Mətbuat Şurası bəzi saytları bağlamaq üçün səlahiyyətlərinin artırılmasını istəyir - AÇIQLAMA

Mətbuat Şurası bəzi saytları bağlamaq üçün səlahiyyətlərinin artırılmasını istəyir - AÇIQLAMABir müddət bundan öncə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusunun dəyişdirilməsini təklif etmişdi. O bildirmişdi ki, Mətbuat Şurası ictimai təşkilat olduğundan bəzən lazımi tədbirlər görə bilmir. Buna görə də mətbuatın daha yaxşı balanslaşdırılması məqsədilə Mətbuat Şurasının statusuna yenidən baxılmasını istəmişdi. Əflatun Amaşov Şuraya saytların qapadılması səlahiyyətinin verilməsini də təklif etmişdi:

"Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reketyönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy çıxara bilməsin?".

Maraqlıdır, Mətbuat Şurasının səlahiyyətlərinin artırılması ilə bağlı məsələ nə yerdədir?

Bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az saytına açıqlama verib:

"Bilirsiniz ki, Azərbaycan jurnalistlərinin yeddinci qurultayında belə bir məsələ qaldırıldı. Yəni Mətbuat Şurasına əlavə səlahiyyətlər verilsin və bu yöndə fəaliyyətini davam etdirsin. Bunu nəzərə alaraq Mətbuat Şurası həmin təklifin reallaşması üçün modellər müzakirə etməyə başlayıb. Yəni mütəxəssislərə tapşırılıb ki, bu istiqamətdə Mətbuat şuraları və onların səlahiyyətlərinin artırılması modelinin dünya təcrübəsi öyrənilsin".

M.Ələsgərli qeyd edib ki, hazırda bu proses davam edir və dünya praktikası öyrənilir:

"Praktika öyrəniləndən sonra uyğun təkliflər hazırlanacaq və konkret təklifin qəbul olunması üçün təşəbbüslər irəli sürüləcək. Hazırki durum beynəlxalq təcrübənin öyrənilməsidir. Azərbaycana hansı modellərin uyğun olduğunu konkretləşdirəcəyik. Yalnız bundan sonra növbəti mərhələyə keçə bilərik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 486   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 237
.

ABŞ Rusiyaya sanksiyaya 31 Çin şirkətini daxil edib

ABŞ Ukrayna müharibəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara daha 31 Çin şirkətini daxil edib. xəbər verir ki, ABŞ-ın Pekindəki səfiri Nicolas Burns mövzu ilə bağlı açıqlamasında Çində yerləşən 31 şirkətin sanksiyalara daxil olduğunu bildirib. ABŞ Dövlət Departamenti sanksiyalarla bağlı verdiy

02.05.2024 251
.

Ülviyyənin iki illik dəyişimi

Aktrisa Ülviyyə Xəlilbəyli estetik əməliyyatı ilə bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda hekayə paylaşıb. O bildirib əməliyyatdn iki il keçib:. "Artıq əməliyyatımdan 2 il keçdi. Bu gün özüm qərar verib, qərarımın üstündə dayandığım üçün özümə çox sağ ol deyirəm. Təbi

10:28 585
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 266
.

Yunanıstan Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası razılaşmasını alqışlayır

Yunanıstanın Xarici İşlər Nazirliyi aprelin 19-da Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının yekunlarına dair məlumat yayıb. xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Cənub

02.05.2024 232
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 231
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 262
.

Dəfnə yarpağının inanılmaz faydaları: Bu haqda nə bilirik?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. xarici araşdırmalara istinadən xəbər verir ki, dəfnə yarpağı ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibind

02.05.2024 910
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

02.05.2024 293