"Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm" – Aparıcı Samir

"Bakirə olmayan qızla evlənənləri dəstəkləyirəm" – Aparıcı Samir"Subaylar" rubrikasının bugünkü qonağı tanınmış aparıcı Samir Bayramlıdır.

BiG.AZ oxu.az-a istinadən Samir Bayramlının müsahibəsini təqdim edir:

– Samir, uzun müddətdir ekranlardan kənardasınız. Sizi yenidən ekranda nə vaxt görəcəyik?

– Hiss edirəm ki, vaxtdır. Öhdəmə düşəni edib, cavab gözləyirəm. Bir az kənara çəkilib, yenidən qayıtmaq lazımdır. Kanal loqosu kimi sifətin ekranda qalmalı deyil (gülür).

– Sizcə, kimin sifəti kanal loqosu kimi efirdə qalıb?

– Bu söz mənim deyil. Kamilə Babayevanındır. O, ailə həyatı qurub, kənara çəkiləndə ünvanlanan suala belə cavab vermişdi. Xoşuma gəlmişdi.

– İndiyədək imtina etdiyiniz hansısa proyekt olub?

– Bəli, olub.

– Peşman olmamısınız ki?

– Yox, olmamışam. Həmin verilişlərdən biri də hazırda yayımlanır. Hətta başqa kanaldan da aparıcı transferi oldu. Verilişdən mənə təklif gələndə dedim ki, mənlik deyil, o etapı 10 il öncə keçib bitirmişəm.

– Kənardan özündənrazı görünürsünüz. Bunun səbəbi nədir?

– Özümdən razı deyiləm, özgüvənim var. Bunlar ayrı-ayrı şeylərdir. Özündənrazılar boş adamlardır. Özgüvəni olanlar isə özünü bilənlərdir. Özündənrazılar sizə heç vaxt heç nə öyrədə bilməz. Özgüvəni olanlar isə sərhəddini və həddini bilənlərdir.

– Özgüvənli olmağınıza görə nələr itirmisiniz?

– Çox şey. Mən də kanal loqosu kimi hər gün efirdə ola bilərdim. Kiməsə xahiş edib, şirinlik edib, torba tikib, xaraktersizlik edib ekrandan düşməzdim. Amma özgüvənim buna imkan vermir. Şükür ki, pis yerdə deyiləm. Özümə hörmətim var, bu yetərlidir.

– Son zamanlar həmkarlarınız bir-birinin ardınca toy etdi. Siz nə vaxt evlilər karvanına qoşulmağı düşünürsünüz?

– O söhbət artıq yığışdırılmalıdır. Kimsə 17 yaşında, kimsə 27 yaşında evlənir. Adamlar var deyirlər ki, vaxtın keçir. Niyə qardaş? Xarab oluram? Xarab olacam, təbii ki, amma 70 yaşında (gülür).

– Hazırda həyatınızda kimsə yoxdur?

– Yox, siz dediyiniz tərəfdən yoxdur.

– Hansı tərəfdən var?

– Subay adamam, necə olmalıdır?

– Belə çıxır ki, evlənilməli qızlara yox, əylənilməli qızlara üstünlük verirsiniz?

– Elə bir bölgü var. Amma bölmək istəmirəm, çünki hər kəsə hörmət etmək lazımdır. Düzdür, heç kim istəmədən soyunmur. Hamı əylənmək istəyir. Kimsə bir nəfərlə, kimsə bir neçə nəfərlə. Bu, hər kəsin öz seçimdir.

– Bəs Samirin seçdiyi qadın necə olmalıdır?

– Özünəməxsus zövqü olmalıdır. İnkubator cücəsi kimi hamıya oxşamamalıdır. Özünə hörməti olsun, mütləq olan budur.

– Keçək bir az açıq suallara...Bakirliyinizi nə vaxt itirmisiniz?

– No comment (gülür). Faiq Ağayev demiş, növbəti sual.

– Hamı qaçır bu sualdan...

– Qaçmıram, sadəcə, bir sual öncə mədəniyyətdən, zövqdən danışırıq, sonra bu məsələ çıxır, etik deyil. Deyərlər, qardaş, sənin neçə üzün var?

– Bəs bakirə olmayan qızla evlənərsiniz?

– Yox, evlənmərəm. Ancaq bu seçimi edən hər bir insana hörmət edir, dəstəkləyirəm. Elə bir mövzu olanda əks fikirli olan bütün insanların qarşısında dayanıram. Ürəkdir, sevə bilər, kiminsə başına hansısa hadisə gələ bilər.

Heç kim bilmir, başına nə gələcək. Heç kəsi qınamaq olmaz. Belə bir şey olanda hamı ilə mübahisə edib, ağzını yuman mənəm. İnsandır. Hörmətlə yanaşmaq lazımdır.

Heç kimin həyatına qarışmaq lazım deyil. Onları müzakirə edənlərin başları özlərinə qarışsa, görərlər ki, özlərindən maraqlı adam yoxdur. Kiminsə haqqında fikir bildirə bilərsiniz, ancaq onun haqqına girə bilmərsiniz.

– İntim təkliflər ən çox kimlərdən gəlir?

– Sayını itirmişəm. O qədər təkliflər olur ki...

– Yaş kateqoriyası necədir?

– Həmişə öz yaşıma uyğun adamlar olub. Bir dəfə dedilər ki, qızların çoxu səndən çəkinir. Fikirləşirlər ki, onlara sərt cavab verərəm.

Siz də deyirsiniz axı, "yekəxana"san. Sözü demək istəyib, deməyən o qədər adam var ki...

– Bəs o cəsarəti toplayıb təklif edənlərə cavabınız necə olur?

– Baxır, kimdir. Bəzi şeyləri yaş keçdikcə dərk edirsən. 20-25 yaşımda fikirləşirdimsə, indi "mümkün deyil" deyirəm. Mən hər şeyi seçən adamam.

– Bizim kişilər bir az xəyalpərəst olurlar. Siz necə, xəyal etmisiniz ki, nə vaxtsa filan dünya ulduzu, məsələn, Monika Belluçi ilə sevgili olardınız?

– Monika Belluçi xasiyyətcə çox murdar adamdır. Çünki bütün dünyanın "Bəli, sən gözəlsən" fikrini beyninə yeridib. "Hamı səni arzulayır", "Sən seks simvolusan" kimi ifadələr onda qudurğanlıq yaradıb.

Burnu kilometrlərlə yuxarı qalxıb və dözülməz adam olub. Nə oldu, dünyada bir kişi çıxmadı Monikanı daim yanında saxlaya bilsin? Ağıllı qadın başqa şeydir.

Viktoria Bekham dünyanın ən çirkin qadınlarındandır, ancaq dünyanın ən yaraşıqlı kişilərindən birini – Devid Bekhamı 20 ildir yanında saxlayır. Necə saxlayır?

Gözəllik lazımdır, harasa qədər gedir. Qocalanda da gözəlləşən adamlar var – Sertap Erener kimi. 50-dən çox yaşı var. Cavanlıqda çirkin idi, qocaldıqca gözəlləşib.

Onu da deyim ki, çox gözəl qadınlar bədbəxt olurlar. O qədər çərçivədə olurlar ki, istədiklərini edə bilmirlər. O qədər maskalanırlar ki, sonda maska simalarına çevrilir. Monikanın simasına diqqətlə baxsanız, simasında "afiristlik" görərsiniz.

"Onsuz da kimi istəsəm, əldə edə bilərəm. Qoy bunu da sındırım, bunu da alçaldım" kimi fikirləri formalaşıb və murdarlaşıb. Bir də ki, gözəlin üzündə plov yemirlər... Əsas qəlbdir.

– Ayda neçə dəfə?

– Sizin sualınız 75 başlıdır (gülür). Ayda üç dəfə yemək yeyirəm, bir dəfə çimirəm. Həftədə dörd dəfə idmana gedirəm.

– Bu, sualdan yayınma taktikasıdır?

– Bu, əslində, ağıldır (gülür).

– Biz qızlardan danışdığımıza görə, sual da bu yöndədir...

– Biz həm də psixologiyadan danışdıq. Ümumiyyətlə, kimin ki, yanında çoxlu qızlar var, onlar boşdur. Kimsə sakitdirsə, ən peşəkarı da odur. 22 yaşına qədər heyvani ağılla və hisslərləsən, sonra ağlın başına gəlir.

Bəzi adamlarda bu, 25-27 yaşına qədər çatır. Müəyyən müddət sonra anlayırsan ki, hər adamla, hər yerdə sevişmək olmaz.

Sualınıza gəldikdə, ayda bir dəfə maşını yudurduram. Ona görə də mənə pinti deyirlər. Özüm təmiz oluram. Maşınımsa pinti (gülür).

– Sualdan yaxşı yayındınız...

– Bizim işimiz danışmaqdır. Bunun təhsilini qırmızı diplomla bitirmişəm. Bu barədə mənə "gələ" bilməzsiniz (gülür).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3217   Tarix: 26 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366