"Zəlzələdən sonra 7 dəfə avterşok oldu" - Zaqataladakı zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMA

"Zəlzələdən sonra 7 dəfə avterşok oldu" - Zaqataladakı zəlzələ ilə bağlı RƏSMİ AÇIQLAMAÖtən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində 6 maqnituda gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən publika.az-a verilən məlumata görə zəlzələnin şiddəti ətraf ərazilərdə də hiss edilib.

Mərkəzin İnformasiya şöbəsindən Vüsalə Rafiqqızının verdiyi məlumata görə, zələzələ 5 iyun yerli vaxtla saat 22:40-da, Zaqatala rayonu ərazisində baş verib. Zəlzələnin maqnitudası 5,5, episentri yerin 19 km dərinliyində olub:

"Maqnitudası güclü olduğuna görə ətraf ərazilərdə 6 bala yaxın yeraltı təkan hiss edilib. Həmçinin, ətraf rayonlarda məsafədən asılı olaraq 4-5 bal gücündə zəlzələ hiss edilib. Bu da gözlənilən nəticədir. Ümumiyyətlə, Azərbaycan seysmik zonada yerləşdiyindən belə zələzələlər xarakterikdir. Buna görə də təşvişə düşməyə gərək yoxdur. Bizim aktiv bölgələrimizdən biri də elə Şəki-Zaqatala bölgəsidir. Qeyd edim ki, 2012-ci ildə də həmin ərazidə güclü zəlzələ qeydə alınmışdı. O zəlzələ 7 bal gücündə olmuşdu. Yəni belə zəlzələlər gözlənilməz zamanda gəlsə də, bölgə üçün xarakterikdir.

Bölgədəki əsas təkandan sonra bu saata qədər 7 avterşok qeydə alınıb. Lakin onların heç biri hiss edilməyib. Hazırda bu proses davam etməkdədir. Yəqin ki, proses sabah və biri günlə kifayətlənməyəcək və bir neçə gün mütəmadi şəkildə davam edəcək. Lakin bu proses haqqında dəqiq məlumat deyə bilmərik. Çünki zəlzələ öncədən proqnozlaşdırılmayan bir hadisədir".

V.Rafiqqızı bildirib ki, mərkəzin bölgədəki stansiyası gücləndirilmiş iş rejiminə keçib və əməkdaşlar hazırda Fövqəladə Hallar Nazirliyinin komissiyaları ilə birgə bölgədə müşahidə aparırlar:

"Mərkəzimizin direktoru Qurban Yetirmişlinin rəhbərliyi altında əməkdaşlarımız bölgəyə ezam olunub. Hazırda yoldadırlar. Onlar ərazinin relyefinə, quruluşuna baxış keçirəcək və baş verən dəyişiklikləri qeydə alacaqlar. Avterşokların bundan sonra hiss olunub-olunmaması müşahidələrdən sonra bilinəcək. Zəlzələnin fəsadları ilə bağlı isə Fövqəladə Hallar Nazirliyinin komissiyası dəqiq məlumat verəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 730   Tarix: 06 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914