Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır – Fotolar

Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır – FotolarDünyaca məşhur şirkət Azərbaycana qarşı çirkin təxribatlarından əl çəkmir və bizi ələ salır.

Hollandiyada qeydiyyatdan keçmiş "booking.com" şirkəti Azərbaycana qarşı çirkin təxribatlar həyata keçirməkdə davam edir.

Xatırladaq ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən booking.com 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, daha dəqiq desək, Dağlıq Qarabağdakı Xankəndi şəhərini Ermənistan şəhəri kimi qeyd etmiş və göstərilmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.
Daha sonra booking.com-un bu təxribatına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. Ardıcıl şikayətlərdən bir neçə ay sonra booking.com 2017-ci ilin ortalarında Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırmışdı.

Lakin üstündən qısa müddət sonra booking.com yenə də analoji qanunsuzluğa başlamış və yenə də Azərbaycan tərəfdən sərt təpkilərlə qarşılaşmışdı. Yenə də məsələyə XİN səviyyəsində reaksiya verilmiş, yenə də booking.com qələtini düzəltmişdi.

Amma təəssüflər olsun ki, booking.com Azərbaycanı ələ salmaqda davam edir. Çünki bu şirkət yenə də qanunsuzluğunu bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana və ev sifarişlərini həyata keçirməyə başlayıb. Düzdür, hal-hazırda göstərilən şəhərlər üzrə artıq saytda sifariş vermək mümkün deyil. Lakin az öncə sayt belə bir xidmət təklif edirdi. Edilən "screenshot"lardan da görünür ki, saytda yenə də Ermənistan tərəfindən işğal olunmuş Xankəndi və Şuşa şəhərlərində mehmanxana və qonaq evləri üzrə sifarişlər qəbul olunur.

Bundan əvvəl də rəsmi şəkildə bəyan edildiyi kimi, "booking.com" şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.

Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır – FotolarBundan əlavə, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana rezervasiyası və "booking.com"un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması deməkdir.

Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır – FotolarXatırladaq ki, booking.com saytı müştərilərə 200-dən çox ölkədə yarım milyondan çox mehmanxana və mehmanxana tipli obyekt təqdim edir və hər gün bu sayt vasitəsilə yüzminlərlə otaq rezervasiya edilir.(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1868   Tarix: 25 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

15:53 0
.

Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır

Böyük Britaniya 2030-cu ilə qədər hipersəs qanadlı raketləri hazırlamağı və ordunun istifadəsinə verməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Britaniya ordusu raketlərin sürətlə hərəkət edə bilməsini, yeni silahları

28.04.2024 228
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 266
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 280
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 226
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

14:48 145
.

İsti hava şəraiti ilə əlaqədar imtahanların saatı dəyişdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 5-də və daha sonrakı tarixlərdə (dövlət qulluğu ilə bağlı 12 mayda olan imtahanlar istisna olmaqla), eləcə də iyun, iyul və avqust aylarında keçiriləcək imtahanlar bu dövr üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. xəbə

15:03 154
.

Belçika Ukraynaya F-16 göndərəcək

Belçika Ukraynaya F-16 göndərəcək. BİG.AZ xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Alexander De Croo məlumat yayıb. Məlumata əsasən, ilin sonuna qədər Ukraynaya F-16 döyüş təyyarələri göndərəcəklərini açıqlayıb. O bildirib ki, döyüş təyyarələrinin dəyəri dondurulmuş Rusiya aktivləri hesabına ödəniləcə

11:07 125
.

Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb. "Report"un məlumatına görə, bu barədə NOS telekanalı məlumat yayıb. Belə ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar "ING Bank"ı

28.04.2024 244