Arif Alışanov məhkəmə qarşısına çıxacaq: MƏHKƏMƏ QƏRARI

Arif Alışanov məhkəmə qarşısına çıxacaq: MƏHKƏMƏ QƏRARIBakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Arif Alışanov və yaxınlarını öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər. Etiraz baxılmamış saxlanılıb.

Təqsirləndirilən şəxslər tərəfindən A.Alışanovun məhkəməyə çağırılması və o gələnədək məhkəmə baxışının təxirə salınması, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti qismən təmin edib. Hakim A.Alışanovun məhkəməyə gətirilməsi üçün ona bildiriş göndəriləcəyini bildirib.

Şahid qismində Abı Həsənov ifadə verib. O, ifadəsində oğlunun adına olan 2 hektar 30 sot torpağı Şücayət Əkbərova satdığını göstərib. Şahid tərəflərin suallarını cavablandırıb. O, uzun müddət icra nümayəndəsi işlədiyini deyib: "Arif Alışanovla rastlaşsaydım hər şeyi ona deyəcəkdim. Mənə Şücayətgil tərəfindən təzyiqlər olurdu, işdən çıxarıb yerimə öz yaxın adamını gətirmək istəyirdilər".

Ş.Əkbərov şahidin dediklərini təsdiq edib. O, qısa çıxış edərək göstərib ki, kəndi öz əllərinə almaq üçün belə bir varianta əl atıblar: "Alışanovla birlikdə Sədaqəti icra nümayəndəsi qoymaq üçün 100 min manat vermişdik. Digər icra nümayəndəsini də işdən çıxarmaq istəyirdik. Məqsəd kəndi ələ keçirmək idi".

Vəkilin şahidə Ş.Əkbərovun "A.Alışanovu aldadıb pulunu ələ keçirməsində iştirak etmisinizmi?" sualına A.Həsənov "mən bu barədə sonradan eşitmişəm" cavabı verib.

Daha sonra şahid qismində S.Əkbərovun qaynı Səlim Sadıqov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Şahid Nəriman Cabbarov ifadəsində Şücayət Əkbərovun vasitəçiliyi ilə 120 min manata torpaq sahəsi satdığını deyib: "30 hektar torpağı Şücayətin yanında gələn Hacı Babayevə satmışam".

Zərərçəkmiş H.Babayev belə bir şey olmadığını deyib: "Hacı mənəm, sən yalan danışırsan, mən səni görməmişəm". Şahid istintaqa doğru ifadə verdiyini, alqı-satqısını notariat qaydada həyata keçirdiklərini, pulu bankdan aldığını deyib: "Mən torpağı satıb pulumu bankdan götürmüşəm. Kimin adına rəsmiləşdirilib, məni maraqlandırmır. Alqı-satqıda Şücayət məni aldatmayıb".

Şahid Novruz Həmzəyev ifadəsində atasının adına olan torpaq sahəsini Şücayətə satdığını göstərib. Şahid Ayət Nuraliyev ifadəsində təqsirləndirilən şəxslərlə eyni kənddən olduqlarını bildirib: "Karrar kəndində torpağım olub. Hektarı 500 manata Şücayətlə razılaşmışam. Pulu Aqşindən almışam".

Məhkəmə iyulun 1-də saat 11 də davam edəcək.(virtualaz)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1158   Tarix: 29 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Özcan Dəniz Bakıya gələcək

Türkiyəli məşhur müğənni Özcan Dəniz Bakıya gələcək. Axşam.az xəbər verir ki, ifaçının səfərinin məqsədi konsert verməkdir. Özcan iyunun 5-də şəhər məkanlarının birindı çıxış edəcək. Qeyd edək ki, Özcan sonuncu dəfə Bakıya 2022-ci ildə gəlib

11:57 145
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 162
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 291
.

Motosiklet istehsalı müəssisəsində yanğın olub - VİDEO

Adanada motosiklet istehsalı müəssisəsində yanğın olub. BİG.AZ xəbər verir ki, yanğının baş vermə səbəbi məlum deyil. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Hadisə nəticəsində ölən olmayıb. Daha ətraflı olaraq videonu təqdim edirik:

03.05.2024 210
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

03.05.2024 185
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

03.05.2024 484
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 358
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 156
.

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

Bu gün "Green card" müraciətlərin nəticələri açıqlanacaq. xəbər verir ki, nəticələrin yaxın saatlarda açıqlanacağı bildirilir. DV Lotereyasının rəsmi internet saytında nəticələrə namizədlərin təsdiq nömrəsi ilə baxmaq olar. Qeyd edək ki, "Green card" qaliblərinə ABŞ-də yaşamaq v

11:39 216