Lavrovdan İrəvana sərt xəbərdarlıq

Lavrovdan İrəvana sərt xəbərdarlıqRusiya ilə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqləri, xüsusən də İrəvan arasında gərginliyə səbəb olan ciddi mübahisəli vəziyyət yaranıb.

Azvision.az bildirir ki, Moskva KTMT-yə üzv dövlətin ərazisində, o cümlədən Ermənistanda ABŞ laboratoriyalarının yeləşdirilməsindən hədsiz narazıdır.
"Kommersant"ın yazıdığına görə ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov Alma-Atada keçirilən KTMT xarici işlər nazirləri toplantısında bu məsələni qaldırıb. Lavrov Ermənistan və Qazaxıstan ərazisindəki ABŞ-ın maliyyə dəstəyilə açılan və fəaliyyət göstərən laboratoriyaların Rusiyanı narahat etdiyini bildirib.

Belə laboratoriyalar Ukrayna və Gürcüstanda da var. Qeyd olunur ki, Rusiyanın xüsusi xidmət orqanları və alimləri Amerikanın nəzarətində olan bu cür laboratoriyaların postsovet məkanında yaradılması və yayılmasından narahatdırlar. Çünki həmin laboratoriyalar sonda hansısa yolla Rusiyaya qarşı istifadə oluna bilər.

Laboratoriyaların Qərbi Avropa ölkələrində yox, nədənsə Rusiyanın yaxın ətrafında – inqilab və dövlət çevirişlərinin baş verdiyi və onun əsas müttəfiqləri olan postsovet dövlətlərində yerləşdirilməsi suallar doğurur.

"Kommersant" yazır ki, Moskva həmin laboratoriyalara giriş əldə etmək istəyir. Hətta bioloji tədqiqatlar sahəsində əməkdaşlıqla bağlı İrəvanla ayrıca sənədin imzalanması da müzakirə olunur. Moskva hesab edir ki, bu, rus mütəxəssislərinə Ermənistandakı ABŞ laboratoriyalarına girişi təmin edəcək. Çünki ABŞ laboratoriyaları heç də bəyan etdikləri məqsəd və vəzifələrə - Ermənistanda epidemioloji təhlükəsizliyin yüksəldilməsinə xidmət etmir.

Moskvanın İrəvanla bağlı narahatlığı anlaşılandır. Bundan öncə "Kommersant" yazmışdı ki, Ermənistan baş naziri Nikol Paşinyan ən vacib postlardan biri – müdafiə naziri vəzifəsinə 2004-2007-ci illərdə Ermənistan silahlı qüvvələrinin NATO-dakı nümayəndəsi, konkret olaraq, NATO və ABŞ kəşfiyyatına işləmiş David Tonoyanı təyin edib. Sübut olunub ki, Tonoyan Ermənistanda Amerikaya məxsus biolaboratoriyalar şəbəkəsinin yaradılması üzrə layihənin koordinatorudur. Və artıq Gürcüstan və Ukraynada "uğurlu" fəaliyyət göstərən belə laboratoriyalar epidemioloji tədqiqatlar yox, bioloji silah yaradılması üzərində işləyir. Rusiya üçünsə bu, müttəfiqinin potensial təhdid mənbəyi olması deməkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1116   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 185
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

10:30 83
.

İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digə

04.05.2024 248
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

04.05.2024 201
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 159
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

04.05.2024 280
.

ABŞ institutu: Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir

Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb. Qeyd olunub ki, Ukraynanın ciddi sursat çatışmazlığı var: "Amma Kiyev hələ ki, cəbhə xəttini qorumağı bacaracaq. Ukrayna rəsmiləri bildiriblə

04.05.2024 187
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 187
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 219