Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı - CİNAYƏT İŞİ

Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı - CİNAYƏT İŞİLombardda yığılıb qalan borclarını bağlamaq üçün ona güvənən insanları hədəf seçib. Toruna düşənlərdən birinə qızıl işinə girişdiyini, Dubaydan qızıl gətizdirib Bakıda satdıracağını, digərinə isə yaşadığı mənzili obyektə çevirmək üçün sənədləşmə işlərində rəsmi icazə alacağına söz verərək pullarını dələduzluq yolu ilə ələ keçirib. Sonda məlum olub ki, nə qızıl biznesində əli, rəsmi qurumlarla əlaqəsi varmış.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sabirabad rayon sakini 52 yaşlı Vüqar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BiG.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, V.Hümbətov tanışı Bəşir Məmmədova qızıl alveri ilə məşğul olduğunu, Birləşmiş Ərəb Əmirliklərindən qızıl-zinət əşyaları gətirəcəyini, əldə olunan qazancdan ona da verəcəyini vəd etməklə külli miqdarda pullarını alıb. Digər tanışı Faiq Zeynalovun bankda depozitdə pulunun olduğunu bilərək, həmin məbləği də dələduzluq yolu ilə mənimsəyib. Hər iki şəxsə qarşı 2014-cü ildə dələduzluq edən V.Hümbətovun barəsində axtarış elan olunub. O, Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.

Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı - CİNAYƏT İŞİTəqsirləndirilən Vüqar Hümbətov ifadəsində bir neçə dəfə Bəşir Məmmədovdan borc pul alıb qaytardığını, müqavilə əsasında icarəyə işlətdiyi mağazaya mal almaq üçün lombarda borcu olduğunu, pulu verə bilmədiyinə görə Bəşiri aldadıb ondan pul qoparmaq fikrinə düşüb. Zəng vurub görüşmək istədiyini deyib. B.Məmmədovun idman zalında olduğunu öyrəndikdən sonra yanına yollanıb. Görüş zamanı yalandan Dubaydan qızıl gətizdirmək istədiyini, amma əlində mayası olmadığını deyərək 10 min manat borc pul istəyib: "Qızıl alveri ilə məşğul olduğumu, on gün ərzində Bakıya qızıl gətizdirəcəyimi, xeyri yarı böləcəyimizi dedim. Ertəsi gün Bəşir pulu gətirdi. Həmin puldan lombarda olan borcumun bir hissəsini ödədim, yerdə qalanına isə market üçün ərzaq malları aldım".

B.Məmmədovun etibarından sui-istifadə edən V.Hümbətov ona qızılların hazır olduğunu, Bakıda satış yerləri ilə danışdığını, əlavə 10 min manat da lazım olduğunu bildirib. Onun sözlərinə inanan B.Məmmədov həmin məbləği də verib: "Lombarda olan borclarımı ödədim. Dubaydan qızıl gətizdirməmişəm, qızıl alveri ilə məşğul olmamışam".

Rüşvət vermək üçün 20 min manat yığmışdı, onu da dələduz apardı - CİNAYƏT İŞİHəmyerlisi, məktəb illərindən tanıdığı Faiq Zeynalzadə də V.Hümbətovun toruna düşüb. Faiqdən 30 min manat borc istəyən V.Hümbətov onun bankda pulu olduğunu öyrənib. F.Zeynalzadə həmin pula Binəqədidəki mənzilini obyekt kimi işlətmək üçün razılıq alınmasına və sənədləşmə işlərinin aparılmasına görə saxladığını deyib. V.Hümbətov öz növbəsində Bakı şəhər İcra Hakimiyyətində və Binəqədi rayon İcra Hakimiyyətində tanışları olduğunu, bu məsələni düzüb-qoşacağına, icra orqanlarından rəsmi icazə alacağına inandırıb. Onun sözlərinə inanan həmyerlisi ertəsi gün pulu bankdan çıxarıb elə oradaca V.Hümbətova verib.

Zərərçəkmiş Bəşir Məmmədov ifadəsində göstərib ki, bir neçə dəfə borc pul alıb qaytardığına görə V.Hümbətova etibar edib. Onun Dubaydan qızıl gətizdirəcəyinə, qazancı yarı böləcəklərinə, bir sözlə Vüqarın şirkikləndirici vədlərinə inanıb: "İyirmi min manat pulumu alandan sonra telefonları söndürdü. Bir daha Vüqarın nə səsini eşitdim, nə də üzünü gördüm, əlaqəni tamam kəsdi. Vüqar o puldan mənə nəinki qazanc, heç pulun özünü də qaytarmadı. Onun məqsədi məni aldatmaq olub. Sonradan Vüqar haqqında soraqlaşıb öyrəndim ki, heç qızıl alveri ilə də məşğul olmurmuş".

Zərərçəkmiş Faiq Zeynalzadə ifadəsində Vüqar Hümbətovu uşaqlıqdan tanıdığını, bir dəfə Vüqarın ondan borc pul alıb qaytardığını, bu səbəbdən etibar etdiyini göstərib: "Binəqədi rayonu, M.Cəlal küçəsindəki mənzilimi obyektə çevirmək və dükan kimi istifadə etmək üçün sənədləşmə işləri aparmaq üçün icazə ala bilmirdim. Bankda hesabımda 20 min manat vardı. Həmin pulu sənədləşmə işləri aparmaq üçün saxlamışdım. Vüqar mənə rəsmi icazə ala biləcəyini dedi. Mən də inandım. Pulu bankdan çıxarıb hamısını Vüqara verdim. Vüqar uzağı ay yarıma kimi Bakı şəhər İcra Hakimiyyətindən və Binəqədi rayon İcra Hakimiyyətindən rəsmi icazə alacağına söz verdi. Hər dəfə zəng vuranda "məşğulam, danışıqlar aparılır, razılıq veriblər, narahat olma" deyirdi. Sonradan isə telefonlara cavab vermədi. Vüqarı nə qədər axtarsam da tapa bilmədim".

Məhkəmənin hökmü ilə Vüqar Hümbətov 3 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 28 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Samirə Yusifqızı: "İt kimi öləcəksiniz"

"Bir çoxunun üzünə yalandan gülürəm. Həmişə üzümdə təbəssüm olur. Amma ürəyimdəki ürəyimdədir. Onların özünə demədən ürəyimdən silmişəm. Bunu yəqin ki, özləri də hiss edirlər, bilirlər. Çünki 90 faiz insan üzünə gülüb, bir addım o tərəfə aralanan kimi min cür söz danışırlar. Onlardan nə keçəcəyi

14:14 284
.

Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Dövlət başçısının digər sərəncamı ilə, Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babə

12:33 417
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 328
.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 963
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 246
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28.04.2024 487
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 149
.

Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı

Ulan-Udedə itkin düşənlər siyahısında olan dörd yaşlı uşağın meyiti tapılıb. Onun meyiti yaşadığı evin əlavə qarajında, paltaryuyan maşında gizlədilib. Körpənin ailəsi şübhə altına düşüb. Qeyd olunur ki, uşağın itməsi ötən gecə məlum olub. Polis və könüllülər onun axtarışına çıxıblar. Nəticədə oğlanı

28.04.2024 660
.

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? . "Təmi

12:03 279