Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? - AÇIQLAMA

Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? - AÇIQLAMABir neçə aydır ki, Azərbaycanda Təhsil naziri postdu boşdur. Aprelin 11-i keçirilən növbədən kənar prezident seçkilərindən bu məsələ yenidən gündəmə gəlib. Xəbər verdiyimiz ki, yaxın günlərdə hakimiyyət yenidən formalaşacaq. Bu zaman Təhsil nazir kimin təyin olacağı maraqla gözlənilir.

Bununla bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, gənc və orta nəslin nümayəndələrinin təhsil naziri postuna təyin olunması daha məqsədəuyğun olardı: "Çünki yaşlı nəslin təhsil barədə düşündükləri, onların irəli sürə biləcəkləri konsepsiyalar müasir dövrün tələblərinə cavab verməyə bilər. Çünki dünya dəyişir və müasir təfəkkürlü insanların idarəetməyə cəlb olunması aktuallıq kəsb edir. Belə ki, Azərbaycan təhsili dünya reytinqində çox geri qalıb bu da dünya təhsilini bilənlərin təhsil idarəetməsində az olması ilə ciddi şəkildə bağlıdır. Zaman zaman eşidirəm ki, Təhsil naziri qadın olacaq. Təhsil nazirinin qadın, yaxud kişi olmasından asılı olmadan keyfiyyətləri daşıması yaxşı olar. Heç vaxt idarəetmədə gender məsələsi qabardılmır. Kimin qabiliyyəti varsa, həmin vəzifələrə təyin oluna bilər".

Yeni təyin olunacaq təhsil naziri qadın olacaq? - AÇIQLAMAKamran Əsədov vurğulayıb ki, etiraf etməliyik ki, Mikayıl Cabbarov ciddi təhsil islahatlarının əsasnaməsini qoymuş şəxs kimi tarixə düşdü: "Bunların davamı olmalıdır. M.Cabbarov korrupsiyanın müəyyən mənada kökünü kəsə bildi. Hazırda yeni təyin olunmuş və qısa müddətdə kifayət qədər iş görmüş rektorları, Təhsil Nazirliyində qısa müddətdə xeyli təcrübə toplamış, nüfuz qazanmış kadrları nümunə göstərə bilərəm. Hətta son 4-5 ildə təyin olunmuş rektorlar arasından da Təhsil naziri təyin oluna bilər. Kənardan təyin olunmuş şəxslər olsa belə, həmin keyfiyyətlərə sahib insan olacaq. Çünki biz dünya təhsil sistemində öz mövqeyimizi göstərməliyik. Rəqabətə qoşulmalıyıq. Yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdim. Bu, ölkənin, bəlkə də ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütün əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan birinin təyin olunması yaxşı olardı. Etraf edək ki, Neft erası" bitdikdən sonra dövlət büdcəsində yaranan kəsirlər hökuməti müəyyən islahatlara getməyə vadar etdi. Neft qiymətlərinin kritik həddə qədər azalması zamanında bir sıra sahələrdə, xüsusilə də büdcə təşkilatlarında gəlir və xərclərin optimallaşdırılması istiqamətində müəyyən addımlar atıldı. Təhsil Nazirliyinin də adının dəyişdiriləcəyi düşünürəm. Hesab edirəm ki, nazirliyin adı Elm və Təhsil Nazirliyi olacaq. Xatırladım ki, bu qurumun adı müəyyən dövrlərdə bir neçə dəfə dəyişdirilib. Yəni, Azərbaycan artıq belə bir təcrübəyə sahibdir. Azərbaycanda xalq maarifi və təhsili üzrə ilk nazirlik 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə "Xalq Maarifi və Dini Etiqad Nazirliyi" adı altında yaradılıb, Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə üç şöbədən (ümumi orta təhsil, ali və orta-ixtisas təhsili, peşə məktəbləri) ibarət olan strukturu təsdiq edilib. Sonradan Azərbaycan SSR Nazirlər Şurasının 28 aprel 1920-ci il tarixli 1 nömrəli dekreti ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi "Xalq Maarif Komissarlığı" adı ilə yenidən təşkil edilib və respublikadakı bütün təhsil müəssisələri onun tabeliyinə verilib. 1921-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Texniki Peşə Təhsili Komitəsi yaradılıb. Ümumiyyətlə, 1959-1988-ci illərdə təhsillə bağlı Azərbaycanda 2 Nazirlik (Xalq Maarifi Nazirliyi, Ali və Orta-İxtisas Təhsili Nazirliyi) və 1 Komitə (Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç qurum ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb, onun strukturu təsdiq olunub. 3 sentyabr 1993-cü il tarixli sərəncamla Xalq Təhsili Nazirliyi "Təhsil Nazirliyi" adı ilə yenidən təşkil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1994-cü il tarixli 58 nömrəli qərarı ilə Nazirliyin Əsasnaməsi təsdiq olunub. Təhsil Nazirliyinin bu dəfə də adının dəyişəcəyi ehtimalları çox yüksəkdir".

Aysel Yusifqızı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2039   Tarix: 20 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

TOP MP3