ŞOK! Ermənistanda Azərbaycanşünaslar yetişdirilir, düşmənimiz hər CƏBHƏDƏ OLA BİLƏR - AÇIQLAMA

ŞOK! Ermənistanda Azərbaycanşünaslar yetişdirilir, düşmənimiz hər CƏBHƏDƏ OLA BİLƏR - AÇIQLAMA

Son dövrlərdə Ermənistanda hakimiyyət dəyişimi və Nikoil Paşinyanın baş nazir təyin edilməsi Azərbaycan müxalifətini sosial şəbəkələrdəki aktivliyini artırıb. Hətta elələri var ki, özlərini Paşinyan dəstəkçisi kimi göstərərək Ermənistanda baş verən vətəndaş qarşıdurmasını bizim üçün arzulayırlar.Hətta son günlər sosial şəbəkə üzərindən də açıq-aydın şəkildə bunu hiss etmək mümkündür. Belə ki, bəzi paylaşımlarda ermənilərlə səmimi söhbətləşən həmyerlillərimizə də rast gəlirik. Bu bəzi hökumətə qarşı olan qüvvələrin xəyanətidirmi, yoxsa sadəcə olaraq erməni təxribatı?

ŞOK! Ermənistanda Azərbaycanşünaslar yetişdirilir, düşmənimiz hər CƏBHƏDƏ OLA BİLƏR - AÇIQLAMA

Bununla bağlı BiG.AZ-a açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, bu da müharibənin digər formasıdır, informasiya müharibəsidir:

"Ölkəmizin etnik zəngiliyindən istifadə edərək, çalışırlarki, hər hansı bir millətin nümayəndəsini öz tərəflərinə çəksin. Anti-təbliğat provakasiyaları aparsınlar. Həmçinin azərbaycanlı adları ilə sosial şəbəkələrdə saxta profillər açaraq Ermənistanada Paşinyanın başçılığı ilə formalaşmış inqilaba dəstək şərhləri yazırlar. Bu istiqamətdə əsasən İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsində Azərbaycan dili tədris edilir və ölkəmiz barədə geniş dərslər keçirilir. Azərbaycanşünas tələbələr yetişdirilir. Onlarında məqsədi Azərbaycana qarşı sosial mediada provakasiya aparmaq, etnik və separatizmi dəstəkləməkdi. Mən KİV vasitələrinə müraciət etmək istəyirəm ki, bu kimi məsələrdə diqqətli olsunlar. Çünki, düşmən istənilən cəbhədədi".

Aysel Yusifqızı

ŞOK! Ermənistanda Azərbaycanşünaslar yetişdirilir, düşmənimiz hər CƏBHƏDƏ OLA BİLƏR - AÇIQLAMA

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1213 Tarix: 17.05.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər