Bakının "Şərq bazarında" lələ köçüb, yurdu qalıb - FOTOLAR

Bakının "Şərq bazarında" lələ köçüb, yurdu qalıb - FOTOLARPaytaxtın bir zamanlar məşhur olan "Şərq bazarı"nın taleyi indi müammalıdır. Martın 31-dən boşaldılan bazar indi müharibədən sonrakı xarabalığı xatırladır, mağazaların tullantıları binanın giriş-çıxışındakı pilləkənlərin üstünə yığılıb. Reklam lövhələri qopardılıb, mağazaların qapıları çirkabdan bir neçə rəngə çalır. Binanın girişində iri hərflərlə yazılmış "kameralar işləyir" elanı asılıb.

Mağazalar köçürülərkən satıcılara binanın təmir ediləcəyi, sonra yenidən ticarət mərkəzi kimi istifadəyə veriləcəyi vəd olunub. Buna görə də çoxları hələ ümidlidir, satıcılar arasında hər gün gəlib təmirin başlayıb-başlamadığı ilə maraqlanırlar var.

BiG.AZ xəbər verir ki, Virtualaz.org saytı "Şərq bazarı"nın son vəziyyəti ilə maraqlanıb. Bəlli olub ki, bazarın Mədəniyyət Nazirliyinin balansında olduğu əsas gətirilərək köçürülən mağazaların sahiblərinə kompensasiya ödənilməyib, hətta satıcılara başqa ərazidə yer təklif olunmayıb. Satıcılar deyirlər ki, onsuz da 1 ildir bazarda alver ölmüşdü, amma bazar bağlanılandan sonra bir parça çörək pulundan da məhrum olublar.

"Gündəlik çörək puluna görə işləyirdik. Martın 28-dən dedilər ki, mağazaları boşaldın. Bəzi satıcılar digər bazarlarda yer tapa bildi, bəzisi isə müflis oldu", - adını söyləmək istəməyən mağaza sahiblərindən biri deyir.

Və əlavə edir ki, narazılıq etmək istəyiblər, amma onlara bazarın çox imkanlı iş adamı tərəfindən alındığını söyləyiblər.

Bakının "Şərq bazarında" lələ köçüb, yurdu qalıb - FOTOLAR"Nə kompensasiya ödənilməsi, heç malların daşınmasına da yardım etmədilər. Bir-iki nəfər etiraz etdi, onlara da dedilər ki, oturub gözləyin, iş adamı fikrini dəyişsə, təmirdən sonra əvvəlki mağazalarınıza qayıda bilərsiz. Biz kimik ki iş adamının hərəkətlərinə etiraz edək, hər şey onun insafına qalıb", -satıcı təəssüflə çarəsiz olduqlarını əlavə edir.

Binanın bir neçə yerində çatlar yaranıb, döşəmə və tavanda da çatlar gözə dəyir. Ticarət mərkəzinin sağ girişində zirzəmi kimi yer var. Bazar boşaldılarkən bu əraziyə toxunmayıblar, piştaxtalar qoyulub, xırdavat mallar satılır. Əvvəllər "Şərq bazarın"da işləyən Vüqar adlı satıcı deyir ki, həmin ərazidə bir balaca yer götürmək istəsə də, yerpulu sərf etməyib.

Bakının "Şərq bazarında" lələ köçüb, yurdu qalıb - FOTOLAR"Bazarla bağlı hərə bir söz söyləyir. İndi də eşitdim ki, bina söküləcək, yerində yaşayış binası tikiləcək. Hətta üzbəüz küçədəki xırda obyektlərin də söküləcəyi gözlənilir. Hələ də yer axtara-axtara qalmışam".

Satıcılardan biri isə söyləyir ki, mağazanı kosmetik də olsa təmir etdirib, işıq xətti çəkdirib, kondinsoner qoyub. Bunun üçün bankdan 3 min manat kredit götürüb: "10 gündür evə ət ala bilmirəm. 2 banka borcum var, ayda 160 manat kredit ödəyirəm. Yaxın günlərdə yer tapa bilməsəm borcun üstünə faiz də gələcək. Yaxınlıqda balaca zirzəmilər kirayə verilir, aylıq 1000-1200 manat istəyirlər. Hələ bilmirəm zirzəmidə alver olacaq. Ya yox".
Bazarın qarşısındakı parkomat da işləmir. Yaxınlıqda dayananlar deyirlər ki, bazar bağlanandan bir neçə gün sonra aparatın fəaliyyəti dayandırılıb.

Bakının "Şərq bazarında" lələ köçüb, yurdu qalıb - FOTOLARQeyd edək ki, "Şərq bazarı" memarlıq abidəsi kimi hələ də Nazirliyinin balansındadır. Bazar rəhbərliyi mətbuata açıqlamasında təmir işlərinin yubanmasını maddi sıxıntılarla əlaqələndirib. "Nə vaxt maddi imkanımız olsa bazarı təmir edəcəyik. Oradakı mağazalar kirayəyə verilmişdi, heç kim mağaza sahibi deyil", -rəhbərliyin adından verilən açıqlamada qeyd olunurdu. "Şərq bazarı" 2001-ci ildən ticarət mərkəzi kimi fəaliyyət göstərirdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 2129   Tarix: 08 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Arılar kütləvi şəkildə ölür - DÜNYANIN SONU YAXINLAŞIR - VİDEO

Böyük alim Albert Eynşteyn vaxtilə vurğulayıb ki, planetimizdə arılar yox olduğu zaman dünyanın sonu çatacaq. İnsanlar arılar olmadan cəmi 4 il yaşaya bilərlər. O, həmişə bəşəriyyətin Yer kürəsindəki bütün bal arılarını məhv etməklə özünü məhv edəcəyindən qorxub. BİG.AZ-ın -ya istinadən verdiyi xəbər

22.06.2020 7696
.

"Qızlar açıq geyimdə İnstaqrama şəkil qoyurlar, onun atası hara baxır?"

"12-13 il ərzində, sənətdə olduğum ərəfədə belə video çəkməmişəm. Ürəyim doludur. Maşınla evə qayıdanda polis bizi saxladı, tanışım idi. 8 Martda video paylaşmışdım ki, qədrinizi bilin, kişilərə aldanmayın. Polis soruşur ki, niyə belə demisən? Soruşuram ki, ola bilməz ki, kiməsə yalan vəd verməmisən

15.08.2020 1681
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444
.

Zaurla Günaydan SƏMİMİ GÖRÜNTÜLƏR - VİDEO

Məşhur aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərdən xəbər var. xəbər verir ki, Günay instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə onun həyat yoldaşı aparıcı Zaur da yer alıb. Paylaşım izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

20.06.2021 2265
.

Rayonlara gediş-gəlişlə bağlı XƏBƏRDARLIQ

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxış qadağandır. Qadağalara nəzarət Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. -a istinadən xəbər verir ki, bu barədə -a danışa

04.08.2020 3157
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Təntənəli nikah otaqları yaradılıb - Gələn şəxslərin sayı...

"Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var". "Report"a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyini

14.08.2020 1606
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079