Əsgərimiz niyə şəhid edildi? - Ermənilərin Naxçıvan hücumunun SİRRİ

Əsgərimiz niyə şəhid edildi? - Ermənilərin Naxçıvan hücumunun SİRRİMayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid oldu. Bu, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələndən sonra ilk təxribatıdır. Azərbaycanın Müdafiə Nazirliyi təxribatın arxasında birbaşa Ermənistanın yeni təyin olunmuş müdafiə və xarici işlər nazirlərinin dayandığını bəyan edib. Təbii ki, əmri bu şəxsləri nazir təyin edən Paşinyan verib.

Publika.az xəbər verir ki, Təxribatdan bir neçə gün əvvəl Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zoqrab Mnasakanyan Naxçıvanla sərhəddə gəlmişdi.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan feysbuk səhifəsində yazıb ki, "nazirlər sərhəd xidmətinin xüsusi hərbi birləşmələrinin komandanlığında olub və vəziyyətlə tanış olublar, onlar həmçinin, komandanlığa ayıq olmaq tapşırığı verib".

Nazirlər səfərindən dərhal sonra erməni hərbi birləşmələri atəşkəsi pozaraq, Azərbaycan Ordusunun əsgərini şəhid etdi. İşğalçı Ermənistan tərəfinin təxribatı təəccüblü deyil, lakin diqqət çəkən məqam müdafiə və xarici işlər nazirlərinin niyə Naxçıvana gəlməsi və təxribat hücumunun Qarabağdan yox, niyə məhz buradan edilməsidir.

Burada Ermənistanın yeni hədəfi aydın görünür: hücumun cəbhəsi dəyişdirilir və diqqət Qarabağdan yayındırılır.

1. Nikol Paşinyan mayın 8-də baş nazir seçiləndən sonra ilk səfərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə etdi və burada danışıqların atmosferinə tamamilə zidd olan "Qarabağ danışıqlar masasında tərəf olmalıdır", - açıqlamasını verdi. Bu, Paşinyanın "Sarkisyandan niyə üstün olduğunu" göstərmək gedişi idi. Onun Sarkisyanın edə bilmədiyini etməyə cəhd göstərməsi, erməni ictimaiyyətinin nəbzinə uyğun addım atması təəccüblü deyil.

Naxçıvan hücumu isə Paşinyanın Sarkisyandan fərqləndiyini göstərməyə çalışdığı ikinci cəhdidir. O, ermənilərin həmişə iddia etdiyi "Naxçıvanı ələ keçirmək" xülyaları üzərindən manevr edir.

Erməni politoloq Levon Şirinyanın "Ermənistanın yeni hakimiyyəti Naxçıvanı ələ keçirmək istiqamətində təşəbbüslərə əl atacaq. Əgər bunu etməsə, hakimiyyət dəyişikliyi adi dəyişikliyə çevriləcək. Mən yeni hakimiyyətin bu istiqamətdə çalışacağına ümid edirəm", - sözləri də bu kontekstdə diqqət çəkir.

2. Ermənistanın yeni müdafiə naziri David Tonoyan Naxçıvana gələndən dərhal sonra təxribat hücumu oldu və Azərbaycan əsgəri şəhid edildi. Bu təxribatda Tonoyan faktoru təsadüfi deyil.

2016-cı ildə müdafiə nazirinin müavini olan Tonoyan "aprel müharibəsi"nin əsas arxitektoru hesab olunur. Onun Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək o "passiv müdafiədən aktiv cilovlamaya" hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda "Chatam House"də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.

Lakin Azərbaycan Ordusunun əks-hücumu Ermənistanın planlarını alt-üst etdi. İrəvan məğlub olduqdan sonra Tonoyan fövqəladə hallar naziri təyin edildi və nəhayət Sarkisyan devriləndən sonra Paşinyan hakimiyyətində müdafiə naziri oldu. Onun Qərbə yaxınlığı müdafiə naziri təyin olunmasında Paşinyanı hakimiyyətə gətirən erməni diasporunun əlinin olduğunu deməyə əsas verir. Tonoyan 2016-cı ildə baş tutmayan təxribat planını indi Naxçıvan istiqamətində həyata keçirmək istəyir.

3. İrəvanın planına görə: Naxçıvan istiqamətində hücum edilir və Azərbaycan Ordusunun cavab atəşi açmasına zəmin yaradılır; Azərbaycanın cavab hücumu ermənilərin Qarabağ danışıqlarını pozmaq və prosesi dayandırmaq istəyinə nail olmağa imkan yarada bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2712   Tarix: 21 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 126
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 598
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 153
.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 261
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

25.04.2024 622
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 284
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325