Azərbaycanlı müğənni "Sarı gəlin"i ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi

Azərbaycanlı müğənni "Sarı gəlin"i ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi"Heç bir azərbaycanlı iştirak etdiyi ortamda erməni ifaçının Azərbaycan xalq mahnısı "Sarı gəlin"i solo ifa etməsinə sakit tamaşa edə bilməz"

BiG.AZ xəbər veri ki, bunu Sputnik Azərbaycan-a Gürcüstanda keçirilən IX Qafqaz Caz Festivalında erməni həmkarı ilə birlikdə "Sarı gəlin"i oxuması barədə sosial şəbəkələrdə yayılan söhbətlərə münasibətinin bildirərkən azərbaycanlı aşıq Nargilə Mehdiyeva (Tinatin) deyib.

İfaçı qeyd edib ki, artıq uzun müddətdir Tiflisdə aşıq musiqisi ilə digər musiqi janrlarının sintezini təqdim edən layihə üzərində işləyir. Bununla əlaqədar olaraq onu tez-tez müxtəlif tədbirlərə, festivallara dəvət edirlər. O isə bu dəvətləri məmnuniyyətlə qəbul edir, çünki bu, ona öz yaradıcılığını və Azərbaycan musiqisini geniş auditoriyaya təqdim etmək imkanı verir.

"Məni Qafqaz caz festivalına dəvət etmişdilər və orada iştiraka razılıq vermişdim. Mən əvvəlcə orada "Koroğlu" yaradıcılığından aşıq mahnısını təqdim etdim. Tamaşaçılar onu dinləyib sadəcə valeh olmuşdular" — deyə Mehdiyeva bildirib.

O qeyd edib ki, bundan sonra festivalın təşkilatçıları ona erməni ifaçı ilə birlikdə "Sarı gəlin"i duet oxumağı təklif edib. O, adının və yaradıcılığının bu məsələ ilə yanaşı hallanmasını istəmədiyi üçün əvvəlcə bundan imtina edib. Sonra isə bununla razılaşmalı olub. Çünki azərbaycanlı aşıq əvvəllər də Ermənistandan olan həmkarları ilə birlikdə dəfələrlə eyni səhnəni bölüşüb. O, səhnədə erməni ifaçının "Sarı gəlin"i tək oxumasına razı ola bilməzdi. Çünki bu, Gürcüstanda yaşayan azərbaycanlılara böyük zərbə olardı.

"Hər şeyi düşünərək razılıq verməyi qərara aldım ki, sonra peşmançılıq çəkməyim. Mənə çox çətin oldu. Çox həyəcanlı idim. Təkcə ona görə yox ki, erməni həmkarlarla birgə çıxış etmək mənə rahat deyildi, həm də ona görə ki, bu mahnını ifa etmək asan deyil. Çünki mən əsasən aşıq mahnıları oxuyuram" — deyə Mehdiyeva bildirib.

Aşığın sözlərinə görə, o, "Sarı gəlin"i oxuyanda, zalda oturan azərbaycanlıların gözləri yaşarıb və tamaşaçılar öz həmyerlilərinə dəstək veriblər. Onlar erməni ifaçıların çıxışı zamanı onu da başa düşüblər ki, bu kompozisiyanın erməni xalqı ilə heç bir əlaqəsi yoxdur. "Sarı gəlin"i bu cür hissiyyatla, emosiya ilə və yüksək səviyyədə tamaşaçıya yalnız azərbaycanlı müğənnilər çatdıra bilər.

"Bu çıxışımdan sonra çoxsaylı müsbət reaksiyaları eşitmək mənə xoş idi. Hətta gürcülər qeyd edirdilər ki, "Sarı gəlin" şübhəsiz Azərbaycana məxsusdur. Çox şadam ki, bunu bir daha sübut etməyi bacarmışam" — deyə Mehdiyeva bildirib.

Aşıq bildirib ki, azərbaycanlı həmkarlarından heç biri ona zəng edərək bu addımına görə suçlamayıblar. Əksinə, onlar bir daha "Sarı gəlin"in xalqımızın real mülkiyyəti olduğunu sübut etdiyi üçün onunla qürur duyduqlarını bildiriblər.

Tinatin Gürcüstanda yaşadığını və bu səbəbdən də ermənilərlə hər an üz-üzə gəldiyini deyib.

Mehdiyeva tez-tez erməni müğənnilərinin də iştirak etdiyi çoxmillətli layihələrdə çıxış edir və hər dəfə onlarla eyni səhnəni bölüşmək məcburiyyətində qalır.

"Mənim tez-tez erməni ifaçılarla münaqişələrim yaranır. Çünki onlar azərbaycanlıların festival və müsabiqələrdə birinci yeri tutması ilə barışa bilmirlər. Onlar bizə münasibətlərini gizlədə bilmirlər, baxmayaraq ki, başqaları bunun fərqinə varmır" — Mehdiyeva bildirib.

Tinatin Gürcüstanda doğulub-böyüdüyünü qeyd edib. Uşaq vaxtlarından aşıq musiqisi ilə məşğul olub. Hazırda Tiflisin populyar ifaçılarından biridir. O, Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun ev-muzeyində, eləcə də Tbilisi Dövlət Konservatoriyasında xarici tələbələrə dərs deyir. Bununla yanaşı, Gürcüstan Qadınlar Assosiasiyasının və Azərbaycan Aşıqlar İttifaqının üzvüdür. O, Gürcüstanda Azərbaycan mədəniyyəti və musiqisini təbliğ etmək üçün mümkün olan hər şeyi edir. Artıq dörd ildir ki, o, xaricdə, xüsusilə də Londonda, İsveçdə, Amsterdamda və digər yerlərdə solo konsertlər verir.

"Mən Gürcüstanda yeganə qadın aşığam. Burada mənə böyük dəstək var. Tez-tez Azərbaycana da gedirəm, həmkarlarımla birgə eyni səhnəni bölüşürəm və televiziya verlişlərində iştirak edirəm" — deyə Mehdiyeva bildirib.

Aşıq onu da vurğulayıb ki, hər yerdə Azərbaycan musiqisini təbliğ etməkdə davam edəcək və hazırda bu istiqamətdə bir böyük layihə üzərində işləyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 809   Tarix: 14 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Nisə Qasımovaya halallıq vermirəm" - Ceyran Haşımova

"Xalq artisti adını daşıyan bir müğənni var ki, efirə çıxıb hər şeydən danışır, amma üzvü olduğu "Lalə" qızlar ansamblının adın çəkmir. Halbuki o, ilk addımlarını bu ansamblda atıb. Nankorluqlarını qəbul edirəm, halallıq vermirəm". Axşam.az xəbər verir ki, bunu Xalq artisti Ceyra

29.04.2024 1079
.

Britni Spirs boşandı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məşqçi həyat yoldaşı Sem Asqaridən rəsmi olaraq boşanıb. Axşam.az xəbər verir ki, bu barədə "PageSix" nəşri məlumat yayıb. Sənədlərə görə, 42 yaşlı müğənni müxtəlif zinət əşyaları və digər şəxsi əşyalarla yanaşı, cütlüyün toyuna qədər v

02.05.2024 239
.

"Titanik"in aktyoru vəfat etdi

Dünyaca məşhur şotlandiyalı aktyor və yazıçı Brayan Makkardi vəfat edib. Axşam.az xəbər verir ki. aktyor 59 yaşında evində qəfil dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Qeyd edək ki, Makkardi karyerasına 1980-ci illərin sonlarında başlayıb. O, "Damaged", "Time", "Lin

01.05.2024 349
.

Səidə Sultanın transparan geyimi - Foto

Müğənni Səidə Sultan sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qatıldığı məclislərdən birində çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Müğənni yığıncağa dekolteli qara transparan tulum geyinib

30.04.2024 1227
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1268
.

"Kasıb ölmək sənin səhvindir"

Müğənni Ayan Babakişiyeva paylaşımı ilə müzakirə yaradıb. OLAY yazır ki, o, ailə həyatından və maddi durumundan danışan imkansız gəncin müsahibəsini paylaşaraq sərt sözlər qeyd edib:. "Kasıb olmaq ayıb deyil, amma kasıb ölmək sənin səhvindir. Əgər yaşadığın ölkədə iş varsa, get, tap işlə. O qədə

01.05.2024 1033
.

Xidmətçisi Fatimənin evindən oğurluq edib

Rəqqasə Fatimə Fətəliyevanın evindən oğurluq edilib. Axşam.az xəbər verir ki, bu barədə o, "Xəbərin var?" verilişində qonaq olarkən deyib. Fatimə 4 il evində çalışan qadının ondan oğurluq etdiyini açıqlayıb:. "Anam yaşlı qadındır, iş görə bilməz, mənimlə birlikdə yaşayır. Mən də hər gü

02.05.2024 705
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 337
.

"Banu"nun Güneli TANINMAZ HALDA , görün necə DƏYİŞİB- FOTO

Aparıcı Günel Həsənzadə sosial mediada paylaşımı ilə diqqət çəkib. BİG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında yeni görüntüsünü paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Fotoya çoxsaylı tərif gəlib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 1610