Sarkisyan getdi, Qarabağda müharibə bitir?

Sarkisyan getdi, Qarabağda müharibə bitir?Azərbaycanda quldur, əli xalqın qanına bulaşana Serj Sarkiysana nifrət edirlər. Amma öz ölkəsində ona qarşı olan nifrət, qəzəb hətta bəzi siyasətçiləri də təəccübləndirib. Son illər ərzində o özünü az qala xalqın atası hesab edirdi. Uzun illər ölkənin rəhbəri olmaq niyyətinə düşüb, özü üçün sultanlıq yaradıb. Erməni xalqı isə işsizlikdən, yoxsulluqdan, iqtisadiyyatın çöküşünü izləməkdən, korrupsiyadan, Sarkisyanın Qarabağda alovlandırdığı müharibədən, övladlarını burada qurban verməkdən yorulub. İndi onun istefası münasibəti ilə Ermənistanda bayramdır.

Erməni və rus ekspertlərin fikrincə, erməni maydanının lideri Nikol Paşinyanın öz planı var. Sarkisyanın istefası onun planın ancaq birinci hissəsidir. Çoxları hesab edir ki, o vaxtından əvvəl parlament seçkisindən işə başlayacaq. Erməni eskpertlər artıq rus kanllarında maraqlı faktlar açıqlayıblar. Onların sözlərinə görə, deputatların 70 faizi yaxşı yox, sadəcə əla yaşayırlar. Onların çox sayda əmlakı, villaları, hətta xaricdə mülkləri və s var. Aydındır ki, bu pullar qanuni yola qazanılmayıb.

Baş nazir vəzifələrini icra edən Karen Karapetyanla Paşinyanın danışıqlardan da çox şey asılıdır. Karapetyan uzun illər Rusiya "Qazprom"un rəhbəri kimi çalışıb və rusiyayönümlü hesab edilir. Paşinyan isə ondan fərqli olaraq qərbə meyillidir. O, ölkəsinin Rusiyanın himayəsində olmasından narazıdır. Amma İrəvanın Moskvadan asıllığı çox güclüdür. Rusiya Ermənistana silah almaq üçün çox milyonluq kredit verib, qazın qiymətini aşağı salıb, bir müddət öncə atom stansiyasının təmiri üçün yenidən böyük vəsait ayırıb. Yeri gəlmişkən Avropa İttifaqı AES-in təhlükəsizlik normalarına cavab vermədiyi üçün bağlanmasını tələb edir.

Hələ nəzərə almaq lazımdir ki, Gümrüd Rusiya hərbi bazası var, Türkiyə ilə sərhəddi rus hərbçiləri qoruyur, iki ölkə arasında bir neçə hərbi razılaşama imzalanıb.

KİV xalqı bezdirən Sarkisyanın nə Kreml, nə Vaşinqtondan dəstək almadığını xüsusi qeyd edir. Avropa İttifaqı isə ümumiyyətlə onunla bağlı sərt bəyanat yaydı.

Regionun əsas məsələsi isə hələ də Qarabağdır. Əgər yeni hakimiyyət beynəxaql ictimaiyyətin tələbləri, eləcə də Azərbayacan rəhbərliyinə qulaq asıb işğal etdiyi əraziləri azad edərsə, Cənubi Qafqazda atmosfer təbii ki, dəyişəcək, Ermənistan iqtisadiyyatı isə uzun müddətli ətalətdən çıxa bilər.

mənbə: istipress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1108   Tarix: 24 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

04.05.2024 572
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

04.05.2024 178
.

Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar

Abşeron rayonu Saray qəsəbəsində yerləşən gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı müəyyə

04.05.2024 310
.

Avtomobil qəzası törədən fransalı nazir narkoloji testdən keçirilib

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire yol qəzası törədib. "Report" Fransa KİV-inə istinadən xəbər verir ki, nazir şəxsi avtomobilini idarə edərkən qırmızı işıqda keçən velosipedçini vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Onun kəllə-beyin travması aldığı ehtimal edilir. Nazir spirtl

04.05.2024 192
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

04.05.2024 184
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

04.05.2024 196
.

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur. Bu sözləri "Report"u

04.05.2024 176
.

PA rəhbəri: "COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir"

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir". "Report" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədr

04.05.2024 158
.

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin çox, gəlirlərin isə az olduğunu deyir. Bu səbəbdən də uşaqpulunun yenidən verilməsinə ümid edirlər. Hətta deputat Sabir Rüstəmxanlı da müsahibələrinin birində hökumətin uşaqpulu verməsinin tərəfdar

04.05.2024 1052