Kənddən şəhərdə yaşayan arvadının yanına gəldi, parkda başını kəsdi - Azərbaycanda
Göyçay rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirli bilinən 1976-cı il təvəllüdlü Rəşad Haşımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, bu il yanvarın 24-də Göyçay rayonun Kürdəmiş kənd sakini olan Rəşad Həşimov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Vüsalə Kərimovanı Göyçay şəhərinin mərkəzindəki parkda bıçaqlayıb, daha sonra onun başını kəsməyə çalışıb.
Məlum olub ki, o, boşanmaq ərəfəsində olduğu xanımına 8 bıçaq xəsarəti yetirib. Daha sonra bıçağı qadının boğazına dirəyərək, onun başını kəsməyə çalışan Rəşad Həşimova ətrafdakı insanlar buna imkan verməyib.
Onlar müdaxilə edərək qadını 42 yaşlı kişinin əlindən alıblar. Vüsalə Kərimova Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq araşdırması zamanı baş verən bıçaqlanma olayının təfərrüatı məlum olub. Rəşad Həşimov həyat yoldaşı Vüsalə Kərimovanı qısqanclıq zəminində bıçaqladığı üzə çıxıb.
Cütlük arasındakı münasibətlər pozulandan sonra Vüsalə Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. O, kənddən Göyçay şəhərindəki ata evinə qayıdıb.
Bundan sonra onların münasibəti daha da kəskinləşib.
Yanvarın 24-də Rəşad Həşimov həyat yoldaşı ilə söhbət eləmək istədiyini bildirərək Göyçayın mərkəzindəki parkda onunla görüşüb.
Bu zaman o, özü ilə gətirdiyi bıçaqla Vüsaləyə bir neçə zərbə endirib. Qadının öldüyünü düşünən 43 yaşlı kişi daha sonra özünü bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Rəşad Haşımovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.
Növbəti proses mayın 31-də davam edəcək.
mənbə: publika.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2233 Tarix: 22 may 2018
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir rəqəm səhvi, böyük problem: pulu necə geri almaq olar?
Bəzən başqa birinin kartına pul göndərərkən kart nömrəsini səhv yaza bilərik. Məbləğ kiçik olanda vətəndaşlar pulun geri qaytarılması üçün banka müraciət etmirlər. Lakin məbləğ çox olanda isə bu hal vətəndaşları narahat edir. Belə bir hal baş verəndə nə etmək lazımdır? Bu pulu geri qaytarmaq mümkündürmü?
18.12.2025 158 "Kontakt Home" 1,7 milyondan çox borc ödəməyə məcbur edildi
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 23 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarını
18.12.2025 199 Avropa Rusiyaya xəbərdarlıq etdi
Avropa Birliyi və Avropa liderləri Moskvaya qarşı bir sıra ciddi xəbərdarlıqlar verib. BİG.AZ Euronews-a istinadən xəbər verir ki, Avropa Birliyi rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirməsi və "hibrit" təhdidlər (drone uçuşları, kritik infrastruktur hücumları) ilə Avropanı zəiflətmə
18.12.2025 211 Nigar Fərhadla bağlı daha bir QALMAQAL
Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI
18.12.2025 284 Gənclər risk altındadır: elektron siqaretlərə qarşı sərt tədbirlər vacibdir
"Elektron siqaretlər mütləq şəkildə qadağan edilməlidir. Çünki bu məhsullar müxtəlif kimyəvi maddələrdən istifadə olunmaqla hazırlanır. Bu isə onların ənənəvi tütün siqaretlərindən daha zərərli olması ehtimalını artırır. Adi tütünün zərərli olduğu danılmazdır, lakin onun tərkibi məlumdur və bitk
18.12.2025 215 Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb
Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə
18.12.2025 123 AYNA-nın avtobusu qəzaya düşdü
BİG.AZ xəbər verir ki, bu gün saat 19:35 radələrində Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən 595 saylı avtobus Biləcəri ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, qəza mini
18.12.2025 259 Ürəktutması keçirənlərin ortaq XÜSUSİYYƏTİ: 1 nömrəli SƏBƏB
Yuxudan oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş insanlar arasında geniş yayılmış vərdişdir. xarici mediaya istinadla bildirir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoqsay açıqlamasında deyib. Həkimin sözlərinə görə, yaşından və həyat tərzindən asılı olmayaraq, anamnezind
18.12.2025 221 "Hazırda "bomj" kimi bir həyat yaşayıram..."
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi olacaq. Bəlkə də. Bilmirəm". Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov -a müsahibəsində deyib. Xalq artisti Azərbaycandan köçüb getməsi fikrinin olub-olmamas
18.12.2025 355