"Maşın" şoudan qalmaqallı çıxan iştirakçıdan ŞOK MÜSAHİBƏ - VİDEO

"Maşın" şoudan qalmaqallı çıxan iştirakçıdan ŞOK MÜSAHİBƏ - VİDEO"Maşın" şou yarışmasını qalmaqalla tərk edən müğənni Rahidə Baxışova maraqlı açıqlamalar verib.

BiG.AZ-in məlumatına görə, Lent.az-ın canlı yayımında qonaq olan ifaçı müsahibəsində bu sözləri dilə gətirib: "Mən "Maşında iştirak etdiyimə görə sevindim. Orda iştirak etdiyimə görə məni qınayan insanlar var. O qınayanların özü 2 gün maşının ətrafında dayana bilməzlər. Ora elə aləmdir ki, hər adam orda baş çıxara bilməz. Özü də ki, bu dəfə Roza orda idi. Dedi ki, hamınızı biçəcəm. Dediyini də elədi. Mən həssas insanam. Buna şou kimi baxa bilmədim. Hər deyilən söz mənə təsir edirdi. Daha çox tamaşaçını düşünürdüm, ona görə də səs tonumu qaldırmırdım. Çalışırdım ki, susum. Amma "Maşın" da susmaq lazım deyildi. Cavab versəydim, həyasız olacaqdım. 23 ildə tamaşaçı sevgisi qazanmışam. İstəmədim ki, o hörməti itirəm".

R.Baxışova bildirib ki, yarışdan sonra bütün iştirakçılarla münasibəti normal qalıb: "Mən ora insanlarla düşmən olmağa getməmişdim. Biz sənət yoldaşıyıq, tez-tez üz-üzə gəlirik. Hər bir iştirakçı ilə münasibətim normal olaraq qalır".

İfaçı onu da əlavə edib ki, həmkarı Roza Zərgərlinin "Maşın" şoudakı oyununu bəyənir: "Yaxşı ki, Roza məni yeddiliyə qədər gətirib çıxardı. Rozaya halal olsun. Onu orada daha yaxından tanıdım. Onun yarış zamanı ağıllı olmağı görsənirdi. Rozanın nə qədər zəki olması, yaxşı mənada hiyləgər olması özünü göstərdi. Mən sadəcə onu alqışlayıram. "Maşın"da bütün ssenarini Roza həyata keçirirdi. Mən bir dəfə Rozaya sual verdim kİ, ay qız, sən nə yaxşı belə biclikləri bilirsən? O da mənə dedi ki, bir neçə il yarışa qatılan zaman yaxın dostu Qaraqan onu yarışdan uzaqlaşdırıb. Ondan gözləmirmiş. Rozanın hərəkətlərini alqışlayıram. Ona halal olsun".

R.Baxışova bildirib ki, bəzi iştirakçılardan fərqli olaraq şouda başqa obraza girməyib: "Əslində mən sakit təbiətli insanam. Sadəcə o verilişdə sakit olmamaq lazımdı. Roza, Pərvin kimi qışqırsaydım, qorxurdum ki, mənə qarşı nifrət olardı. Tamaşaçımın mənə sevgisi azalardı. Ona görə də adi həyatda necə idimsə, maşında da elə idim. Filmdə, tamaşada obraza girə bilərəm. Amma sırf bu yarışda obraza girə bilmədim. Girə bilsəydim, Abbasın adını sona qədər çəkərdim".

Qeyd edək ki, müsahibənin tam hissəsinə aşağıdakı videoda baxa bilərsiniz:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1241   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızılcık şerbeti"nin ulduzu eşq xəbərlərinə cavab verdi

"Kızılcık şerbeti" serialında rol alan Sıla Türkoğlu tərəf müqabili Doğukan Güngörlə haqqında çıxan eşq xəbərlərinə cavab verib. OLAY yazır ki, aktrisa bu barədə instaqram hesabında paylaşım edib. "Dünən axşam dostlarımla qatıldığım bir tədbirdən sonra bəzi səhifələrdə mən və tərəf müqabili

04.05.2024 629
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 792
.

"Eşq çox gözəl hiss, böyük həyəcandır" - Hadise

"Eşq çox gözəl hiss, böyük həyəcandır. Amma yaxşı olacaqsa,olsun". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Bədbəxt edəcək heç kimə icazə verməyin, həyatınıza daxil etməyin" ,- deyə o əlavə edib

07.05.2024 230
.

Ölümündən bir neçə gün əvvəl verdiyi müsahibə yayımlandı

"O üz" proqramında Əməkdar artist Cavanşir Məmmədovun sonuncu müsahibəsi yayımlanıb. Axşam.az xəbər verir ki, müğənni mərhum Xalq artisti Aftandil İsrafilova həsr edilən verilişə açıqlama verib. Bildirilib ki, C.Məmmədov açıqlamanı ölümündən bir neçə gün əvvəl verib və izləyə bilməyib. C.Məmmədo

07.05.2024 780
.

Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

05.05.2024 657
.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 5077
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

05.05.2024 754
.

Türkiyədə serial sektorunda böhran yaşanır

Türkiyədə serial sektorunda böhran yaşanır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda yaylıq seriallar çəkilmir. Buna səbəb bu sektorda xərclərin artması olub. Üç il əvvəl 1 və ya 1,5 milyona başa gələn serialların hər seriyasının dəyəri indi 10 milyon lirəni keçib. Ölkənin hər seqmentind

06.05.2024 816
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 420