Rüstəm İbrahimbəyova CİNAYƏT İŞİ AÇILMALIDIR - AÇIQLAMA

Rüstəm İbrahimbəyova CİNAYƏT İŞİ AÇILMALIDIR - AÇIQLAMAXəbər verdiyimiz kimi Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi qalmaqala səbəb olub. Azərbaycan xalqının aşağılandığı, təhqir olunduğu sözügedən film ictimaiyyətdə kəskin narazılıqla qarşılanıb və ciddi müzakirələrə səbəb olub.

Sözügedən film və onun yaratdığı mənfi təəssürat haqqında BiG.AZ-a danışan Azərbaycan Türkiyə Evinin İcraçı Direktoru, İnterpress.Az saytının baş redaktoru Toğrul Allahverdili bu filmə görə Rüstəm İbrahimbəyova cinayət işi açılmalı olduğunu, onun cəzalandırılmasını istədiyini bildirib:

"Rüstəm İbrahimbəyova Azərbaycan və azərbaycanlı sözünü ağzına almasına qadağa qoyulmalıdır. Sizin sayt vasitəsilə Xarici İşlər Nazirliyinə, ölkəmizin xarici siyasətinə nəzarət edən dövlət qurumlarına səslənirəm, necə ki, bəzi xainləri, Qarabağa qanunsuz səfər edən insanları Azərbaycanın arzuolunmaz şəxsləri siyahısına salırlarsa, Rüstəm İbrahimbəyov da həmin siyahıya salınmalıdır, onun ölkəyə girişinə qadağa qoyulmalıdır.

Rüstəm İbrahimbəyovun bu addımını kimsə təsadüfi hesab edə bilər, amma bu heç də təsadüfi deyil. Bu insanlar hansısa qüvvələrdən siqnal alırlar və həmin siqnallar vasitəsilə ölkəmizdəki insanları, şəhid ailələrini, qaziləri, Azərbaycançılıq ideologiyasının daşıyıcılarını qıcıqlandırmağa çalışırlar.

Rüstəm İbrahimbəyov bu günə kimi Qarabağ ermənilərin işğalı altındadır ifadəsini işlədibmi, o 20 faiz torpaqlarımız işğal olunub, minlərlə şəhidimiz var ifadələrini işlədibmi? Əgər Azərbaycan üçün zərrə qədər də əməyi, zəhməti olmayan insan bu ölkə haqqında heç bir fikir bildirə bilməz.

Hardadır Azərbaycan müxalifəti? Bir zamanlar müxalifəti də yarı yolda qoyub qaçdı, Milionerlər ittifaqı vardı, Milli Şuranın da nümayəndəsi idi, prezidentliyə namizəd idi, indi niyə müxalifət mövqe bildirmir? Əgər doğrudanda Azərbaycan hökumətinə qarşı müxalif olan Vətənini, Dövlətini sevən müxalifət liderləri, müxalifət nümayəndələri varsa bu məsələyə birmənalı olaraq münasibət bildirməlidirlər!

Mən bir Azərbaycan vətəndaşı kimi xahiş edirəm ki, Rüstəm İbrahimbəyovun bütün titulları əlindən alınsın və ölkəyə girişinə qadağa qoyulsun. Bu insan xalqımızı aşağılayaraq xalqı ayağa qaldırmaq, çaxnaşma-ajiotaj yaratmaq istəyir amma buna nail ola biməyəcək, xalqımız onun cavabını necə lazımdırsa, elə də verəcək!

Bunlar öz aləmlərində leksikona yeni söz gətirirlər, "Biz bakılıyıq". Bu nə deməkdir?! Bakılı da, Şəkili də, Laçınlı da hamısı azərbaycanlıdır, öz bacı qardaşlarımızdır. Niyə bölücülük edirlər ki? Mən Milli Məclisdə oturan deputatlarımıza səslənirəm, niyə hər xırda şeyə görə bütün gün açıqlamalar verirsiniz bu kimi məsələdə susursunuz? Nədən qorxursunuz? Əminliklə deyə bilərəm ki, Milli Məclisdə oturan deputatların 99 faizi Rüstəm İbrahimbəyovdan qorxur, ona görə münasibət bildirmirlər. Mən bir seçici olaraq millət vəkillərimizdən tələb edirəm ki, münasibət bildirsinlər.

Azərbaycan sülh ölkəsidir, tolerant ölkədir. Bizim ölkəmizi bu şəkildə aşağılamaq və qəddar ölkə kimi qələmə vermək olmaz! 1915-ci ildən bu günə kimi ermənilər tərəfindən əzilən bizik, onlara qucaq asan, onları bağrımıza basıb xəyanətə uğrayan bizik, biz nə zaman əzdik erməniləri? Əkrəm Əylisli kimi insanlar, Rüstəm İbrahimbəyov kimi insanlar, qızını erməni dığasına ərə verən Ağadadaş Kərimov kimi diaspor rəhbəri olan insanlar azərbaycanlı adına layiq deyillər. Rüstəm İbrahimbəyov qanun qarşısında cavab verməlidir, hətta deyərdim ki, ölkəmizin milli mənəvi dəyərlərini aşağıladığı üçün ona cinayət işi açılmalıdır, Azərbaycana gətirilərək məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmalıdır".

Əhməd Haralı
BiG.AZ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1297   Tarix: 24 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mətanət Əsədova: "Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO

"Özümü sevirəm. Həyatım gözəllik, sevgi, eşq və Allahımla bağlıdır. Mənim heç kimdə gözüm yoxdur. Kim 10 dəfə ərə getdi, 20 dəfə boşandı, kimin milyonları var, axı bunlardan mənə nə? Bu kimi məsələləri oturub fikirləşdikcə insan çürüyər. Öz həyatımdan başqa məni kimsə maraqlandırmır. Heç kim! Məni

08.05.2024 878
.

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb

"Wednesday" serialının 2-ci sezon çəkilişləri başlayıb. xəbər verir ki, bu barədə Netflix bildirib. Qeyd edək ki, serialın 1-ci sezonu böyük izlıyici kütləsi toplamışdı

08.05.2024 143
.

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

Dövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. BİG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər

08.05.2024 354
.

Dönərdən zəhərlənənlərdən biri tələbədir

Ötən gün Zaqatalada dönərdən zəhərlənənlərdən biri UNEC-in Zaqatala filialının tələbəsidir. Bu barədə "Qafqazinfo"ya universitetdən məlumat verilib. Bildirilib ki, birinci kurs tələbəsi olan Əli Qocayev toyuq dönərindən zəhərlənib. Hazırda onun vəziyyəti yaxşıdır və evə buraxılacaq. Qeyd edə

08.05.2024 293
.

Qəzzada həlak olan BMT-nin işçilərinin sayı 188-ə çatıb

İsrail 7 aydan çoxdur ki, Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölən və yaralananlar günü gündən artır. Onlar arasında BMT işçiləri də var. Ölən işçilərin sayı 188 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliy

08.05.2024 158
.

Müğənni Günay makyajsız şəklini paylaşdı

Müğənni Günay İbrahimli makyajsız halı ilə gündəmə gəlib. BİG.AZ xəbər verir ki, o, İnstaqram sosial şəbəkəsində paylaşıb:. "Bəzən yol qət etmək üçün qaçmaq yox, dayanmaq gərəkdir. Yolumuz uzun". İfaçının fotosu çoxsaylı bəyənmə yığaraq, sevənləri tərəfindən xoş sözlər yazılıb

08.05.2024 465
.

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb

Sinqapurda F-16 döyüş təyyarəsi qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, qəzaya səbəb uçuş zamanı yaranan problem olub. Bu barədə Sinqapur Müdafiə Nazirliyini açıqlama yayıb. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra Tengah Hava Bazasında qəza edib. Hadisə zamanı pilot xilas edilərək xəstəxaya yerləşdirilib

08.05.2024 141
.

Qəzaya düşən prokuror yuxulu olub - TƏFƏRRÜAT

Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-c

08.05.2024 564
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

08.05.2024 200