Yollar niyə çökür? – Dövlət qurumları bir-birini İTTİHAM EDİR

Yollar niyə çökür? – Dövlət qurumları bir-birini İTTİHAM EDİRMagistral yolların tez-tez çökməsi, dağılması artıq adi hala çevrilib. Ekspertlər bu məsələyə birmənalı münasibət bildirmirlər. Bəziləri yolların dağılmasını dövlət qurumlarını işini düzgün qurmaması, bəziləri isə infrastrukturun yaradılmasından sonra nəzarət mexanizminin düzgün aparılmaması ilə əlaqələndirirlər. Bu günlərdə Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci və 109-cu kilometrliyində bir neçə sürüşmə-çökmə baş verib.

Bunun səbəblərini şərh edən Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər maraqlı məqamlara toxunub. S.Tarixazər deyib ki, bütün bu çatların yaranmasının və sürüşmə-çökmə proseslərinin baş verməsinin əsas səbəbləri yolun tikintisi zamanı yamacların kəsilməsi, onlarda bərkitmə işlərinin aparılmaması və drenaj sistemlərinin yaradılmamasıdır.

Ancaq məlumdur ki, yol tikintisi zamanı əvvəlcə layihə hazırlanır və aidiyyatı üzrə bütün dövlət qurumları həmin layihəyə cəlb edilir. Bu cür iddialar isə onu deməyə əsas verir ki, əslində işlər layihədə göstərildiyi kimi icra olunmur. Yəni, dövlət qurumları arasında rabitəsizliyin olması, sonra magistiral yolun çökməsinə səbəb olur.

Maraqlıdır, yeni çəkilmiş və ya təmir olunmuş yolların çökməsində günahkar kimdir?

Yollar niyə çökür? – Dövlət qurumları bir-birini İTTİHAM EDİRMəsələ ilə bğlı cebhe.info-ya danışan "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli səslənən iddiaları təkzib edib: "Bu düzgün yanaşma deyil. Çünki biz demək olar ki, yeni yol çəkmirik. Bu yollar var, sadəcə olaraq bir həmin yolun yenidən qurulması və ya bərpası ilə məşğul oluruq. Sürüşmə aktivliyi ilə seçilən yollar isə uzun illər öncə, sovet hökuməti dövründə çəkilib. Orada isə asvalt örtüyünün yenilənməsi işlərini görürük, yəni, yeni yol çəkmirik. Yeni yol çəkilişi hazırda Bakı-Quba-Rusiya sərhəddi, Ələt-Astara istiqamətində aparılır. Bu artıq yeni yoldur. Yolların bərpası zamanı isə bütün aidiyyatı qurumlardan, onların ekspertizalarından geoloji işlərinə qədər hər bir nüans nəzərə alınır. Artıq razılaşdırılandan sonra yolun layihəsi hazırlanır və bu da sonra aidiyyatı qurumlardan keçəndən sonra təsdiqlənir. Ancaq ondan sonra hər hansı bərpa, yenidənqurma işləri həyata keçirilir. Bu qurumlar arasında da geoloji kəşfiyyat aparan idarələr də yer alır".

Məhəlləarası yolların təmirdən qısa müddət sonra qazılmasına da münasibət bildirən Anar Nəcəfli bu yolların onların balansında olmadığını deyib:

"Adətən məhəlləarası yollar yerli icra hakimiyyətlərinin, bələdiyyənin balansında olur. Bizim balansımızda olan ərazilərdə yollar çəkilən zaman qabaqcadan aidiyyatı qurumlara xəbərdarlıq edilir. Məsələn, camaatın ən çox şikayət etdiyi Mircəlal küçəsində təmirin uzun müddət davam etməsinin səbəbi də yeraltı kommunikasiya xətlərinin yenilənməsidir. Onlar işlərini yekunlaşdırmamış biz işə başlaya bilmirik. Babək prospektində də eyni səbəblərə görə gecikir. Biz bunu ona görə edirik ki, təmirdən qısa zaman sonra yollar yenidən qazılmasın. Qazılma ancaq o, zaman baş verə bilər ki, fövqəladə hal, qəza baş versin. Amma daha hansısa qurum gəlib deməsin ki, yaddan çıxıb hansısa borunu basdırmamışıq".

Anar Nəcəfli Hövsan yolunda təmirin gecikməsinin də səbəbinə aydınlıq gətirib: "Hövsan yolu daxili vəsait hesabına çəkilir. Vəsait ayrıldıqca, orada işlər aparılır. Hövsan yolunun konkret olaraq nə zaman təhvil verilməsini deyə bilmərəm. 2019-cu ildə həmin yolun tam olaraq yekunlaşdırılması planlaşdırılır. Yolun yalnız bir hissəsi qalıb, o, da cüzi bir şeydir. Orada da problem yaradan kommunikasiya xətlərinin köçürülməsidir. Ən çox vəsait də məhz bu işlərə gedir. Həmin ərazidə neft, qaz kəmərləri, yüksək gərginlikli elektrik xətləri var. Onların köçürülməsinə yolun təmirdən daha çox vəsait gedir. Vəsait isə hissə-hissə ayrıldığına görə bu yolun yekunlaşması gecikir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1310   Tarix: 23 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?

"Üçüncü toydur, amma ümumiyyətlə, az adam çağırmadım. Məclisimdə özümə, qəlbimə, sənətimə yaxın adamlar çağırıram. Alim Qasımov xanımı ilə gəlin və bəydən də əvvəl gəlmişdi. Alim məndən əvvəl atamla, qardaşımla dost olub". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubov

10:23 1089
.

İlham Əliyev və Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb. "Qafqazinfo" xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsasən kadrarxası görüntüləri yayıb. Sözügedən görüntüləri isə "Rossiy

11:23 570
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 476
.

Anar Məmmədli saxlanıldı

Hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, yaxınları A.Məmmədlinin Nərimanov rayonu ərazisində saxlanılması barədə məlumat yayıb. DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza A.Məmmədlinin saxlanılmasını təsdiq edib: "Onun barəsində araşdırm

15:53 322
.

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?. Qida eksperti Elsevər Fərzəliyev -a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır

15:26 276
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

21:30 0
.

MN-dəki 143 milyonluq mənimsəmə: "Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi"

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətini

21:33 0
.

Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO

"Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi". xəbər verir ki, bunu APA-y

11:05 337
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140