Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - FOTO

Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - FOTOMilli Məclisin deputatına məxsus restoranda irqi ayrı-seçkilik olunur.

BiG.AZ İnterpress.az-a istinadən xəbər verir ki, paytaxtın Nigar Rəfibəyli küçəsində yerləşən "Araz Kafe"də irqi ayriseçkilik nümayişkəranə şəkildə müşahidə olunur. "Fəvvarələr Meydanı"ında yerləşən kafedə müştərilər arasında Azərbaycan vətəndaşlarından daha çox əcnəbilərə üstünlük verilir. Bu da əcnəbi müştərilərin kafeyə daha çox xeyir verməsi kimi qiymətləndirilir.

Məlumatda deyilir ki, kafe rəhbərliyi tərəfindən əcnəbilərə menyunun baha qiymətə satılmasını rahat şəkildə həyata keçirmək üçün onlara xüsusi xidmət göstərilməsi tapşırılıb. Eyni zamanda, əcnəbi qonaqların xoş qarşılanması və eyni şəkildə yola salınması xüsusilə əmr olunub. Amma Azərbaycan vətəndaşlarına bu münasibətin göstərilməməsi tapşırılıb. Məlumata görə, kafe rəhbərliyi Azərbaycan vətəndaşlarının "Araz Kafe"yə getməsindən narahatdır.

Kafeyə daxil olduqda qonaqları qarşılayan kafe xidmətçiləri müştərinin əcnəbi olmadığı halda, sifarişləri qəbul etmir. Eyni zamanda, kafedə əcnəbilər üçün ayrılmış xüsusi kabinetlərdən Azərbaycan vətəndaşlarının istifadəsi qadağan olunub.

Deputatın kafesində Azərbaycan vətəndaşları təhqir olunur - FOTOKafe rəhbərliyinin xüsusi göstərişi ilə Azərbaycan vətəndaşlarının kafedə xidmətin zəif göstərildiyi masalarda əyləşmələri sifariş olunub.

Bu da sözügedən kafenin azərbaycanlı müştəriləri arasında birmənalı qarşılanmayıb.

Eyni zamanda, müştərilər kafenin menyusuna daxil olan bütün təamların layiq olmadığı halda baha qiymətə satılmasından şikayətlənirlər. Belə ki, ərzaq mağazalarında 1 AZN-ə satılan "Alpen gold" şokoladları "Araz kafe"də bundan 4 dəfə baha qiymətə müştərilərə satılır.

Qeyd edək ki, "Araz Kafe"nin sahibi Milli Məclisin deputatı Hadi Rəcəblidir.

Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1840   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643