DİQQƏT! Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişdi

DİQQƏT! Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişdiNazirlər Kabineti "Gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları"nda dəyişiklik edib.

Qüvvədə olan Qaydalara əsasən nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada mallara və nəqliyyat vasitələrinə dair ilkin məlumatlar təqdim oluna bilərdi.

Dəyişikliyə əsasən isə bundan sonra nəqliyyat vasitələri gömrük nəzarəti zonasına faktiki daxil olmazdan əvvəl gömrük orqanlarında ilkin məlumatların qeydiyyatının aparılması məqsədi ilə fiziki və ya hüquqi şəxslər tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş məlumatlar təqdim edilməlidir.

Artıq mütləq qaydada təqdim edilməli olan məlumatlar isə aşağıdakılardır:

- nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

- nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

- nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

- təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

- mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

- nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Gömrük Məcəlləsinə edilən həmin dəyişiklikdə də yuxarıda qeyd olunan məlumatların mütləq gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim olunması əksini tapıb.(APA)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 18 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO

Müğənni Nadir Qafarzadə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişində aparıcı Elgiz Əkbər bildirilib. Qeyd edilib ki, sənətçi səhhətində problem yarandığından hazırda xəstəxanadadır və onun təzyiqi dünən 190-dan çox olub. Sənətçi ilə canlı bağlatı yaradılacaq

07.05.2024 576
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 291
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 108
.

"Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu

"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib

07.05.2024 563
.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

07.05.2024 248
.

Bakıda hoteldə zəhərlənmə: İki nəfər öldü - FOTO

Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib. xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirili

07.05.2024 633
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 114
.

Braziliyada daşqın oldu: 84 ölü, 111 itkin

Braziliyanın cənubunda yerləşən Rio-Qrandi-du-Sul ştatında ötən həftədən bəri effektiv olan yağışlar nəticəsində daşqın olub. BİG.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 84 nəfərə, itkin düşənlərin sayı isə 11 nəfərə çatıb. Bu barəfə Ştatın Mülki Müdafiə nazirliyi açıqlama edib. Yağışla

07.05.2024 137
.

"Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR

İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy

07.05.2024 187