Cavanlar arasında ürək xəstəlikləri niyə geniş yayılıb? - Bu bəladan qorunmaq üçün mütləq OXUYUN!

Cavanlar arasında ürək xəstəlikləri niyə geniş yayılıb? - Bu bəladan qorunmaq üçün mütləq OXUYUN!Ötən gün Azərbaycanda 20 yaşlı gəncin metroda ürəktutmadan ölməsi son illər ürək-damar xəstəliklərinin yaşının gəncləşməsi mövzusunu yenidən gündəmə gətirdi.

Bu gün ürək və qan-damar sistemi xəstəlikləri bütün dünyada geniş yayılıb. Xüsusən də Avropa Birliyi ölkələri və Avropada bu xəstəlik böyük bəlaya çevrilib. Bu gün dünyada baş verən ölümlərin böyük əksrəiyyətinin arxasında məhz bu xəstəlik dayanır.

BiG.AZ sfera.az-a istinadən bildirir ki, "ehnheart.org" saytının ötən ili əhatə edən hesabatı belədir:

Hər il Avropada ürək və qan-damar sistemi xəstəliklərindən ölənlərin sayı 3.9 milyondan daha artıqdır. Avropa Birliyinə üzv ölkələrdə isə bu rəqəm 1.8 milyondur. Statistik məlumatlara görə, hər il Avropada ölənlərin 45 faizi, Avropa Birliyinə üzv ölkələrdə isə ölənlərin 37 faizi məhz bu səbəbdən dünyasını dəyişir.

Bu xəstəliyin xüsusən də kişilər arasında geniş yayıldığı bildirilir. Bu xəstəliklər sırasında ürəyin "işemik" problemi də geniş yayılıb.

Statistik məlumatlara görə, təkcə 2015-ci ildə ürək-qan damar xəstəliyi diaqnozu qoyulan xəstələrin sayı təkcə Avropada 11.3 milyon, Avropa Birliyi ölkələrində isə 6.1 milyon olub.

Təkcə 2015-ci ildə Avropada bu diaqnozla yaşayan xəstələrin sayı 85 milyona çatıb.

Son 25 ildə ürək xəstələrinin sayında xüsusi artım nəzərə çarpır. Bu səbəbdən əngəlli həyat tərzi yaşayanların da sayı artıb.

Bu xəstəlik Avropa Birliyi ölkələrinin iqtisadiyyatı üçün illik olaraq 210 min avro məsrəfə səbəb olur.

Bəs ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı gün keçdikcə niyə artır? Bu bəladan uzaq olmaq üçün nə etmək lazımdır?

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu gün ürək-damar xəstəliklərində əsas risk faktoru məhz arterial hipertenziya ilə bağlıdır:

"Avropada bu xəstəlikdən ölənlərin sayı 4 milyondur ki, onun da 45%-ni kişilər, 55-ni qadınlar təşkil edir. Xəstələrə məsləhət görürəm ki, təzyiq qalxdıqda dərhal dərman qəbul etməsinlər. Xəstəliyin profilaktikası nəticə verməsə, müalicəyə başlanılmalıdır".
F.Quliyevin sözlərinə görə, ürək-damar xəstəliklərində digər əsas risk faktoru maddələr mübadiləsinin pozulması ilə bağlıdır:
"Düzgün qidalanma olmadıqda bu problem yaranır. Piylənmə faktorunun da bu xəstəliyin ortaya çıxmasında mühüm rolu var. Xəstəliyin cavanlaşmasının əsas səbəblərindən biri də piylənmə-metabolik sindromla bağlıdır. Dönər, qazlı içkilər də piylənməyə səbəb olur. Təəssüflər olsun ki, məhz bu səbəbdən uşaqlar arasında arzuolunmaz xəstəliklərin sayı artıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1455   Tarix: 09 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda qadınların pensiya yaşı 57-yə ENDİRİLİR? - AÇIQLAMA

Bu gün ölkələrdə pensiya yaşı ölkəyə və qanunvericiliyə görə dəyişməkdə davam edir. Təqaüd yaşındakı dəyişikliklər əhalinin qocalmasına və doğum nisbətinədə öz təsirini göstərir. Bu gün Azərbaycanda qadınların pensiya yaşı 63 yaş 6 aydır. Ölkədə doğumun kəskin şəkildə azalması, boşanmaların artımı əhalini

12:04 0
.

Böyük Britaniyanın mühafizəkarları regional seçkilərdə böyük məğlubiyyətlə üzləşiblər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyası mayın 2-də keçirilən regional seçkilərdə son onilliklərin ən səs-küylü məğlubiyyətlərindən birini alıb. "Report" xəbər verir ki, bu qiymətləndirməni İngiltərə üzrə 107 yerli özünüidarəetmə orqanlarından 102-də verilən səslərin hesablanmasını

05.05.2024 150
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 184
.

ABŞ kəşfiyyatı: Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir

Birləşmiş Ştatların kəşfiyyatı hesab edir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq bütün sahələrdə inkişaf edir. "Report" xəbər verir ki, bu sözləri ABŞ Milli kəşfiyyatı direktoru Evril Heyns Konqresin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilmiş dinləmələrdə deyib. Rusiya və Çin arasındak

05.05.2024 175
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

05.05.2024 201
.

İtaliyalı nazir Makronu tənqid edib: Ukraynada gərginliyi artırır

Fransa Prezidenti Emmanuel Makronun NATO-nun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamaları gərginliyi artırır. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Qrozetto deyib: "Mən belə bəyanatların məqsədini və faydasını başa düşmürəm". Naziri

05.05.2024 184
.

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik

Asiya İnkişaf Bankı regional mərkəzin yaradılması prosesində Gürcüstanı dəstəkləyir. "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın prezidenti Masatsuqu Asakava bildirib. "Asiya İnkişaf Bankı Gürcüstanı bölgədə ticarətin rəqəmsallaşdırılması, regional əlaqə, maliyyə inklüzivliyi

05.05.2024 162
.

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb olunacaq. Mənbə yazır ki, Misir paytaxtında baş tutan görüşlərdə ABŞ-dən olan nümayəndələr də iştirak ediblər. Qeyd olunub ki, Qəzzada saxlanıla

05.05.2024 171
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 195