ATƏT və Avropa Şurası ‘Eurovision’u boykot edən ölkələrə qarşı çıxdı

ATƏT və Avropa Şurası ‘Eurovision’u boykot edən ölkələrə qarşı çıxdıAvropanın iki önəmli təşkilatı bu çağırışlara qarşı olduğunu açıqlayıb.

ATƏT və Avropa Şurası (AŞ) Azərbaycanda keçiriləcək "Eurovision" mahnı yarışmasının boykot edilməsinə dair bəzi insan haqları təşkilatlarının və fəallarının çağırışlarına qarşı çıxıb.

AZXEBER.COM-un "Yeni Müsavat" qəzetinə istinadən verdiyi xəbər görə, Avropada insan haqları üzrə bu iki ən iri təşkilatın rəsmiləri bildiriblər ki, yarışmanın boykot edilməsi Azərbaycandakı problemlərin həllinə kömək etmir.

Xatırladaq ki, İrlandiya bu il ATƏT-ə sədrlik edir.

Qəzet qeyd edib ki, beynəlxalq insan haqları qruplarının Azərbaycandakı vəziyyətdən narahatlıq ifadə etmələri bir sıra azərbaycanlı dissidentlərin "Eurovision" mahnı yarışmasının boykot edilməsinə dair çağırışlarını artırıb.

Məqalədə "Human Rights Watch", "Sərhədsiz Reportyorlar" kimi təşkilatların "Eurovision" yarışması ərəfəsində Azərbaycanda infrastrukturun yenilənməsi üçün evlərin sökülməsi nəticəsində bəzi sakinlərin narazı qalması ilə bağlı etirazlarını, ifadə azadlığı ilə əlaqədar problemləri xatırladıb: "Lakin ATƏT və AŞ mahnı yarışmasının boykot edilməsi ideyasına qarşıdır".

AŞ baş katibi Turborn Yaqland "İrish Times"ə açıqlamasında "Eurovision" yarışmasını problemləri qaldırmaq və debatlar aparmaq üçün yaxşı fürsət adlandırıb.

ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də eyni fikirdə olub: "İstənilən boykot söz azadlığının digər yöndən məhdudlaşdırılması olardı".

Qeyd edək ki, bir müddət öncə "Amnesty İnternational" təşkilatı da Azərbaycanda "Eurovision" mahnı müsabiqəsini boykot etmək çağırışı ilə çıxış etməsi barədə informaiyaları təkzib edib. Təşkilat "Eurovision"un Bakıda keçirilməsini təqdir etməklə yanaşı, yarışmanı öılkənin Avropaya açıqlması istiqamətində yaxşı fürsət kimi dəyərləndirmişdi.

"Amnesty İnternational" yarışma ərəfəsində "Eurovision" yarışmasının keçmiş iştirakçılarının da iştirakı ilə sosial şəbəkələrdə müxtəlif kampaniyalar başlayacağını açıqlayıb.

Azərbaycan rəsmiləri isə ölkə paytaxtında aparılan yenidənqurma işlərinin "Eurovision" yarışması ilə əlaqəli olmadığını, prosesin yarışmadan çox əvvəl başladığını və yarışmadan sonra da davam edəcəyini bildiriblər. Onlar bildiriblər ki, şəhər infrastrukturunun yenilənməsi nəticəsində bəzi hissələrdə sakinlərin köçürülməsi prosesi baş verir. Rəsmilər sakinlərə qarşılıqlı razılıq əsasında müvafiq kompensasiyalar ödənildiyini, heç bir köçürülmənin təzminatsız baş vermədiyini də vurğulayıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1617   Tarix: 04 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 180
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 191
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 10
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 158
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 183
.

Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan ölkənin Rusiya Federasiyasındakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb. "Report" xəbər verir ki, bu barədə "CTK" agentliyi Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Nazirlik agentliyin müvafiq sualın

05.05.2024 205
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

05.05.2024 395
.

Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir

Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. "Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb. "Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızı

05.05.2024 153
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 153