Qardaşını itirən azərbaycanlı müğənni: "Heç kim mənim qədər o acını çəkə bilməz..." - VİDEO

Qardaşını itirən azərbaycanlı müğənni: "Heç kim mənim qədər o acını çəkə bilməz..." - VİDEOARB Ulduz-un "Şou Məkan" verlişinin qonağı müğənni Nazənin olub.

Müğənni ilk olaraq geri dönüş mahnısı olan "Havalı başım" ifasından söz açıb:

"Dönüşüm elə oldu ki, "Havalı başım" mahnısını oxudum. Musiqisi Ruslan Səfəroğlu, sözləri Vüsal İbrahimovundur. Digər mahnılarım kimi bu da hit oldu. Dünyanın ən xoşbəxt müğənnisiyəm ki, nə oxumuşam, dillər əzbəri olub.

Tamaşaçılara təşəkkür etmək istəyirəm ki, izləyirlər, sevirlər. Onların sevgisi olmasa, mən oxuya bilmərəm. Hər zaman deyirəm, mən oxuyanda alqışlar olmasa, oxumayacam. O an düşünəcəm ki, getmək vaxtıdır".

İfaçı konsert verməyə hazırlaşdığı dönəmdə heç gözləmədiyi bir itki ilə üz-üzə qaldığını deyib:

"Yaşıl Teatrda konsert verməyə hazırlaşırdıq. Prodüserim tədbirin vaxtını belə dəqiqləşdirmişdi. Üzeyir Mehdizadənin konsertindən iki gün sonra olmalıydı. Tale elə gətirdi ki, qardaşımı itirdim. Konsert vermək ruhunda deyiləm. Üzüm gülür, ancaq içim yox. Əlli gün gözlədim. İstəyir əlli il gözləyim. Onsuz da qardaşım qayıtmayacaq. Bu gerçəkliklə barışdım. Dedilər, onun da ruhu şad olar ki, sən yenidən səhnəyə qayıdasan".

Sənətçi, üzü gülsə də, ürəyinin qan ağladığından danışıb:

"Son beşik qardaşımıydı, cavanıydı. Mənim yanımda böyüşümdü. Onu çox istəyirdim. Sadəcə oxuyuram. Sizə elə gəlir ki, Nazənin şadlanır, gülür, oxuyur, heç kim mənim qədər o acını çəkə bilməz".

Nazənin susduqca bəzilərinin özünü haqlı hesab etməsi məsələsinə də toxunub:

"Elə şeylər var ki, mən onu açıqlasam, qan düşər. Həmin həqiqətləri mən desəm, insanlar şoka düşər ki, Nazənin nə üçün susur, bəs niyə danışmır? İnsan abrını gözlədikcə, bəzi yiyəsizlər ki var, onlar elə bilirlər ki, sən susursan və onlar düzdür. Səhər yenə pillə-pillə qalxırlar.

İnsan üzr istəməyi bacarmalıdır. Ancaq haqsız yerə böhtanlar atasan, özün o çirkabların içində ola-ola başqalarına sataşasan, bu düzgün deyil. Belə hərəkətlərə bir dözərəm, iki dözərəm, ancaq sonuna çıxaram".

Sosial şəbəkələrdə onu qınaq atəşinə tutanlara da sakit cavab verən müğənni, düzün nə zamansa əyrini kəsəcəyini xüsusi vurğulayıb:

"Bir də görürsüz ki, biri mənim instagram səhifəmə yazıb, bunun qardaşı ölməyib bəs, niyə oxuyur? Guya ki, mənim qardaşımı məndən çox istəyir də, məndən çox canı yanır. Elə deyil. Bu, mənim sənətimdir. Ürəyim qan ağlasa da, oxumalıyam.

Hər şey yaxşıdır. Mən həmişə çalışmışam ki, gördüyünüz kimi qalım. Mən dəyişə bilmirəm. Elə şeylər var ki, ürəyim partlayır, deyə bilmirəm. Desəm, mən də bir neçə nəfərin tayı olacam. Düz həmişə əyrini kəsir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8223   Tarix: 12 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Aldatmak" final edir

Türkiyənin "ATV" kanalında yayımlanan "Aldatmak" serialının final tarixi bəlli olub. Axşam.az xəbər verir ki, ekran işi 71-ci bölümü ilə izləyicilərinə vida edəcək. Qeyd edək ki, serialın baş rollarını Vahide Perçin, Ercan Kesal, Mustafa Uğurlu, Cem Bender kimi məşhur simalar canlandırı

26.04.2024 441
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1096
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 335
.

Hadise yeni rekorda imza atıb

Müğənni Hadise yeni rekorda imza atıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Üç böyük brendlə 1 illik müqavilə imzalayan Hadise 300 milyon lire qazanıb. Sentyabr sonuna qədər isə 95 konsert verməyə razılaşıb

22.04.2024 960
.

Qonca Vuslateri ana oldu

Türkiyəli aktrisa Qonca Vuslateri ana olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın qızı dünyaya gəlib. O, övladına Asya adını verib. Qeyd edək ki, Qonca martda Levent adlı şəxslə ailə qurub

26.04.2024 194
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 988
.

Xalq artisti səhnəyə elə geyimdə çıxdı ki, izləyənlər "BU QƏDƏR DƏ OLMAZ" DEDİ -VİDEO

Xalq artisti Röya Ayxan geyimi ilə diqqət çəkib. İllər sonra "Sənə görə" mahnısını ifa edən müğənni dekolteli libası ilə gündəm olub

21.04.2024 3805
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1164
.

"Yalı çapkını" serialına yeni aktyor gəlir

"Yalı çapkını" serialına yeni obraz qatılacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Aktyor Nazmi Kırık serialın yeni üzvü olacaq. O, serialda Akının atası Tayyar rolunu oynayacaq

22.04.2024 1984