"Giriş qadağandır", ancaq məhəl qoyulmur - FOTOLAR

"Giriş qadağandır", ancaq məhəl qoyulmur - FOTOLARBakının Yasamal rayonunun Əsəd Əhmədov küçəsində bu günlərdə "Giriş qadağandır" nişanı qoyulub. Buna baxmayaraq, hazırda həmin istiqamətdə hərəkət davam edir.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, sakinlər nişanın məcburi tələblərinin pozulması haqqında danışırlar.

"Bu nişanın tələblərini pozmaq məcburiyyətindəyəm. Çünki mənim evimə alternativ yol yoxdur. "Giriş qadağandır" nişanı necə qoyula bilər? Bu, real deyil.

Burada yüzlərlə insan yaşayır. Bu istiqamətdə 77 nömrəli avtobus hərəkət etməlidir.

Qaydanı pozmaq məcburiyyətindəyik, ancaq burada təhlükəsiz şəhər kameraları var. Ədalətsiz cərimələr ödəməli olacağıq", - Əsəd Əhmədov küçəsi 28 P. ünvanında yaşayan sürücülərdən biri deyib.

Bununla əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik.

V.Əsədovun sözlərinə görə, yol nişanı Əsəd Əhmədov küçəsindəki təmir işləri ilə əlaqədar quraşdırılıb.

"Əgər nişan varsa, onun tələblərinə riayət etmək lazımdır. Həmin ərazidə təhlükəsiz şəhər kameraları var. Onların vasitəsilə qayda pozanlar müəyyələşir. Bu ərazidə yaşayanlar isə "Giriş qadağandır" nişanının tələblərinin pozulması ilə bağlı narahat olmaya bilərlər.

Əgər onlar cərimə haqqında bildiriş alsalar, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə bu ərazidə yaşamaqları ilə bağlı məlumat verə bilərlər. Araşdırmalardan sonra cərimə ləğv ediləcək", - Əsədov qeyd edib.

Polis polkovniki əlavə edib ki, bu ərazidəki yol nişanı müvəqqətidir. Yaxın günlərdə bu yolda hərəkət tamamilə bərpa ediləcək.

"Giriş qadağandır", ancaq məhəl qoyulmur - FOTOLAR"Giriş qadağandır", ancaq məhəl qoyulmur - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 793   Tarix: 19 aprel 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672