İtkin düşən alpinistlərimizin nəşi harada torpağa tapşırılacaq?

İtkin düşən alpinistlərimizin nəşi harada torpağa tapşırılacaq?

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar" - hava və ekstrim idman klubunun üzvlərindən biri Hüseynov Babur Vaqif oğlu Astara rayonunda dəfn olunacaq.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə B.Hüseynovun qohumu Cəlalə Nəzəroğlu bildirib.

B.Hüseynovun meyiti Bakıya gətirilsə də, dəfn üçün Astaraya aparılacaq.

Qeyd edək ki, Namin Nizami oğlu Bünyatzadənin meyiti Şəmkir rayonuna, Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Masallı rayonuna aparılıb.

Xatırladaq ki, 27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.

Ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 626 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər