AXCP sədri öz saytında necə İFŞA OLUNDU

AXCP sədri öz saytında necə İFŞA OLUNDU"ABŞ Helsinki Komissiyasının mayın 9-da keçirdiyi birifinqdə Əli Kərimlinin ünvanına səsləndirilən ötəri tənqid bu diktator hikkəli "demokrat"ı o qədər narahat edib ki, bütün gizli və aşkar, real və saxta söyüş terminatorlarını hərəkətə gətirib".

BiG.AZ xəbər verir ki, bunu "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, bu prosesə o qədər aludə olub ki, bilavasitə idarə etdiyi internet saytında necə ifşa olunduğunun fərqinə belə varmayıb: "Mətləbə keçirəm: Hazırda ABŞ-da yaşayan, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında Əli Kərimli ilə vahid mərkəzdən və vahid dirijor çubuğu ilə idarə olunan Qorxmaz Əsgərov "Azadlıq" qəzetinin internet səhifəsində yayımlanan "Ayının əmisi oğlu" yazısında toxunduğu bəzi məqamlarla həm özünü, həm də mənsub olduğu düşərgəni ifşa edib. Əli Kərimliyə isə əsl "ayı xidməti" göstərib. Qorxmaz Əsgərov yazır: "...Köhnə müxalifət" – "yeni müxalifət" söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər. Həmin il AMİP də onların fikrincə "yeni müxalifət idi", çünki Amerika hökumətindəkilər İlham Əliyevi hakimiyyətdə görmək istəyirdilər. Qorxmaz Əsgərovun "Ayının əmisi oğlu" yazısından gətirdiyim bu iqtibasda Əli Kərimli və düşərgədaşlarının bu günədək "daş atıb başlarını tutaraq" inkar etdikləri bir neçə mühüm ifşaedici məqam yer alıb. Milli Demokratiya İnstitunun sabiq əməkdaşı və Əli Kərimlinin partiyasının sabiq şöbə müdiri Qorxmaz Ələsgərov etiraf edir ki, ABŞ səfirliyi və təşkilatları Azərbaycandakı siyasi proseslərə müdaxilə ediblər və hətta ayrı-ayrı siyasi qrupları, onların liderlərini istiqamətləndiriliblər. Burada söhbət ABŞ-ın Azərbaycan hökumətini, yaxud hansısa siyasi qrupları müdafiə etməsindən yox, səfirliyin, yaxud Azərbaycanda fəailiyyət göstərən Amerika təşkilatlarının daxili siyasi proseslərə bu və ya digər şəkildə müdaxiləsinin etiraf olunmasından gedir. Yazıda ifşaedici başqa bir məqam isə 2003-cü il seçkilərində Müsavat Partiyasının deyil, AMİP-in dəstəklənməsi məqsədilə verilən təlimatla bağlıdır. Əgər Qorxmaz Əsgərov və düşərgədaşları unutmayıblarsa 2003-cü ildə Əli Kərimli seçkilərdə iştirakla bağlı İsa Qəmbərlə danışıqlar aparırdı və son nəticədə AMİP-in namizədini – Etibar Məmmədovu müdafiə etdi. Bu isə o deməkdir ki, Əli Kərimli 2003-cü ildə həm Milli Demokratiya İnstitutu vasitəsilə verilən təlimatları yerinə yetirərək AMİP-in namizədini dəstəkləyib, həm də Qorxmaz Əsgərovun etiraf etdiyi kimi "İlham Əliyevi hakimiyyətdə görmək istəyən Amerika hökumətindəkilər"in təqdir etdiyi prosesdə yer almaqla, faktiki olaraq Azərbaycanın indiki prezidentinə xidmət göstərib".

AXCP sədri öz saytında necə İFŞA OLUNDUElçin Mirzəbəyli vurğulayıb ki, bütün bu məqamlar haqqında Azərbaycan mediasında dəfələrlə dolayısıyla və birbaşa danışılıb. Əli Kərimli isə bu faktları hakimiyyətin ona qarşı apardığı kampaniya kimi qələmə verərək ittihamlardan yayınmağa çalışıb. İndi isə bütün bunlar Əli Kərimlinin öz saytında yayımlanan yazıda, həm də proseslərin fəal iştirakçısı olmuş bir şəxs tərəfindən etiraf olunur. Maraqlıdır, görəsən bu adam indi nə deyəcək?
Daha öncə də qeyd etdiyim kimi, problem ABŞ, yaxud hər hansı bir dövlətin səfirliyinin, fond və təşkilatının kimi və necə müdafiə etməsində deyil, daxili siyasi proseslərə qarışmasında, bu məqsədlə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini stimullaşdırmasındadır. Xarici ölkənin daxili siyasi proseslərə müdaxilə ssenarilərində yer alan adamlar isə, bu ssenarilərin kimə, nəyə və necə xidmət etməsindən asılı olmayaraq "nüfuz müvəkkilləri", yaxud "təsir agentləri" adlandırılırlar. Bu qədər...

P.S. Həyata keçirdikləri missiyanı özləri etiraf etdilər. Bu missiyanın adını isə iki variantda mən təqdim etdim: "Nüfuz müvəkkilləri" və yaxud "təsir agentləri". Seçim isə yenə də onlarındır...".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 757   Tarix: 16 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10.05.2024 156
.

Tuneldə qəza belə görüntüləndi - VİDEO

Türkiyənin Bomonti-Dolmabahçe tunelində motosiklet sürücüsü idarəetməni itirərək qəza edir. BİG.az xəbər verir ki, qəzanin görüntüləri digər avtomobilin kamerası tərəfindən qeydə alınıb. Həmin videonu təqdim edirik:

10.05.2024 189
.

Prezident: "Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin"

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". AZƏRTAC xəbər verir ki, bu sözləri Preziden

10.05.2024 156
.

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri Almatıda görüş keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqu

10.05.2024 134
.

"Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil"- Aqil Qurbanov

Hər il keçirilən Greencard lotoreyası bir çox insanın həyatını dəyişib. Greencard ABŞ-də yaşamaq üçün verilən sənəddir. Bəs qaliblər nəyi nəzərə almalıdırlar?. Greencard qalibi Aqil Qurbanov -a bildirib ki, Greencard nəticələri açıqlananda bu, hələ qalib olmaq demək deyil.İnsanlar var ki, evlərini,maşının

10.05.2024 483
.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

10.05.2024 115
.

"Artıq Azərbaycan ağıllı ev sistemləri istehsal edir" - Elmin Sadıqov - VİDEOMÜSAHİBƏ

Şirkətimiz smart sistem olaraq Azərbaycanda yeganə istehsalçı şirkət olan El Smartın qurğuları ilə təchiz edilib. Bizim məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Bu sözləri "Smart system" şirkətinin rəhbəri və təsisçisi Elmin Sadıqov -a müsahibəsində deyib. "Evə təsir edə

10.05.2024 263
.

Azərbaycanda şoumenin ölüm xəbəri yayıldı - YENİLƏNİB + FOTO

Yaxınları 38 yaşlı şoumen Murad Muradovun ölüm xəbərini təkzib edib. Onlar qeyd ediblər ki, Muradın vəziyyəti ağır olsa da sağdır:. "Ürəyi döyünür. Ona dua edək, bəlkə aramıza qayıdar". 19:46. Qubada şoumen vəfat edib. Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilib ki, məclislərd

10.05.2024 569
.

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Bu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqlar

10.05.2024 373