qoyular".

Bu telefon danışıqlarının heç birində heç kəs demədi ki, telefonu götürən Ərzuman Əliyev deyil, onun qardaşı olub. Bu, sonradan ortaya çıxmış məsələdir və məqsəd Ərzuman Əliyevi məsuliyyətdən yayındırmaq məqsədi güdüb".

Baş redaktor deyib ki, jurnalist Əli Cahangiroğlu üzrxahlığı qəbul etsə də, məhkəmə iddiasından imtina etmiş olsa da, "Bizim Yol" redaksiyası insidentin günahkarının qismən cəzasız qaldığını düşünür: "Günlərlə ölkənin ən qabaqcıl media quruluşları, ziyalılar, generallar, ictimaiyyət nümayəndələri, jurnalistlər bu olaya öz mənfi münasibətini bildirdi, ictimai qınaq çox böyük oldu. Ərzuman Əliyev Əli Cahangiroğluna dediklərinin cavabını artıqlaması ilə aldı. Buna baxmayaraq, "Bizim Yol" olaraq Ərzuman Əliyevin hüquqi müstəvidə cəzasız qalması bir daha onu göstərdi ki, qanunlar və ya qanunu tətbiq edənlər jurnalistləri sona qədər müdafiə etməkdən uzaqdırlar. Ərzuman Əliyevin əvəzindən kimin üzr istəyib-istəməməsindən asılı olmayaraq redaksiyamız və güman edirəm ki, çoxminli media mənsubları bununla barışmır və öz mövqeyində qalır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1702   Tarix: 20 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278