Prezidentin sərəncamları hansı iqtisadi dəyişikliklərə səbəb olacaq? – Ekspert rəyləri

Prezidentin sərəncamları hansı iqtisadi dəyişikliklərə səbəb olacaq? – Ekspert rəyləriYola saldığımız həftə dövlət başçısının ölkə iqtisadiyyatı üçün mühüm olan sərəncamları ilə yadda qaldı. Bunlardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib, iki dövlət agentliyi yaradılmasını, idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də Mədəniyyət və Turizm Nazirliyi ləğv edilib, bir nazirlik və dövlət agentliyinin təsis olunmasını qeyd etmək olar.

Başlayaq, Mədəniyyət və Turizm Nazirliyindən. Hansı ki, nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin 2018-ci ildə fəaliyyətinin maliyyələşməsinin təmin edilməsinə qərar verildi. Hansı ki bu vəsait onlar üçün yeni layihələrin reallaşdırılmasına imkan verə bilər.

İkinci sərəncam, istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlıdır. Məhz bu sərəncam əsasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı.

Həmçinin Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə isə Əqli Mülkiyyət Agentliyi təsis edildi. Həmin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri bu qurumlar arasında bölüşdürüldü.

Və nəhayət, uzun müddətdir strukurlarının birləşdiriləcəyi deyilən Vergilər Nazirliyi və Gömrük Komitəsinə gəlincə, düzdür, bu qurumlar birləşmədi. Lakin prezidentin sərəncamı ilə bundan sonra bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsi tək deyil, həm də Vergilər Nazirliyi ilə birgə nəzarət edəcək. Göründüyü kimi, hər üç sərəncam özündə kifayət qədər yeni islahatları ehtiva edir. Xüsusilə son iki sərəncam sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əhəmiyyət kəsb edir.

Sərəncamları oxu.az-a şərh edən iqtisadçı-ekspert Fikrət Yusifov bildirdi ki, prezident andiçmə mərasimində çıxışı zamanı qarşıdakı yeddi ildə islahatların daha da dərinləşdiriləcəyinin anonsunu vermişdi:

"Vaxt özünü gözlətmədi. Ölkə başçısının imzaladığı üç sərəncamla islahatların növbəti mərhələsi başlanmış oldu. İlk imzalanan sərəncam Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin yaradılmasını nəzərdə tutur. Dünyanın 40-dan artıq ölkəsi turizm məsələlərində dövlət tənzimlənməsini məhz belə müstəqil qurumlar vasitəsilə həyata keçirirlər. Biz Ümumi Daxili Məhsulumuzda turizm sektorunun payının yaxın perspektivdə ən azından ümumdünya göstəricisinə - yəni 10%-ə yaxınlaşmanı hədəfləyirik. Bu səbəbdən də ölkədə turizm məsələləri ilə müstəqil bir qurumun yaradılması tədqirəlayiqdir.

Prezident növbəti sərəncamla istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetməni təkmilləşdirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşdirilməsi və yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı. Bu struktur dəyişikliyi nəzarətin daha ünvanlı olması və onun səmərəliliyinin təmin edilməsi baxımından çox uğurlu bir addım hesab edilməlidir.

Bundan əlavə ölkə başçısı maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin yaradılması tapşırığını verdi. Belə əlaqələndirmə bu sahədəki bütün uyğunsuzluqların aradan qaldırılmasına imkan verəcəkdir".

İqtisadçı-ekspert Qubad İbadoğlu Dövlət Turizm Agentliyinin yaradılması məsələsinə toxundu. Qeyd etdi ki, müvafiq sərəncamla artıq turizm üzrə dövlət siyasəti nazirlik səviyyəsində tənzimlənməyəcək:

"Əgər bu sahədə dəyişikliklər davam edərsə və bunlar dövlətin turzm sektoruna müdaxiləsinin azaldımasına gətirib çıxarsa, bu sərəncamı müsbət dəyişiklik kimi dəyərləndirmək olar.
İkincisi, İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamdır ki, onunla 2 dəyişiklik edilib. Birincisi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "müstəqillik" qazanaraq Dövlət Agentliyi statusu əldə edib. Əslində bu dəyişiklik 2010-cu ildən bəri parlamentdə "yatan" Rəqabət Məcəlləsinin layihəsində nəzərdə tutulurdu. Hesab edirəm ki, indiki şərtlərlə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yenə də müstəqil ola bilməyəcək.

Sərəncamın ikinci hissəsi ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradıldı. Bunu da müsbət dəyərləndirmək olar. Bu məsələdə yeni Agentliyin rəhbərinin kim olması xüsusilə maraq kəsb edən məsələdir".

İqtisadçı ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncama da toxundu. Onun sözlərinə görə, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarətin eyni zamanda Vergilər Nazirliyinə həvalə olunması yalnız Dövlət Gömrük Komitəsinə etimizasızlıqdan deyil, bu sahədə problemlərin həllindəki çətinliklikərdən irəli gəlir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1104   Tarix: 22 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678