Göz qızartısı bu xəstəliklərin əlaməti ola bilər - EHTİYATLI OLUN

Göz qızartısı bu xəstəliklərin əlaməti ola bilər - EHTİYATLI OLUNÇoxlarına adi bir hal kimim görünsə də, əslində ciddiyə alınmalı bir problemdir. Çünki bu, hansısa ciddi bir xəstəliyin əlaməti də ola bilər. Milli.Az ailem.az-a istinadən anidən yaranan göz qızartılarının səbəbi ilə bağlı Türkiyənin göz xəstəlikləri üzrə mütəxəssis və cərrahı Hüseyn Sanisoğlunun fikrilərini diqqətinizə çatdırır.

Göz içi qızartıları göz damarlarının genişlənərək verdiyi reaksiya nəticəsində ortaya çıxır. Bu cür problemlər sadə bir dərman müalicəsi ilə aradan qalxa bilər. Adətən ciddiyə alınmayan və "bu gün keçər, sabah keçər" deyə ertələnən göz qızartısı çox zaman bəsit göz reaksiyaları səbəbi ilə yaransa da, bəzən keratit (kornea toxuması iltihabı), kongenital qlaukoma kimi önəmli göz problemlerinin əlaməti ola bilər. Zamanında müalicə edilməyən infeksiyalar isə gözün daxili qatlarına doğru yayıldıqda ciddi görmə itkisi yarada bilər. Qalıcı ola bilən bu problemlərin qarşısını almaq üçün erkən diaqnoz və müalicə həyati önəm daşıyır.

Göz xəstəlikləri ən çox qızartı, yanma, qaşınma, batma, şişlik, ağrı və bulanıq görmə kimi əlamətlərlə özünü göstərir. Bu simptomlar adətən infeksiya, ya da allergik səbəblərlə ortaya çıxır. Gözdəki ağrı qızartı ilə bərabər müşahidə edilirsə, diqqət etmək lazımdır.

Göz və göz ətrafındakı ağrıların altında fərqli səbəblər yata bilər. Uyğun olmayan eynəkdən istifadə, hipertəzyiq və sinusit kimi faktorlar göz ətrafı ağrıların səbəbləri arasında yer alır. Bu ağrılarla birlikdə göz qızartısı, ya da görmə bulanıqlığı kimi əlamətlər varsa, gecikmədən oftalmoloqa müraciət edin.

Yanma və batma hissi başqa xəstəliklərə işarə ola bilər

Gözlərdə yanma, ya da batma hiss edilirsə, bu, allergik xəstəliklərin, kontakt linzalarla əlaqəli problemlərin, göz quruluğunun və ya göz qapağı pozuqluqlarının xəbərçisi ola bilər. Göz qapağı şişkinliyi isə adətən infeksiya qaynaqlı göz xəstəliklərinin əlamətidir. Lakin bu şişliklər mütəmadi yaşanırsa, böyrək başda olmaqla müxtəlif orqanlardakı xəstəliyin səbəbi ola bilər.

Göz və göz qapağı qaşıntılarına diqqət!

Allergik göz problemləri adətən göz qaşıntıları ilə özünü göstərir. Bu qaşıntıların səbəbləri arasında isə yad cisim batması, iltihab qaynaqlı göz xəstəlikləri, ətrafdakı həddindən çox işıqlandırma, müxtəlif göbələklər, sinusit, ya da qrip kimi viral xəstəliklər yer alır. Bunlarla yanaşı göz qapağı pozuqluqları da göz qaşıntılarına səbəb olan faktorlardandır.

Mütləq göz həkiminə müraciət edin

Keçici, ya da qalıcı fərq etməz, görmədə azalma, göz önündə uçuşan cisimlər görmə, işıq çaxması hissi, işıqların ətrafında halqalar görmə, gözdə sulanma kimi şikayətlər varsa, mütləq mütəxəssisə müraciət edilməlidir.

Göz qızartısının müalicəsi yaranma səbəbinə əsasən tətbiq edilir. Qızartının səbəbi mikrobikdirsə, antibiotikli damcılar yazılır. Ancaq səbəb allergikdirsə, antiallergik damcı təyin olunur.

Göz kimyəvi qaz və ya maye ilə təmas nəticəsində qızardıqda isə dərhal həkimə getmək lazımdır. Çünki müalicənin gecikməsi geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Belə hallarda ediləcək ilk müdaxilə göz və ətrafını bol su ilə yumaq, ardından da gözə təmas edən maddənin paketi ilə ən yaxın sağlamlıq mərkəzinə müraciət etməkdir.(Milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1517   Tarix: 19 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

12:55 104
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

12:53 459
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

12:01 121
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

16:55 127
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

14:10 510
.

Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib. "Report" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb və təmin olunması barədə qərar çıxarılıb. Xatırladaq ki, Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsində keçirilə

01.05.2024 396
.

Braziliyada güclü yağışlar yağıb

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, daşqın nəticəsində 8 nəfər ölüb, 21 nəfər itkin düşüb. Ştatın 100-dən çox şəhəri güclü yağışlardan zərər çəkib. Sel fəlakəti nəticəsində 400-dən çox insanın evakuasiya edildiyini açıqlayıb. Güclü yağışların nə vaxt

12:45 43
.

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO

Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb. 11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraları

10:17 606
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

15:27 195