İrandan qaçan sevgililəri edam cəzası gözləyir? - AÇIQLAMA

İrandan qaçan sevgililəri edam cəzası gözləyir? - AÇIQLAMAQaçaq yollarla Türkiyəyə gedən iki nəfər iranlı gəncin miqrasiya polisi tərəfindən tutularaq İrana deportasiya olunması hər iki ölkədə qalmaqala səbəb olub.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, gənclər İrana geri dönmək istəməyərək polisə yalan ifadə veriblər. Gənclərdən biri (oğlan) bildirib ki, onun bədənində döymələr olduğuna görə İranda onun qolunu kəsəcəklər. Digər gənc (qız) isə saçını boyadığına görə ölkəsində edam ediləcəyini vurğulayıb. Bu məlumat Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib və hər iki ölkədə birmənalı qarşılanmayıb.

Doğurdanmı İranda saçını boyayanlar və bədənində döyməsi olanlar cəzalandırılır?

BiG.AZ xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Azərtac İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, İranın istər cinayət, istərsə də mülki prosessual məcəllələrində saç boyamaq və bədənə döymə etmək üçün cəza kəsilməsi nəzərdə tutulmayıb.

Hətta dini qaydalara görə də hər iki hal haram hesab edilmir. İran İslam respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin döymə ilə əlaqədar fitvası da var.

Bu fitvada deyilir ki, döymə insan dərisinin altında baş verən və insanın həyat fəaliyyətini tənzimləyən bioloji proseslərə yəni qan dövranına maneə törətmədiyi üçün haram sayılmır.

"Bundan başqa İranda saçını boyayan və bədənində döyməsi olan kifayət qədər insan var. Bu insanlar sənət və idman aləminin tanınmış simalarıdır. Onlar İranda hər zaman ictimaiyyət qarşısında olurlar və saçlarının boyasını eləcədə döymələrini çəkinmədən nümayiş etdirirlər. Buna görə onlara heç bir irad tutulmur.

Sözügedən gənclərə gəldikdə isə qeyd etmək lazımdır ki, qanunsuz yollarla qonşu ölkəyə gedənlər öz əməllərini gizlətmək üçün belə yalan ifadə veriblər.

Nəzərə çatdıraq ki, Türkiyədə sosial şəbəkələrdə bu gəncləri geri qaytarmağa çalışan miqrasiya polisi tənqid edilirdi. Şəbəkə istifadəçiləri gənclərin edam ediləcəyi təqdirdə onların geri qaytarılmasını qeyri insani hesab edərək polisdən tələb edirdilər ki, gənclər Türkiyədə qalsın. Əvvəla dövlətin qanunlarını şəbəkə istifadəçilərinin istəyi ilə pozmaq olmaz. Digər tərəfdən isə gənclər yalan məlumat veriblər. İranda heç kim saç boyamağa və döymə etməyə görə nəinki edam edilmir, ümumiyyətlə cəzalandırılmır", - nazirlikdən bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1378   Tarix: 06 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

15:38 104
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

13:08 113
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

18:19 290
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

20:52 657
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 120
.

O, Masallıda velosipedlə işə gedib-gələn yeganə qadındır - Video

Masallıda İncira Ağayeva adlı qadın 14 ildir ki, işə velosipedlə gedib-gəlir. "Qafqazinfo" xəbər verir ki, bu barədə İTV reportaj hazırlayıb. Məlum olub ki, İ. Ağayeva Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O, bu nəqliyyat vasitəsilə həmin rayonda işə gedən yeganə qadındır

10:01 428
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 311
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

16:50 116
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

17:20 188