Öldürülən süpürgəçi qadın kimin anası idi?

Öldürülən süpürgəçi qadın kimin anası idi?Hər səhər qızımı məktəbə aparanda yolun kənarında, keçəl başda tük olan kimi, bir-iki qadının yolları təmizlədiyini görürəm. Əllərində də o vaxt babamın Ucarın səhrasından yığıb, bağladığı süpürgələrdən.

Üzləri bağlı, hamısı da bir-birinə oxşayır. Sanki bu tozu-torpağı, havada uçuşan sellofanları əskik olmayan şəhəri bircə qarı silib-süpürür, təmizləyir. Yağışlı gündə necə sevindiyini, küləkli havada yerin-göyün qarasınca necə deyindiyini hiss edirəm.

***

Dilənən bir qaraçıdan aylıq qazancını soruşdum bir dəfə. Bakıda 600 manatdan çox qazandığını dedi. O pulu onlara biz veririk. Bəs bu süpürgəçilər aya 600 manat qazana bilirlərmi? Niyə dilənmirlər? Yaxud sualı başqa cür qoyaq: Bəlkə dilənməlidilər?

İndi Bakıda qaraçılar daha rahat yaşayırlar. Daha onlardan pis qoxu da gəlmir. Geyimləri də nimdaş, yamaq-yumaq, boz-bozalaq, fosforlu deyil.

***

Üstəlik, Bakıda hansısa qaraçının üstündən maşınla keçməyiblər. Ancaq o gün süpürgəçi bir ananı maşın vurdu. Üstündən xeyli vaxt keçib, hələ də özümə gələ bilmirəm. Fotosu da yayılmışdı. Gözümü yuman kimi nə düşnürəmsə, düşünüm, harda oluramsa, olum, o mənzərə beynimdə ağ-qara kino lenti kimi sürətlə irəli-geri fırlanır.

Bir də arabir iki körpə qızın qaraltısı qarışır kadrlara…

Atasızlığın zəqqumunu dadmış, anasının gəlməzliyini sürətlə döyünən balaca ürəyinə kösöv kimi basmış iki balaca qız…

Kirayədə qalırlarmış, uçuq-sökük, dar bir otaqda… Bir vaxtlar içində böyük, işıqlı ev arzuladıqları, indi ömrü boyu anaları ilə birlikdə yaşamağa razı olduqları rütubətli, havasız otaqda…

***

Xəbərdə yazılmışdı ki, "bədbəxt hadisə nəticəsində"… Bu təkcə bədbəxt hadisə deyil axı, bu daha çox bədbəxtlərin sayını artıran, əslində hamımızın bədbəxt, günahkar olduğumuzu anladan olaydı. O qadının ölümünə, o yavruların bədbəxtliyinə görə hamımız günahkarıq. Çünki biz insan olaraq bir-birimizi sahiblənməyi bacarmırıq.

***

Bu illər ərzində hər şey dəyişib. İndi qaz piltəsinin yanında səliqəsiz formada, qalaq-qalaq yığılmış qəzetləri bir düymə əvəz edir. Suyu o yandan bu yana axan soyuducular buxarlanma sisteminə keçib. "Ceyran peçləri"ni kondisionerlər əvəzləyib. Məişətdə hər şey dəyişib, rahatlaşıb. Amma nə sirrdisə ölkəmizdə bu inkişaf, yenilənmə süpürgəçi anaların yanından keçir. Sanki onlar zamanın başqa üzündədilər. Onlara gəlib çatan texnoloji "yenilik" fosforlu üst geyimidi. Gecələr işıq saçır. İşıqlanmanın olmadığı əsas yolda işıq "saçan" ana… Qaranlıqda heç kimin görmədiyi zibilləri təmizləyir…

Utancverici deyilmi?

Nədənsə bu müqayisə Viktor Hüqonun Madlen babasını yada salır. Monastrda qoca yaşlarında bağbanlıq edir. Rahibələrlə rastlaşmasın deyə, ayağına zınqırov bağlayırlar. Zınqırov səsi gələn kimi rahibələr uzaqlaşırlar… Bir gücümüz ona çatıb ki, zınqrovu fosforla əvəzləmişik…

***

Rastlaşdığım turistlər bunu başıma qaxınc ediblər dəfələrlə. Hətta qadına maşın sürməyə icazə verməyən ərəblər də. Bu qədər inkişafın qabağında analarınıza küçə təmizlədirsiniz deyə. Yer yarılıb, yerə girmişəm hər dəfə. Nə cavab verim? Sahiblənə bilmirik deyim?

***

Biz evimizdə olanı özümüzünkü bilirik. Adımıza olanı qorumağa çalışırıq. Evimizi təmiz saxlayıb, zibilimizi hara gəldi atırıq. Çölün də, yolun da, hətta zibilliyin də bizim olduğunu anlamaq istəmirik.

O gecənin zinriyində atdığımız hər siqaret kötüyünə, hər su qabına, hər uşaq bezinə görə əyilib-qalxan qadın anamız olsa, əlimizə keçəni hara gəldi atarıqmı? Bacımız olsa, maşınla vurub öldürərkmi? O iki yavru balamız olsa, sahibsizliyin zülmətində tək, kimsəsiz qalmalarına razı olarıqmı?

Bəs onlar kimin anası, bacısı, balasıdı?

mənbə: metbuat.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4275   Tarix: 25 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 971
.

Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən bildirilib. Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətlər

28.04.2024 172
.

Bakıda 56 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Seyidova Sevda Tofiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliy

28.04.2024 174
.

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. "Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunu

28.04.2024 135
.

Başqırdıstanda yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb

Rusiyanın Başqırdıstan Respublikasında iki minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində dörd nəfər ölüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın prokurorluğu məlumat yayıb. "Bu gün Maqnitoqorsk – İra yolunun 346-cı kilometrliyində İbrayev

28.04.2024 126
.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan erməni sürücü saxlanılıb

Zəngəzurda iranlı turistləri daşıyarkən qəzaya urğayan avtobusun sürücüsü saxlanılıb. Bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Qoar Abramyan sosial şəbəkə hesabında bildirib. O, qeyd edib ki, qərar cinayət işi çərçivəsində qəbul edilib. Xatırladaq ki, hadisə dünən Ermənistanın Qərb

28.04.2024 174
.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28.04.2024 147
.

Vətəndaş ona hədiyyə edilən ov tüfəngini könüllü polisə təhvil verdi

Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətin

28.04.2024 153