Şəhid ailəsini narazı salan məmur KİMDİR?

Şəhid ailəsini narazı salan məmur KİMDİR?Aprel döyüşləri zamanı şəhid olan hərbçi Məhəbbət Mirzəyevin atası Ədalət Mirzəyev tərəfindən Femida.az-a müraciət daxil olub. Şəhid atasının sözlərinə görə, Beyləqan Rayon İcra Hakimiyyəti rəhbərinin tapşırığı əsasında şəhid ailələrinə torpaq sahələri ayrılır.

Buna baxmayaraq həmin torpaq sahəsi bu günə kimi Dünyamalılar Kənd Bələdiyyəsinin sədri Sahib Cəfərov tərəfindən ailəyə verilmir.

(Şəhidin atası Ədalət Mirzəyev)

"Bu məsələ artıq iki ildir ki, var. Beyləqan rayonundan olan digər şəhid ailələrinə pay torpaq sahəsi ayrılsa da, bizə verilmir. Bələdiyyə sədri gühanı icra hakimiyyətində, icra hakimiyyəti də bələdiyyə sədrinin üzərinə atır. Mən bununla bağlı sədrə bir neçə dəfə müraciət etmişəm. Bizə şərt qoydular ki, həmin torpaqda pambıq əkməliyik. Mənim buna gücüm çatmır. Oğlum bu yay hərbi xidmətə yollanacaq. Bizim əsas fəaliyyətimiz kənd təsərrüfatıdır. Bunun üçün də kifayət qədər yerimiz yoxdur. Süründürməçilik nəyə, kimə lazımdır?"

BiG.AZ xəbər verir ki, femida.az məsələ ilə bağlı Beyləqan rayon Dünyamalılar kənd bələdiyyəsinin sədri Sahib Cəfərovla əlaqə saxlayıb.

Bələdiyyə sədrinin sözlərinə görə, hazırda şəhid ailəsinin yaşadığı əraziyə yaxın boş torpaq sahəsi yoxdur.

"Məhəbbət Mirzəyev bizim kəndin fəxridir. Necə ola bilər ki, biz onun ailəsinə diqqət etməyək? Onların yaşadığı əraziyə yaxın torpaq sahəsində pambıq əkilib. Pambıq yığımı başa çatdıqdan sonra həmin ərazidən şəhid ailəsi üçün torpaq sahəsi verəcəyik. Burada başqa variant ola bilməz" deyə sədr bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 601   Tarix: 27 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179