Prezidentin Naxçıvandakı çıxışı Ermənistanı LƏRZƏYƏ GƏTİRDİ

Prezidentin Naxçıvandakı çıxışı Ermənistanı LƏRZƏYƏ GƏTİRDİAzərbaycan prezidenti İlham Əliyevin iki gün əvvəl Naxçıvan muxtar respublikasına səfər etməsi və orada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusunun yeni hərbi hissəsinin açılışını etməsi düşmən ölkədə növbəti dəfə "Naxçıvandan qaynaqlanan hərbi təhlükə" mövzusunda panik müzakirələrə səbəb olub. virtualaz.org xəbər verir ki, erməni KİV-ləri, hərbi-siyasi ekspert dairələri Naxçıvanda "minlərlə türk əsgərinin yerləşdirildiyini" də bura əlavə edərək Azərbaycanın muxtar respublika ərazisindən doğrudan da İrəvanı güclü zərbələrə məruz qoya biləcəyi haqda bəhs edirlər.

Xəbər verildiyi kimi prezident İlham Əliyev Naxçıvandakı çıxışında Azərbaycan ordusunun bu muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edildiyini, nətcədə düşmənin istənilən hücumunu dəf edib güclü əks-hücum əməliyyatları apara biləcəyini bildirib. Prezident deyib ki, Naxçıvan ərazisində güclü raket sistemləri yerləşdirilib və bu silahlar düşmənin istənilən hədəfini vura bilər.

Prezidentin Naxçıvandakı çıxışı Ermənistanı LƏRZƏYƏ GƏTİRDİ"Bakı birinci dəfə deyil ki, Naxçıvan ərazisindən Ermənistanı hədələyir. Orada raket sistemlərinin yerləşdirildiyi heç də dünən məlum olmayıb. Biz Azərbaycanın buradakı hərbi imkanlarını bilirik və onu da bilirik ki, Naxçıvanla həmsərhəd Ermənistan əraziləri, eləcə də paytaxt Yerevan doğrudan da əlçatandır"-hərbi ekspert David Arutyunyan "Sputnik Armenia" agentliyinə bildirib.

Onun fikrincə Ermənistana Naxçıvan ərazisindən zərbələr Yerevan tərəfdən əks-zərbələrə gətirib çıxaracaq. Lakin erməni ekspert bu məqamın üstündən keçib ki, Azərbaycan Naxçıvan istiqamətindən əsk-zərbələr barədə danışır. Yəni Dağlıq Qarabağ ətrafında mümkün irimiqyaslı hərbi əməliyyatlar başlayarsa və bu zaman Ermənistan ərazisindən Azərbaycan əraziləri hədəf alınarsa (o cümlədən "İsgəndər" raketləri ilə) bu zaman Bakının Naxçıvan istiqamətindən həmin zərbələrə cavab verməsi tamamilə legitim olacaq. Başqa sözlə, Naxçıvanda Azərbaycanın böyük hərbi qüvvə cəmləşdirməsi Ermənistan üçün məhz çəkindirici amil olmalıdır.

Arutyunyan Naxçıvandan qaynaqlanan hərbi təhdid məsələsindən danışarkən Rusiyanın Ermənistanla hərbi müqaviləsini yada salıb. Amma birinci hücum edən tərəf Ermənistan olarsa və Azərbaycan buna Naxçıvandan cavab verəcəksə Rusiyanın təhlükəsizlik qarantiyası nə dərəcədə legitim olacaq?

Prezidentin Naxçıvandakı çıxışı Ermənistanı LƏRZƏYƏ GƏTİRDİArutyunov bu məqamın üstündən keçir, amma deyir ki, Ermənistan ərazisinə zərbələr münaqişənin miqyasının böyümsinə və Rusiya ilə birbaşqa toqquşma riskinin yaranmasına gətirib çıxaracaq.

Həmin agentliyin mövzu ilə bağlı digər məqaləsində isə qeyd olunur ki, Bakı son vaxtlar Naxçıvanda tez-tez təlimlər keçirir və muxtar respublikada hərbi qüvvələrin irimiqyaslı cəmləşməsini həyata keçirir. Naxçıvanda keçirilən sonuncu ümumqoşun təlimlərində 25 min hərbçi, 250-dən çox tank və digər zirehli texnika, 50-yə yaxın təyyarə və vertolyot iştirak edib.

"Üstəlik bizim ordu kəşfiyyatında məlumatlar var ki, təlimlərdə təkcə Azərbaycan quru qoşunları və zirehli birləşmələri iştirak etməyib. Naxçıvandan daxil olan ən təzə informasiyalara görə bu günlərdə orada yeni tamölçülü hərbi hissə istifadəyə verilib. Orada əsgər kazarmaları, məişət kompleksi, qərargah binası, hospital açılıb. İdman şəhərciyi, atəş poliqonu, bir sözlə hər şərait var"-müəllif yazır.

Bildirilir ki, "deyilənlərə görə" həmin təlim-tədris mərkəzində əsasən NATO hazırlığı keçmiş Türkiyə mütəxəssisləri hazırlıq keçir.

Ermənistanda Naxçıvanda cəmləşdirilmiş hərbi qüvvə barədə narahat olmağa doğrudan da əsasları var. Son illər Azərbaycan ordusunun muxtar respublikada cəmləşdirilmiş əlahiddə birləşməsi çoxsaylı yeni güclü silah sistemləri, o cümlədən Yerevan da daxil olmaqla Ermənistan ərazisinin dərinliklərini vura bilən reaktiv yaylım atəşi sistemləri ("Smerç", "Kasırğa", "Lynx" (İsrail) və digərləri), T-90S tankları, BTR-82 zirehli transportyorları, "Spike NLOS" raketləri ilə silahlanmış "Sandcat" zirehli maşınları və digər silahlarla təchiz edilib. Canlı qüvvənin sayı artırılıb, Türkiyə ordusu ilə birlikdə vaxtaşırı olaraq hərbi təlimlər keçirilib və belə demək olar ki, Naxçıvanda cəmləşdirilmiş ordu birləşmələri nəinki düşmənin mümkün hücumlarını dəf etmək, eləcə də qurudan əks hücuma keçərək düşmən ərazisinin dərinliklərinə irəliləmək imkanındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1280   Tarix: 18 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

25.04.2024 221
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25.04.2024 770
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

25.04.2024 860
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 133
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 421
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 586