Doğuşdan sonra necə arıqlamaq olar?

Doğuşdan sonra necə arıqlamaq olar?Məşhurlar ana olduqdan az müddət sonra yenidən əvvəlki formalarına qayıdırlar. Əlbəttə bu nəticəni əldə etmək üçün onlar xüsusi diyetoloqlar və məşqçilərin köməyindən istifadə edirlər. Bəzi məşhurlar qısa müddətdə əvvəlki formalarına qayıtmalarının sirlərini bölüşürlər. Bunlardan biri də məşhur müğənni Qvin Stefanidir. "No Doubt" qrupunun keçmiş solisti, iki oğul anası olan 41 yaşlı müğənni hamiləliyi zamanı tam 20 kq. kökəlib. Ancaq Qvin Stefani yeni pəhriz və məşq proqramı sayəsində doğuşdan az sonra köhnə halından da daha yaxşı bədənə sahib ola bilib: "Əvvəllər kifayət qədər gözəl görünmədiyini düşündüyüm ayaqlarımı və qarnımı gizlədirdim. Amma indi heç bir yerimi göstərməkdən çəkinmirəm. Bunu da böyük bir əzmlə etdiyim pəhriz və məşq proqramıma borcluyam".
Müğənni balıq və tərəvəzlərə üstünlük verir. Əsla karbohidratlarla (makaron, çörək, xəmir yeməkləri) zülalları (ət, yumurta və süd qrupu) qarışdırmır. Həftənin dörd günü fitness salona gedir. Bundan əlavə gün ərzində 1 saat rəqs edir. O deyir ki, rəqsin sayəsində beli əvvəlkindən də incə olub.

Aktrisa Cessika Alba sadə zeytun yağı ilə bişirdiyi yeməkləri yeyir, əsla fast food və karbohidratlı qidalar qəbul etmir. Həzm sistemini hərəkətləndirmək üçün naharda meyvə və göyərti yeyir. Günortaya yalnız balıq və çiy tərəvəz yeyən Alba axşamlar qatıq və yağsız salatı seçir. Eyni zamanda həftənin beş günü idmanla məşğul olur.

Məşhur aktrisa Keyt Holms və model Heydi Klum demək olar ki, eyni pəhrizi saxlayırlar. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 3 dəfə qidalanırlar, axşam 7-dən sonra isə ümumiyyətlə heç nə yemirlər, yalnız su içirlər. Həftədə 3 dəfə səhər təmiz havada qaçırlar.

Yoqanın pərəstişkarı olan aktrisa Qvinet Peltro isə hər zaman gözəlliyini və düzgün formasını yoqaya borclu olduğunu deyir. Aktrisa ana olduqdan sonra yoqa və su sayəsində 20 kq. arıqladığını bildirib.

Aktrisa Ketrin Zeta-Cons da yalnız ağartı məhsulları, balıq və toyuq əti ilə qidalanır. Gün ərzində 3 litr su içir.
Hər zaman mükəmməl formada olan Uma Turman ana olduqdan sonra artıq çəkilərdən azad olmaq üçün pəhriz ərzaqlarına üstünlük verib. Bundan əlavə, aktrisanın dediyinə görə, film çəkilişləri üçün gecə-gündüz məşq edib və 12 kq. arıqlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 11645   Tarix: 20 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 462
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 564
.

Hüseynin 153 milyon vergi borcu var

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Axşam.az xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb. Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti il

14:40 3
.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 330
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 295
.

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü

"Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40 manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm". Akademi

11:20 174
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 803
.

Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO

Sabirabad çiyələyi təbii şəkildə yetişdirildiyinə görə, tam keyfiyyətli hesab olunur. Hazırda da Sabirabadın Həşimxanlı kəndində çiyələk yığımı davam edir. "Eldəniz", "Viktoriya", "Nataşa" sortlarına üstünlük verilir. Sentyabrda əkilən çiyələk aprel ayının sonlarından yığılmağ

11:10 171
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 392