Azərbaycanda güclü partlayış olub, 5 nəfər ağır xəsarət alıb
Hacıqabulun Padar kəndi ərazisində "Polat" Yol İnşaat Şirkətinin yeməkxanasında partlayış olub, 5 nəfər ağır xəsarət alıb.Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsindən məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 1-i saat 16:00 radələrində Hacıqabulun Padar kəndi ərazisində, "Polat" Yol İnşaat Şirkətinin yeməkxanasında qaz balonunun partlaması nəticəsində 5 nəfər xəsarət alıb. Partlayış daha sonra yanğınla müşayiət olunub. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Hacıqabul Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğın 230 kvadratmetr sahəni əhatə edib, yeməkxanada olan bütün avadanlıqlar yanaraq sıradan çıxıb.
Yanğın nəticəsində 4 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, bir nəfər isə partlayışın dalğasından xəsarət alıb. Yanıq xəsarəti alanlar Türkiyə vətəndaşı, 1966-cı il təvəllüdlü Gülən Əli Dursun oğlu, Hacıqabul sakini, 1963-cü il təvəllüdlü Mahmudova Gülşən Cəfər qızı, Şirvan sakinləri - 1959-cu il təvəllüdlü Quliyeva Sevil Mürvət qızı və 1958-ci il təvəllüdlü Nəsirova Məryəm Qürbət qızıdır.
Onlar üzün və yuxarı ətrafların termik yanığı diaqnozu ilə əvvəlcə Şirvan Şəhər Xəstəxanasına, daha sonra isə Bakı Yanıq Mərkəzinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirir.
Partlayış dalğasının təsirindən xəsarət alan şəxs - Hacıqabul rayon Padar kənd sakini, 1989-cu il təvəllüdlü Həsənov Samir Faiq oğlu isə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
İlkin ehtimala görə, yeməkxananın istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmayıb, nəticədə qaz sızması partlayışa və yanğına səbəb olub.
Faktla bağlı hüquq-mühafizə orqanları və FHN-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1594 Tarix: 02 aprel 2012
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bəzi yollar buz bağlayacaq
Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 16-da gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var
17:00 107 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı SƏRƏNCAM
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. "Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-c
15:52 122 Məşhur aktrisa ikinci dəfə ana olub?
Sosial şəbəkədə aktrisa Ülviyyə Əliyeva ilə bağlı hamiləlik xəbərləri yayılıb. xəbər verir ki, aktrisa bu haqda açıqlama verib. "Afaqla onlar" verilişinə danışan Ülviyyə, iddiaları təkzib edib:. "Bu iddialara səbəb çox güman ki, sosial şəbəkədə uşaq bezini reklam etməyim olub. İnşalla
17:23 119 Rusiyayönlü siyasət Avropada narahatlıq yaratdı
Macarıstanın baş naziri Viktor Orbanın siyasi baxışları və mövqeyi Avropa Birliyindən (AB) daha çox Moskva ilə yaxınlıq təşkil edir. xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Britaniyanın Sky News telekanalına açıqlamasında Polşanın ədliyyə naziri Valdemar Žurek səsləndirib. "Bu gü
18:30 1 Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama
Maliyyə naziri Sahil Babayevin dekabrın 12-si Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub. Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməs
13:18 415 Pezeşkianın qızı ilə kürəkəninin bu görüntüləri müzakirə yaratdı - Video
İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian və onun həyat yoldaşı Həsən Məcidinin Qazaxıstanda milli geyim salonunda çəkilmiş görüntüləri maraqla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, onların mağazanı ziyarət etməsinin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb. İranda iqtisad
17:08 109 Baş həkimin ölkədən çıxışına qadağa qoyulub, keçmiş mühasib barəsində cinayət işi açılıb
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Mərkəzi Xəstəxanasının direktoru və baş həkimi Mehriban Abdullayevanın ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Məlum olub ki, xəstəxanın keçmiş mühasibi barəsində də cinayət işi açılıb. Teleqraf xəbər verir ki, Abdullayeva Mehriban Kamal qızını
10:58 416 Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı
Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail
12:16 306 Yeni ili ölkədə yoxsa xaricdə qeyd etmək daha sərfəlidir? - TURİZM EKSPERTİNDƏN AÇIQLAMA
Yeni ilə sayılı günlər qalır. Hər il olduğu kimi yeni ili evdə qeyd edənlərlə yanaşı əksər insanlar yeni ili müxtəlif rayonlarda və xaricdə qeyd etməyə üstünlük verir. Ölkə daxilində isə restoranlar, otel və istirahət mərkəzləri hər il olduğu kimi bayram öncəsi qiymətləri artırırlar. Bəs görəsən bu i
12:54 186