Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR

Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR"AZER YAPI MARKET" MMC şirkətinə məxsus "Evimiz Market"-in işçisi İbrahimov Abbas Akif oğlu redaksiyamıza müraciət edərək şirkətin anbarında iş yoldaşı tərəfindən ölümcül döyüldüyünü, sonradan şirkət rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu, əsassız olaraq işdən çıxarıldığını söyləyib.

Abbas İbrahimov BiG.AZ açıqlamasında bildirib ki, 2017-ci ildə işlədiyi şirkətdə keçmiş Beyləqan Rayon prokuroru Oqtay Kamalovun oğlu Müşfiq Kamalov onu arxadan dəmirlə vurub:

"Mən vurulan zaman özümdən getmişəm. Aldığım zərbə nəticəsində qapalı kəllə-beyin travması almışdım. Beynim silkələnib, sağ üst çənə sümüyü qırıldığı üçün ömürlük mil qoyulub.Sol alın nahiyəsində dərin yara açılıb.Gözlərimdən çoxlu qan gəlib. Dişlərim qırılıb. Çox ağır vəziyyətdə 26-gün xəstəxanada müalicə aldım. İş yoldaşlarım çalışıblar ki, məni ayıltsınlar. Elə biliblər ki, ölmüşəm. Təsəvvür edirsiniz həmin zaman nə təcili tibb yardım çağırılıb, nə də polisə məlumat verilib. Məni şəxsi maşına qoyub "City Hospital" aparıblar. O, xəstəxanada məni bir neçə gün başqa adla saxlayıblar. Mənim iki azyaşlı uşağım var. Vəziyyətimlə bağlı ailəmə xəbər verilməyib".

Şikayətçi bildirib ki, "AZER YAPI MARKET" MMC-də10 il işləyib: "Şirkətdə işçi dəyişimi olmuşdu. Bir çox köhnə işçilər çıxarılmışdı. Məni də hər gün təhqir edir, hədələyirdilər. İşlədiyim bu 10 il ərzində bir səhfim olmayıb. Müşfiq Kamalov orada satış məsləhətçisi işləyirdi. O, işə gələndən məni hədələməyə başladı. Bir neçə ay bu təhqirlərə göz yumub, işimlə məşğul oldum. Amma 2017-ci ilin iyunun 10-da mənə ağır sözlər dediyinə görə dözə bilmədim. Mən də ona cavab verdim. O da mən anbara girən zaman arxamca gəlib, dəmirlə başıma vurdu. Ölümcül hala düşmüşdüm. Bəxtim onda gətirdi ki, nəzarət kameralarının qeydə aldığı görüntülər var. Bu görüntülər də bir neçə ay gizlədildi. Çünki şirkət rəhbərliyi çalışdığı qədər bu məsələni gizlin saxlayırdı. Bir neçə gündən sonra həmyerlim yanıma gəldi. Şirkət və xəstəxana rəhbərliyinə bildirdi ki, bu haqqda polisə məlumat vermisiniz. Yox cavabını alandan sonra o, 102 çağrı mərkəzinə məlumat verdi. Şirkət rəhbərliyi həmyerlimlə mübahisə etdi ki, niyə polisə məlumat vermisiniz. O, da bildirdi ki, qanunla bu belədir. Əslində xəstəxana rəhbərliyi məlumat verməliydi. İlk öncə yüngül maddə ilə cinayət işi qaldırılmışdı. Sonra mən müalicə alıb ayağa qalxandan sonra yenidən bu işin üzərinə düşüb, maddəni dəyişdirdim. Hazırda şirkət rəhbərliyi Müşfiq Kamalovu ölkədən çıxarıbdır. O, interpol xətti ilə axtarışdadır".

Abbas İbrahimov hazırda başında güclü ağrılar olduğunu vurğulayıb: "Xəstəxananın pulunu şirkət rəhbərliyi ödədi. Sonra isə o pulu məndən aldılar. Onlar pulu məndən alandan sonra bildirdim ki, bu günə kimi sizdən şikayət etməmişəm.Halbuki bu məsələdə şirkət rəhbərliyinin əli var. "AZER YAPI MARKET" MMC-nin direktoru Muradov Murad Bağır oğludur. Ceyhun Cəfərov da onun köməkçisidir. Bu iki şəxs cinayətini üstünü bağlamaq istəyirdi. Çünki Ceyhun Cəfərovun Müfiq Kamalovla yaxın münasibətləri var. Onlar şirkətə bir yerdə gəliblər.Mən ömürlük şikəst olmuşdum. Tabeliyimdə iki azyaşlı uşağım var. Mənə ciddi maddi ziyan dəyib. Bundan əlavə qanunsuz işdən çıxarılmışam. Mən istəyirəm ki, işim yenidən bərpa olunsun".

Məsələ ilə bağlı şirkət rəhbəri Murad Muradovla əlaqə saxlamağa çalışırıq, mövqelərini dərc etməyə hazırıq.

Aysel Yusifqızı

Market işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLARMarket işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLARMarket işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLARMarket işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLARMarket işçisi iş yoldaşını ÖLÜMÜNƏ DÖYDÜ: Cinayət gizlədilir? - ŞOK İDDİA - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 06 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

19:10 152
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

16:30 161
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

21:40 103
.

Sabah Bakıda 30 dərəcə isti olacaq

Aprelin 29-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündüz 25-30 isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütun

13:00 212
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

21:30 134
.

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındak

22:40 88
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

22:30 105
.

Müharibədən sonra 356 nəfər mina qurbanı olub

2020-ci ilin 10 noyabr tarixindən 2024-cü ilin 24 aprel tarixinə kimi 356 Azərbaycan vətəndaşı minadan zərərçəkən kimi qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

13:20 156
.

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

Xankəndi şəhərində mikrosahibkarlar işə başlayıblar. İTV xəbər verir ki, onların ilk müştəriləri Xankəndinin yenidən qurulmasında çalışan şəxslərdir. Artıq şəhərdə dərzi, saç ustası və digər peşə sahibləri çalışırlar. ( )

12:50 198