Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması QADAĞAN EDİLDİ

Azərbaycanda tütün məmulatları tullantılarının ətraf mühitə atılması QADAĞAN EDİLDİNazirlər Kabineti "Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası" təsdiqləyib.

BiG.AZ xəbər verir ki, sənəd tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.

1. Ümumi müddəalar
1.1. Bu Qayda "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanununun 9.2-ci maddəsinə əsasən hazırlanıb və tütün məmulatları tullantılarının utilizasiyası qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslərə şamil olunur.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. tütün məmulatları - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur;
1.3.2. tütün məmulatlarının tullantıları - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırılma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;
1.3.3. tütün məmulatları tullantılarının utilizasiyası - tütün məmulatları tullantılarından lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;
1.3.4. istehsalat tullantılarına aid edilən tütün məmulatlarının tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən tütün məmulatları və onların qalıqları, tütün məmulatlarının xammal, material, maddə və yarımfabrikatları və onların qalıqları;
1.3.5. tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) - tütün məmulatları tullantılarının istehsalçısı, təhvil verildikdən sonra onların daşınmasını, habelə utilizasiyasını və zərərsizləşdirilməsini həyata keçirən şəxslər.
1.4. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır.
2. Tütün məmulatları tullantılarının utilizasiyası
2.1. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararlı tütün məmulatlarının tullantılarına aid edilir:
2.1.1. keyfiyyətsiz tütün məmulatları - məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikatları və onların qalıqları;
2.1.2. saxta tütün məmulatları - hüquq sahibinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hüquqlarını pozaraq, əmtəə nişanından, coğrafi göstəricisindən və firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) tütün məmulatları, tütün məmulatlarının xammal, material, maddə, yarımfabrikat və onların qalıqları.
2.2. İstehsal prosesində əmələ gələn tütün məmulatlarının tullantıları utilizasiyadan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılması Qaydası"na uyğun olaraq inventarlaşdırılır.
2.3. Utilizasiya məqsədi ilə tütün məmulatları tullantılarının qəbul edilməsi və ya təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə tütün məmulatları tullantılarının qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələr, təhvil verilmə barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).
2.4. Utilizasiyaya yararlı tütün məmulatlarının tullantıları onların sahibi (mülkiyyətçisi) tərəfindən "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq yoxlama və digər nəzarət tədbirləri çərçivəsində onların dövriyyədən çıxarılması barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssislərinin nəzarəti ilə utilizasiya edilməsi üçün müvafiq ixtisaslaşmış müəssisələrə təhvil verilir.
2.5. Aşağıdakı tütün məmulatları utilizasiyaya yararsız tütün məmulatlarının tullantılarına aiddir:
2.5.1 süpürüntü tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları;
2.5.2. urnalardan toplanan qarışıq tullantıların tərkibində olan və istifadəsi mümkün olmayan tütün məmulatlarının tullantıları.
2.6. Utilizasiyaya yararsız olan tütün məmulatlarının tullantıları ətraf mühitə zərərli təsirin qarşısını almaq şərtilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"na uyğun kənarlaşdırılır və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi əsasında xüsusi ayrılmış ərazilərdə (poliqonlarda) basdırılır.
2.7. Yandırılma üsulu ilə utilizasiya edilmiş tullantıların qalıqları ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədi ilə ekoloji qanunvericiliyə uyğun olaraq, xüsusi ayrılmış yerlərdə təcrid edilir (basdırılır).
3. Tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclərin ödənilməsi
3.1. Utilizasiyaya yararsız tütün məmulatları tullantılarının təcrid edilməsi və utilizasiyaya yararlı tütün məmulatları tullantılarının utilizasiyası ilə bağlı xərclər həmin tütün məmulatları tullantılarının sahibi (mülkiyyətçisi) tərəfindən ödənilir.
3.2. Tütün məmulatları tullantılarının onların utilizasiyasına qədər yığılması (toplanması), daşınması, müvəqqəti saxlanması ilə bağlı xərclər "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə və yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən utilizasiyaya yararlı tütün məmulatlarının tədqiqinin (sınağının) aparılması və onun nəticələrinə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilməklə dövriyyədən götürülməsi, daşınması və saxlanması ilə bağlı xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası"na uyğun olaraq müəyyən olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 15 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672