Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLAR

Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLARBarəsində ittihamlar səslənən Elnarə Rzayeva mətbuat konfransı keçirməkdən imtina etdi; o, haqqında deyilənlərlə razılaşmır...

Qadınların üz görkəmini dəhşətli vəziyyətə salıb, dodaqlarını yandırmaqda ittiham olunan kosmetoloq Elnarə Rzayeva iyunun 4-də jurnalistləri bir araya gətirərək mətbuat konfransı keçirəcəyini açıqlamışdı. Qeyd olunan tədbirdə E.Rzayevanın mətbuatda barəsində səslənən ittihamlara aydınlıq gətirəcəyi gözlənilirdi.

Məlum olduğu kimi, kosmetoloqun törətdiyi əməllər barəsində suallar hələ də açıq qalıb. Onun haqqında isə bu günlərdə məhkəmə qərarı da qəbul edildi. Nizami Rayon Məhkəməsinin qərarına əsasən, E.Rzayeva Rəna Sultanova və Nigar Məmmədovanın ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumat paylaşıb, böhtanlar atdığı üçün 50 min manat təzminat ödəməli, eyni zamanda sosial şəbəkədə bacılardan üzr istəməlidir.

Eyni zamanda pasiyenti Validə Firudinovanı pula görə döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başladılıb, istintaq aparılır.

E.Rzayevanın adı bundan daha dəhşətli faktlarda hallanır.

Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan bu xanım yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 400 manata iynə vurmaqla onların dodaqlarını yandırır. Bu barədə mətbuatda çoxsaylı şikayətlər dərc edilib.

G.O. adlı şikayətçi criminal.az saytına danışaraq bildirib ki, E.Rzayeva onun dodaqlarına gel vurduqdan sonra dodaqları dəhşətli vəziyyətə düşüb. Sitat:
Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLAR"Ağzımın içi necə yara tökdüsə, dişlərimi belə hiss etmədim. Elnarə dedi ki, belə olmalıdır, məcbur olub gözlədim. Günlərlə yemək yeyə bilmədim, amma demişdi ki, hər gün sağalmağa doğru gedəcək. Hər gün yaram bir az qabardı, ağzım qanla dolu idi, danışa bilmirdim. Ağzımı tərpədən kimi qan axırdı. Gecələr yatanda dodaqlarım bir-birinə birləşirdi, onun dərdindən ağzıma "trubuçka" qoyurdum. Düz 5 ay mən o dünyanı görüb gəldim. Bir gün yuxudan ayıldım ki, dodaqlarım birləşib, 3 gün sonra ağzım açıldı. Sistem köçürüldü ki, immunitetim zəifləməsin. 54 kilodan 39-a düşdüm. Dodağımın sağalmadığını görüb yanına getdim. Nə vaxt növbəyə yazılırdımsa, işi olduğunu bəhanə edərək məni qəbul etmək istəmirdi".

Qeyd edək ki, adıçəkilən şikayətçinin dodaqlarının vəziyyətini əks etdirən fotolar görənləri dəhşətə salır.

Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLARDaha bir şikayətçi Röya İbrahimova adlı xanımdır. Şikayətçinin sözlərinə görə, Elnarə Rzayeva onun üzündə gəncləşdirmək məqsədi ilə prosedur aparıb, əvəzində isə üzündə yanıqlar əmələ gəlib: "Bir neçə dəfə üzümü yandırdığı üçün yanaqlarım bərbad vəziyyətdə idi. Yenidən yandırmaq istəyəndə etiraz etdim. Bu zaman Elnarə gəldi və başladı ki, guya mənim üzüm onun yanına gedəndə də eyni vəziyyətdə olub. Qışqırdı ki, üzümə durursan? Üstümə cumdu, dedi ki, dur buradan.... Ona küçə qadını ilə danışmadığını xatırlatdım. Qışqırdı ki, səni tanımıram. Mərkəzdəki kamera görüntülərini tələb etdim. Dedi ki, kameralar işləmir. Ağlaya-ağlaya yoldaşımı yığdım. Yoldaşım məni sakitləşdirərək dedi ki, boş verim, başqa həkim taparıq. Elnarəyə dedim ki, sənə 800 manat ödəniş etmişəm, geri ver. Cavab verdi ki, heç kimə ödənişi geri vermir".

Özünü tanınmış kosmetoloq kimi təqdim edən Elnarə Rzayevanın prosedurlarının qurbanı olduğunu deyən daha bir neçə şikayətçi var. Onlardan model Esmira Yusifova, Xalidə Qasımova, E.M-ovanı qeyd etmək olar.

E.Rzayeva isə barəsində səslənən ittihamları süni dodaq gelinə qarşı mübarizə apardığına görə rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan "qara piar" adlandırır. Sosial şəbəkələrdə, mətbuatda hər kəsi inandırmağa çalışır ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir. Halbuki digər açıqlamalarında dolayısı da olsa süni geldən istifadə etdiyini etiraf edir, hətta qiymətlərini açıq-aşkar bildirir.

Bəs özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayeva kimdir?

Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLARMətbuatda dərc edilən məlumatlara görə, Elnarə Rzayevanın müxtəlif sertifikatları olsa da, o, Rusiyanın Saratov şəhərində texnikumda maşınqayırma ixtisası üzrə təhsil alıb.

Həmçinin Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verərkən bildirib ki, Elnarə Rzayevanın tibbi və əczaçılıq ilə bağlı lisenziyası yoxdur. Bildirilib ki, Elnarə Ramiz qızı Rzayeva adında şəxs praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün sertifikasiya prosesində iştirak etməyib və bununla bağlı onun Səhiyyə Nazirliyinə müraciəti daxil olmayıb.

Sosial şəbəkələrdə onun haqqında daha bir ilginc məlumat da yayılıb. Şayiələrə görə, E.Rzayevanın erməni əsilli qohumları var. Beləliklə, kosmetoloq da öz "peşəsi" ilə azərbaycanlılardan bir növ qisas almağa çalışır. Bu şayiənin yayılmasına əsas verən səbəblərdən biri onun ötən il məşhur erməni kosmetoloq və dermatoloqu Simon Ourianla bağlı paylaşımı olub. E.Rzayevanın iddiasına görə, guya məşhur erməni kosmetoloqu onu Amerikaya dəvət edərək, birlikdə işləməyi təklif edib. Və guya ki, E.Rzayeva bu təklifdən imtina edib. Maraqlıdır, erməni əsilli kosmetoloq niyə məhz E.Rzayevanı "seçib"?
Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLARBütün bu suallarımıza cavab tapmaq üçün E.Rzayevanın özü ilə əlaqə saxladıq. O, əvvəlcə mətbuat konfransını son anda təxirə salma səbəbini açıqladı:

"Mən şəxsən sizi çağırmamışdım, doğrudurmu?.. Təxirə salmaq səbəbim isə o oldu ki, başqa problemlər yaşandı, yəni tədbiri keçirmək üçün qiymətlərdə yalan danışdılar, ona görə də mən imtina etdim. Əgər istəsəniz mən yenidən mətbuat konfransı keçirərəm və yaxud iş yerimə gəlib açıqlama ala bilərsiniz".

Bu məqamda qeyd edək ki, konfrans təxirə salındıqdan bir qədər sonra bir neçə mətbuat orqanında kosmetoloq barəsinə yazılan məqalələr silinib...
Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLARE.Rzayeva şikayətçilərin ittihamlarını təkzib edərək, məlumatları şər-böhtan adlandırdı. Təhsili ilə bağlı məlumatlara isə bu cür aydınlıq gətirdi:

"Sübutları varmı ki, mənim ixtisasım maşınqayırma ilə bağlıdır?! Mən də sabah deyə bilərəm ki, kimsə avtomatqayırma zavodunu bitirib. Bunun nə aidiyyəti var? Mən Seçenov adına Moskva Dövlət Tibb Universitetinin terapevt, müalicə işi fakültəsini bitirmişəm".

Kosmetoloq qətiyyətlə süni gellərdən istifadə etmədiyini açıqlayıb: "Gəlib özünüz mərkəzimizdə bunu aydınlaşdıra bilərsiniz. Mənimlə bağlı yalnız ana-bala şikayətçi olub, onları da göndərmişdilər. Başqa şikayətçiləri tamamilə tanımıram. Mən artıq həmin şəxsləri məhkəməyə vermişəm, hətta vəkilim də var".

E.Rzayevanın sözlərinə görə, bütün bu "işlərin" arxasında hansısa kosmetoloq dayanır: "Adını çəkmirəm, onun adını çəksəm onun üçün şərəf olar".
Maşınqayırma ixtisasını bitirən kosmetoloq qadınları dəhşətli hala salıb - FOTOLARRena Sultanova
Kosmetoloq barəsindəki erməni faktoruna isə bu cür cavab verdi: "Erməni onların nəslidir, mənə belə suallar verməyin! Erməni kosmetoloq özü məni tapmamışdı. Ona Rena adlı bir kosmetoloq yalvarmışdı ki, mənim kimi bacarıqlı bir kosmetoloq var, süni geli çıxardır. O da demişdi ki, "mənə bu məsələ maraqlı gəldi". Beləliklə, təklif etmişdi ki, onunla birgə çalışım. Lakin o, erməni olduğu üçün bu təklifdən imtina etmişdim. Bu barədə əlimdə faktlar da var".

mənbə: musavat.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3216   Tarix: 05 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İmtahan nəticələri açıqlandı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Axşam.az-a verilən məlumata görə, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə ( ) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edə

30.04.2024 389
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 2149
.

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir. "Qafqazinfo" xəbər verir ki, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıblar. Prokuro

30.04.2024 384
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

16:16 44
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

30.04.2024 166
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

15:42 202
.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

12:28 469
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

13:49 332
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

14:01 327