Azərbaycanda dövlət əmlakları HƏRRACA Ç IXARILDI - FOTOLAR

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı mövcud mühit xarici və yerli investorların prosesə cəlb olunması ilə nəticələnir. Bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyəti özəlləşmənin müasir mərhələsində məkan məfhumunu aradan qaldırıb. Bu isə elektron hərrac sisteminin tətbiqi nəticəsində baş verib.

BiG.AZ xəbər verir ki, özəlləşdirmə hərracında müraciət və sifariş prosesinin elekton müstəviyə keçirilməsi, bu sahədə operativliyi və funksionallığı artırır. Eyni zamanda, istər hərrac iştirakçıları, istərsə də adi şəxslər hərrac prosesini onlayn olaraq canlı formada izləyə bilər. Komitə tərəfindən həyata keçiriləcək iyulun ilk hərracı 3-ü tarixində baş tutacaq. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.

Hərraca 105 dövlət əmlakının çıxarılması, investorların seçim imkanının geniş olacağını göstərir. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.
Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir, qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə 53 min manat ilə 1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı "Mingəçevir Qum Çınqıl"-dır. Bundan başqa "Yevlax Tikinti Quraşdırma", "Xaçmaz Mexanizasiya Nəqliyyat", "Şıxlar Broyler", "Xosrov Metal Plastmas" kimi səhmdar cəmiyyətləri də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.

Kiçik dövlət müəssisə və obyektləri də müxtəlif biznes sahələrdə ixtisaslaşmağa imkan verir. Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakının müxtəlif rayonlarında yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 11.2 kv.m ilə 446.8 kv.m arasında dəyişir. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Səbail rayonunda yerləşən dövlət əmlakını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə və ya ticarət sahəsində yaxşı qazanc deməkdir.

Qeyd edək ki, hərrac barədə məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, Komitənin rəsmi saytı(emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə aparılır.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs sifariş verə bilər. Belə ki, əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar Özəlləşdirmə portalı və Komitənin internet saytında yerləşdirilir. Bundan əlavə, Komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.

Komitə tərəfindən növbəti hərrac isə 5 iyun tarixində keçiriləcək. Bu hərraca isə 190 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Azərbaycanda dövlət əmlakları HƏRRACA Ç IXARILDI - FOTOLARAzərbaycanda dövlət əmlakları HƏRRACA Ç IXARILDI - FOTOLARAzərbaycanda dövlət əmlakları HƏRRACA Ç IXARILDI - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 767   Tarix: 04 iyun 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 250
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1521
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

12:20 140
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

16:00 112
.

"Financial Times": "Makronu sarsıdıcı məğlubiyyət gözləyir"

"Makronun mərkəzçi ittifaqı iyunda keçirilən Avropa Parlamenti seçkilərində ağır məğlubiyyətlə üzləşəcəklər ki, bu da onun karyerasının ən sarsıdıcı məğlubiyyəti olacaq". Bu barədə "Financial Times" yazır. Nəşrin fikrincə, əsas problem Fransada yaşayışın bahalaşması, eləcə də 5,5%-li

18:20 4
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 662
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 170
.

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

ABŞ Ukraynaya 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"

13:20 137
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

10:40 153