Azərbaycanlı deputat 6 saat ifadə verdi - "Təxribatdır..." - FOTO

Azərbaycanlı deputat 6 saat ifadə verdi - "Təxribatdır..." - FOTOGürcüstan parlamentinin "Milli hərəkat" partiyasının deputatı Azər Süleymanov Marneuli sakininin döyülməsi ilə hər hansı əlaqəsinin olmasını inkar edib.

BiG.AZ xəbər verir ki, deputat qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən altı saatdan artıq ifadə verib. Süleymanov Marneuli meri Temur Abazov və Bidzini İvanişvilinin ünvanına Feysbuk-da təhqir videosu yayımladıqdan sonra sakin Elçin Allahverdiyevlə görüşdüyünü deyib. Deputatın sözlərinə görə, zərərçəkən artıq bir neçə ildir ki, "Gürcü arzusu" partiyasının üzvü olsa da, özünü "Milli hərəkat" partiyasının nümayəndəsi kimi təqdim edib:

"Elçin Allahverdiyevi döyməmişəm. Sadəcə, ondan bir şey soruşdum ki, niyə üzvü olmadığın halda bizim partiyanın adından belə iyrənc ifadələr işlətmisən. Həmin vaxt ofisdə "Gürcü arzusu" partiyasının nümayəndələri də olublar. Söhbət onların yanında gedib.

Görürsünüz ki, bu gün Gürcüstanda dövlət nə gündədir. Dağıla-dağıla gedir. Dünən baş naziri çıxardılar, beş gün öncə baş prokuroru. Öz günahlarını kiminsə boynuna qoymaq istəyirlər. Çünki söyüş söyən şəxs "Gürcü arzusu" partiyasının üzvü olub. O, hansısa orqan tərəfindən göndərilmiş təxribatdır. Bizim partiyanın üzvü olmadığı halda niyə partiyamızın adından danışsın ki? Həmin şəxs alçaq adamdır. Düşmən də olsa heç kimin ailəsini söymək olmaz. Biz Qafqaz millətiyik, ailə dəyərlərimiz yüksəkdir.

Əlbəttə zorakılığı da qınayıram. O kadrlar mənə də xoş gəlmədi. Təhqiredici hərəkətlərdir. İkinci tərəfi də qınayıram ki, belə bir iş varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. O insan kimlərsə tərəfindən öyrədilmiş şəxsdir. Niyə aksiyaya gedib və bizim partiyanın adından istifadə edib, yəqin ki, qısa vaxtda üzə çıxacaq. Bütün suallara cavab verməyə hazıram, bu cinayətlərin iştirakçısı deyiləm".

Qeyd edək ki, artıq prokurorluq yerli sakin Elçin Allahverdiyevi döyməkdə ittiham edərək müxalif deputata qarşı cinayət təqibinə başlayıb. Deputat toxunulmazlığına görə Azər Süleymanov saxlanılmayıb. Ona qarşı irəli sürülən ittiham üzrə deputatı 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Süleymanova qarşı ittihamları "Milli hərəkat" fraksiyasının üzvü Roman Qoçiridze də şərh edib. O, gürcü mediasına açıqlamasında bildirib ki, partiya bu insidentin siyasi məqsədlər üçün istifadəsinə imkan verməyəcək:

"Ola bilsin ki, Azər Süleymanova təzyiq göstərmək istəyirlər. O, altı ildir ki, müxalifətdədir. Parlamentdə "Milli hərəkat" fraksiyası yaradılanda ona təzyiqlər edilirdi. Onu qorxudurdular, rüşvət vermək istəyirdilər ki, "Milli hərəkat"ın yaradılmasına yardım etməsin. Bu cəhdlərə baxmayaraq, Süleymanovu yola gətirmək və fraksiyanı dağıtmaq mümkün olmadı. Çünki o düzgün insandır və əsl döyüşçüdür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 673   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

03.05.2024 569
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 134
.

Honkonq 140 il ərzində ən isti aprelini yaşadı

Çin ən isti aprelini keçirib. BİG.AZ xəbər verir ki, 1884-cü ildə meteoroloji rekordların başlanmasından sonra Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi bu il ən isti aprel yaşadı. Honkonq Müşahidə Şurasının bəyanatına əsasən, aprel ayında havanın orta temperaturu 26,4 dərəcə olub. Subtropik iqlim zonasınd

03.05.2024 50
.

Mətanət Əsədova: "Üzümə gülüb can-can deyir, amma məni toylardan "vurdurur""

"Elə bir dövrdə yaşayırıq ki, feyk səhifələrdən yazanları 5 dəqiqə içində hüquq-mühafizə orqanları tapırlar. Bir müğənni var, məni görəndə üzümə gülüb can-can edir, amma sosial şəbəkələrdə pulnan adam tutub məni söydürür". -ın xəbərinə görə, bu fikirləri "Kanal S"də yayımlanan verilişlərdə

03.05.2024 318
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

03.05.2024 154
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 151
.

Türkiyə İsraillə bütün ticarəti dayandırıb

Türkiyə İsraillə bütün ticarəti dayandırıb. xəbər verir ki, bu barədə Bloomberg News məlumat yayıb. Ötən ay Türkiyə Qəzzadakı müharibə səbəbindən İsrailə ixracı məhdudlaşdırmışdı

03.05.2024 146
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

03.05.2024 783