İtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA: "Sağdırlar" - FOTO

İtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA: "Sağdırlar" - FOTOMəlum olduğu kimi ötən ilin dekabr ayında "Giləvar» hava-ekstrim idman klubunun 3 üzvü itgin düşüb. Dekabrın 23-də Tufandağa yürüşə çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə ilə əlaqə dekabrın 24-də itib.

BiG.AZ cəbhə.info-ya istinadən xəbər verir ki, dövlət orqanlarının iştirakı ilə onların axtarışına müvafiq qüvvələr cəlb olunsa da, alpinistlər tapılmayıb. Eləcə də həmin ərazilərdə aparılan axtarışlar zamanı hər hansı cəsəd də üzə çıxmayıb.

İndi isə alpinistlərin sağ olması iddiası gündəmə gəlib. Belə ki, onlardan biri Babur Hüseynovun qohumu "Asan Radio"nun redaktoru Cəlalə Nəzəroğlu həmin hadisələr zamanı fasebook səhifəsində qohumunun şəklini paylaşıb. Həmin şəklin altından rəylər yazılıb. Hər kəs Cəlaləyə səbr və qohumunun tezliklə tapılmasını arzulasa da, "Smert ili Jizn" profilindən əminliklə Baburun sağ olduğu bildirilir: "Cəlalə Nəzəroğlu, qardaşın da və yoldaşları da sağdır!!! Mayın sonu ya da iyunun əvvəli qovuşacaqsız...əmin olun!!!"

Bu sözlərdən sonra onun niyə bunu yazması ilə bağlı suallar səslənir. Həmin profildən isə yeni bir əminliklə - "Mən dağlarda çox olan adamam və qar uçurumuna düşən olsa belə sürüşmə zonası açıq aşkar bilinir. Mən əminəm ki onlar yolu azıblar. Birazdan qar zad qalmayacaq və inşallah heç bir cəsəd tapılmayanda mənim sözümün təsdiqini tapacaqsız. Sadəcə operativ axtarış getməyib. Mən Şəkidə illərlə Böyük Qafqaz silsilə dağ uçurumlarından Rusiya ərazisinə keçən peşəkar adamlarla ünsiyyətdəyəm. Onların da fikrincə, onlar çox güman azıb sərhəddə olublar...amma o zonada qar uçqunu müşahidə edilməyib".

Alpinistlərin cəsədləri tapılmadığına görə hər hansı bir iddiaların səslənməsini realdır. Amma naməlum profilin sözlərindəki bu qədər əminliyin hardan qaynaqlanması maraq doğurur. Digər tərəfdən burada konkret vaxtın göstərilməsi də maraqlıdır. Məsələyə başqa yöndən yanaşsaq, mövcud kommunikasiya əsrində alpinistlər sağdırsa, niyə ailələrinə hansısa məlumat vermirlər?.

Güman edirik ki, yaxın zamanlarda suallara aydınlıq gələr və yaxınların gözləri yoldan çəkilər.
İtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA: "Sağdırlar" - FOTOİtkin düşən gənc alpinistlərlə bağlı İLGİNC İDDİA: "Sağdırlar" - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 13495   Tarix: 04 may 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 299
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 505
.

Ermənistan və İtaliya hərbi əməkdaşlığı müzakirə ediblər

Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi bildirib. Görüşlərdə Ermənistan-İtaliya hərbi, hərbi-texniki və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələ

20:15 2
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1249
.

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib. Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar. "Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu

14:22 522
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 419
.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614