Biləsuvarda ikinci oğurluğu törətdiyi halda azadlıqda gəzən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Biləsuvarda ikinci oğurluğu törətdiyi halda azadlıqda gəzən şəxslə bağlı DİN-dən AÇIQLAMABiləsuvar rayon sakini İkram Quluzadənin son 3 ayda ikinci oğurluq törətməsinin və azadlıqda gəzməsinin səbəbkarları kimi RPŞ-nin rəhbərliyinin və əməkdaşlarının göstərilməsi ilə bağlı məsələyə Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BiG.AZ-a açıqlamasında bildirilib ki, naməlum şəxs və ya şəxslər cari il mart ayında gecə saatlarında pəncərənin dəmir barmaqlığını sındırmaq yolu Biləsuvar rayonunun Ağlıkənd kənd poçt şöbəsinə daxil olaraq oradakı dəmir seyfi içərisindəki 60 manatla oğurladıqlarına görə RPŞ-nin İstintaq bölməsində fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Orxan Mansurzadənin sözlərinə görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan cinayətin Ağlıkənd sakini İsrafil Bayramov və İkram Quluzadə tərəfindən törədilməsi müəyyən edilib, hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub:

İstintaq zamanı bu iki nəfərin həmyerliləri Zaur Məmmədova məxsus mağazadan ümumilikdə 427 manat dəyərində danışıq kartları, tütün məmulatları və digər mallar oğurlamaları da müəyyən edilib. Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, İsrafil Bayramova həmin cinayət işi üzrə yenidən ittiham elan edilib.

Təqsirləndirilən şəxslər barəsində rayon prokurorluğunun qərarına əsasən "polisin nəzarəti altına vermə" qətiimkan tədbiri seçilib. Ona görə hər iki təqsirləndirilən şəxs sərbəst buraxılıb.

Zərurətlə əlaqədar Bayramov İsrafil Cahid oğlu və Quluzadə İkram Yaşar oğlu müvafiq qaydada istintaqa çağırılsalar da onlar üzrlü səbəblər olmadan istintaqdan qəsdən yayınıblar, bununla da qətimkan tədbirinin şərtlərini pozublar. Bu səbəbdən də onlarla istintaq hərəkətlərinin keçirilməsi mümkün olmayıb. Ona görə hər ikisinin tutulub istintaqa təhvil verilməsi məqsədi ilə mayın 1-də barələrində axtarış elan edilib.

Keçirilmiş tədbirlərlə axtarışda olan İsrafil Bayramov iki gün sonra Bakı şəhərində tutularaq Biləsuvar RPŞ-yə gətirilib və rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, İkram Quluzadə barəsində Xətai RRİ-nin İstintaq şöbəsində oğurluqla bağlı istintaq olunan cinayət işi üzrə axtarış elan edilməsi barədə qərar qəbul edilib. Biləsuvar RPŞ-də başlanılmış iki cinayət işi İkram Quluzadə barəsində paytaxtda istintaqı aparılan cinayət işi ilə birləşdirilib və araşdırılması Xətai RPİ-yə həvalə olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 959   Tarix: 13 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 193
.

Azərbaycanda yeni peyvənd vurulacaq

Azərbaycanda profilaktik peyvəndlər təqvimində dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, təqvimə GDT Hib HepB İPV (heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin həyata keçirdiy

02.05.2024 477
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 335
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 536
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 148
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 984
.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1018
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 153
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 340