Sovet düşməninin oğlunun partiyaya keçirməsi Sovet tarixində görünməmiş hadisə idi

Sovet düşməninin oğlunun partiyaya keçirməsi Sovet tarixində görünməmiş hadisə idiBu günlərdə "Azərkitab" Kitab Təbliğatı Mərkəzində el qəhrəmanı Məcid ağa Şəkibəyova həsr edilmiş "Üç kəlmə, üç güllə" adlı "kitabın təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin 10-dan artıq üzvü, gədəbəyli ziyalılar, tanınmış şəxslər, bir sıra dövlət orqanlanlarının nümayəndələri və media mənsubları iştirak ediblər.

Məcid ağa Şəkibəyovun həyatı haqqında danışan millət vəkili onun ermənilərə qarşı 1918-20- ci illərdə, Qırmızı İmperiyaya qarşı isə 1929-30-cu illərdə apardığı mübarizədən bəhs edib.

Daha sonra Baş nazirin sabiq müavini İzzət Rüstəmov, tanınmış həkim Rəşid Mahmudov, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli millət vəkilləri Arif Rəhimzadə, Aqil Abbas, Musa Urud, Sevinc Hüseynova, Ziya Səmədzadə, Rafael Cəbrayılov, Tahir Kərimli və b. çıxış ediblər.

Şəfayət Avılbəyli :Təqdimatda iştirak etməmişəm,nə də dəvət almamışam..

Tədbirə dəvət almamışam. Ama bu kitabın müəllifinə təşəkkür edirəm.Məcid ağanın həyat fəaliyyəti barədə belə bir kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram.Məcid ağa haqqında ən birinci sənədli məqaləni mən yazmışam 1990-cı ildə. O vaxt Gənclik jurnalı vardı,baş redaktoru da Məmməd İsmayıl idi.Orada bəzi məqamları ixtisar edilməklə çap olundu.

Məcid ağa ilə sizin qohumluq əlaqələriniz hansı tərəfdəndir.?

Mənim atamın nənəsi Əzət xanım Məcid ağanın əmisi qızıdı,Mustağa ağanın bacısıdı.Onu da deyim ki,indiyə qədər aliləmizdə bir neçə Əzət nənəmin adını daşıyanlar var. Əzət nənən çox xanım- xatın azman bir qadın olub.Əmisi oğlanları Məcid və digərləri Əsgər ağa onun sözündən heç vaxt çıxmayıblar.Onun bir sözü onlar üçün qanun olub.

Kitabdan hələ əldə edə bilməmişəm,baxacam orda yəqin ki,Əzət xanım haqqındada bir şeylər yazılar?. Bəzi məqamlar var Məcid ağa haqqında hardasa ötən illərdə jurnalist Əziz Əlibəylinin (qohumu) çox dəyərli araşdırma yazıları dərc olunurdu.http://publika.az/news/qirmizi/6066.html. Bu yazılar tarixi qaynaqlara əsalanırdı,elə məqamlara toxunulmuşdu ki,onlar bir çoxları üçün yenilik idi.Yəqin ki,kitabda bu yazılardan da istifadəyə yol verilib.Ümumiyyətlə hər hansı bir iş görüləndə bütün qaynaqlardan istifadə etmək lazımdı.Mənimdə bildiyim çox faktlar var.

Siz hansı araşdırmanı nəzərdə tutursuz?

Məcid ağanın həyat fəaliyyəti ilə bağlı ikitirəliklər var.Bundan əvvəl təxminən 2006-ci illərdə Zəka Vilayətoğlunun Məcid ağanın həyat fəaliyyətinə həsr olunmuş "Şah ölüm" romanı çapdan çıxmışdı.Bu əsər bəzi tayfalarda narahatçılıq yaratmışdı.Deyirdilər müəllif düz yazmayıb filan…Çünki bir kənddə yaşayır hamı..Keçmişin qaydalarına,şura hökümətinə "boyun" əyənlərin əsərdə mənfi obrazda xarakterizə edilməsi , Məcid ağaya qarşı yanlış hərəkətlər edənlərin əsərdə öz əksini tapması qarşı tərəfin adamlarını qıcıqlandırmışdı.Yəni mən bu cür eşitmişdim. Ama həqiqəti yazmışdı.Bu baxımdan o zaman mən də yazacağım bəzi faklardan uzaq durdum.Çünki burda hamı artıq bir-birinə qohumdur.

Elə faktlar var ki,gərək açıqlayasan.Daşkəsəndə Məcid ağanın oğlu yaşayıb adıda İsa (Saşa deyirdilər) Kandaurov.

Məcid ağa özünü güllələdikdən sonra malakan olan həyat yoldaşı Mariya oğlu İsa və qızı ilə birlikdə Sibirə sürgün edilir.Bir müddətdən sonra qızı Katya sürgündə həlak olur. Mariya oğlu İsanıda götürüb Gədəbəyə qayıdır və Saratovka kəndində yaşayır. O zaman Daşkəsən şəhərində yeni iş yerlərinin açılması ilə əlaqədar Daşkəsənə köçürlər.Maraqlı məqamlardan biri odur ki,həmin ərəfədə atamın dayısı Daşkəsəndə Xalq Hakimi vəzifəsində çalışarkən təsadüfən xəstəxanada zibil maşını (ZİL markalı) sürən Kandaurov İsanın hardan olmasını soruşur. Onun Gədəbəydən,(daha sonra isə belə deyirdilər "Sovet Hökümətinin düşməni"nin oğlu) Məcidin oğlu olduğunu oryənir .

Əmim Mahmud Əliyev İsa Kandaurov Məcid oğlunu partiyaya üzv elətdirib,rayonun birinci katibinə sürücü kimi işə düzəldir,ama Qaçaq Məcidin oğlu olduğunu heç kimə demir.İsa Kandaurov Rayon Partiya Komitəsinin bir neçə katibi, o cümlədən Həsən Süleymanov,Məmməd Allahverdiyev və Hüseyn Qubadovla işləyib. Əmim o zaman Sovet düşməninin oğlunu necə partiyaya keçirməsi, eyni zamanda birinci katiblərin şəxsi sürücüsü etməsi isə əsl qohumluq nümunəsi idi. Bunu sovet vaxtı bir xalq hakimi etmişdi.,və heç nədən qorxmayaraq..

Qaçaq Məcidin Qərbi Azərbaycanla ələqələri haqqında nə deyə bilərsiz?

Məcid ağa Topal Orucla çox yaxımn dost olublar.Eyni zamanda Laçınlı Sultan bəylə möhkəm dostluqları və döyüş

yolları olub.Xınna dərəsində ki,döyüşlərdə şəxsən Laçınlı Sultan bəy iştirak edib.Bu kitabda yəqin ki,ordakı hadisələr və Məcid ağanın məsələlərə yerində müdaxiləsi barədə kifayət qədər məlumatlar olar.

Sovet düşməninin oğlunun partiyaya keçirməsi Sovet tarixində görünməmiş hadisə idi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 474   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497